Paltar və ayaqqabı gigiyenası

Paltar və ayaqqabı gigiyenası

Paltarın əsas funksiyası — metereoloji təsirdən (soyuq, isti, yağış) və çirklərdən qorumaqdır, həm də mədəniyyət səviyyəsini göstərir (müəyyən dərəcədə şəxsiyyəti və yaşı). Böyüklərlə yeniyetmə geyimi seçilir. Hər ikisi yaxşı zövqə və gigiyena tələblərinə uyğun olmalıdır.

Yeniyetmə elə geyinməlidir ki, paltar çox da gözə çarpmasın, ümumi diqqəti cəlb etməsin, gigiyenik və estetik nöqsanları olmasın.
Paltar gigiyenası

Alt paltar pambıq parçadan olsa yaxşıdır, dəri ifrazatları yaxşı hopar.

Sintetik parçalar ziyandır, ifrazat pis hopur, dəridə qıcıqlanma və qaşınma əmələ gətirir. Paltar hərəkətləri saxlamamalı, yerişi pozmamalıdır.

Dəb dalınca getməklə yeniyetmələr elə geyinirlər ki, hərəkət koordinasiyası pozulur, əzələ sistemi, oynaqlar və vətər bağları ağırlaşır, tez yorulma, təzə formalaşmış qamətin və sümüklərin əyilməsi baş verir.

Mənbə : qadinla.com
Top