Ağız qoxusu – səbəbləri və çarələri

Ağız qoxusu – səbəbləri və çarələri

Ağız qoxusu dünya əhalisinin hər beş nəfərindən birinin əziyyət çəkdiyi bir problemdir. Bəzi hallarda bu hal o qədər narahatlıq verir ki, belə insanlar əsəb xəstəliyinə belə tutulurlar. Ağız qoxusu olan zaman nəyə diqqət etməli və bunun səbəbini harda axtarmalı?
İlk növbədə ağız boşluğundan başlamaq lazımdır; çürük dişlər, metal-keramika qapaqlı dişlər və ən çox da belə qapaqların boşalması zamanı ağızdan pis qoxu gələ bilir. Ağız suyunun (tüpürcək istehsalının) azalması da qoxuya səbəb olur. Az miqdarda çiy su içən adamlarda uzun zamandan sonra tüpürcək istehsalı azalır və ağızda bakteriyaların artıb çoxalması üçün yaxşı şərait əmələ gəlir. Deməli, gündə ən azı 2 litr çiy suyun içilməsinin ağız qoxusuna da təsiri var. İkinci: Ağızda problem olmasa badamcıqlara baxılmalıdır. Bəzən şişmiş badamcıqlar infeksiyalaşır və ağız qoxusuna səbəb olur. Bu zaman adaçayı, evkalipt, palıd qabığı, Teasept çayının dəmləməsi və ya Stomanginol məhlulu ilə qarqara edə bilərsiniz.Ağızda qoxu
Üçüncü: Mədədə qastrit, qida borusunda ezofagit varsa, bu da pis qoxuya səbəb olur. Belə ki, bu zaman mədə girəcəyinin sfinkteri çox vaxt açıq qalır və mədə möhtəviyyatının iyi ağızdan gəlməyə başlayır. Belə hallarda mədədə bakteriyalar, məsələn, helikobakter pilori artıb çoxalır. Bu zaman yeməkdən əvvəl Teastomin çayı, Fitooil Çaytikanı yağı və 20 faizli vərəmum (propolis) məhlulu içilməlidir. 1 aydan sonra isə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağı içmək yaxşı təsir edir. Müalicə müddəti 1 aydır.
Dördüncü: Ağciyərdən gələn iylər ola bilər, əsasən soğan, sarımsaq, pendir, balıq, köhnəlmiş yeməklər və sairə yeyildikdən sonra ağızdan iy gələ bilir, çünki belə yeməklərin qoxusu ağciyərdən buxarlanır və nəfəs yolu ilə ağızdan iy gələ bilir. Bu hal daha çox yeməklərlə əlaqədar olur və müalicəyə ehtiyac yoxdur. Ağız qoxusunun qarşısını almaq üçün nə etməli?
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsəalləm) ağız qoxusu olan adamlara soğan yeməyi məsləhət görmüşdür, normalda soğan yeyəndən sonra ağızdan iy gəlir, amma bu keçicidir. Soğanda çox güclü bakterisid təsirli maddələr olduğundan istər ağız boşluğunda, istərsə də qida yollarındakı problemlərdə çox faydalıdır. Yeməkdən sonra ağıza mixək atmaq və ya cəfəri çeynəmək, cirə, zirə, razyana kimi toxumların istər çayından, istərsə də üyüdülmüş tozundan istifadə etmək olar.
Limon şirəsinin içinə təzə nanə yarpağı atın, blenderdən keçirin və yeməkdən sonra yarım stəkan için, bu, çox faydalıdır. Yeməkdən sonra adi su ilə ağzınızı yaxalamağa vərdiş edin. Bu həm yemək qırıntılarını təmizləyir, qoxunun qarşısını alır, həm də sünnətdir. Yeməkdən əvvəl və sonra alma yemək ağız qoxusunu aparır. Yatmazdan əvvəl heyva yeyin, bu həm sünnətdir, həm də ağızı rayihələndirir. Təzə əməköməci yarpaqlarını çeynəyin, suyunu udun, oduncağını tüpürün, əməköməci həm ağız yaralarını sağaldır, həm də ağız qoxusunu götürür. Gündə 2 stəkan Qafqaz kefiri için, kefir mədədə qıcqırmanı azaldır, xəstəlik törədən bakteriyaları məhv edir. Kefir tapmasanız təzə qatıqdan da istifadə edə bilərsiniz. Alkoqol və siqaret kimi pis vərdişlər də ağızdan pis qoxunun gəlməsinə səbəb olur.Bir dəfə təxminən 30 yaşlarında olan cavan oğlan ağız qoxusundan şikayətlənərək yanıma gəldi, əvvəlcə dişlərinin vəziyyətini, sonra ağız boşluğunun vəziyyətini, sonra mədə bağırsaq vəziyyətini, sonra hansısa bir ağciyər xəstəliyi olub olmamasını soruşdum ətraflı yoxlamadan keçirdim, hər şey normal idi, amma ağızdan dəhşətli bir iy gəlirdi. İy o dərəcədə gəlirdi ki, cavan oğlan özünü öldürmək haqqında düşünürdü. Yenidən sorğulara başladım məlum oldu ki, yemək yeməyin ağızdan iy gəlməsinə heç bir təsiri yoxdur deməli mədə bağırsaq variantını çıxdıq, ağ ciyərlər çox təmiz olduğundan bu variantı da çıxdıq, deməli nə vardısa boğazdan yuxarı var idi, canımı dişimə tutub oğlanın ağzını bir daha iylədim sanki çürümüş bir ət iyi gəlirdi həqiqətən çox acınacaqlı bir iy idi, demək olar məsələ mənə təxminən 90 faiz məlum idi. Cavan oğlanda çöp qalmışdı, çöpcüyə getməsini məsləhət gördüm güldü mən balaca uşağammı dedi daha sonra mən böyüklərdə də çöp qaldığını dəfələrlə gördüyümü bildirdim razılaşdı və getdi heç 3-4 gün keçməmişdi ki, çox sevinə-sevinə gəldi ürəkdən təşşəkkür etdi dedi ki, ağzımdan elə bir çürümüş ət parçası gəldi ki, çöpcü iydən qaytardı, indi çox yaxşıyam heç bir qoxu filan yoxdur.

Müəllif: Fizuli Hüseynov
Top