Gündəlik həyatda fərqinə varılmayan gigiyenik səhvlər sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər neytrallaşır, insan sağlamlığı qorunur.
Günümüzdə bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün istifadə olunanantibakterial sabunlardır. Məlumata görə antibakterial sabunlar insanın hormonal tarazlığına təsir göstərir və zənn edildiyi qədər faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib. Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan 'Triclosan' adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu maddənin evdəki təmizlik vasitələrində və diş pastasında olduğu deyilir.
Edilən araşdırmalara görə anti bakterial sabunların, xəstəliklərə qarşı qorunmada normal sabunlardan bir o qədər fərqi yoxdur. Başqa bir məlumatda paltar təmizliyi istiqamətində mikrobiologiya mütəxəssisləri tədqiqatlar apardıqları bildirilir. Araşdırmalar alt paltarlarının maşında yuyulması zamanı «koli basili» adı verilən qalın bağırsaq bakteriyalarının suya qarışaraq geyimlərə bulaşdığını müəyyən edib.
Bu baxımdan mütəxəssislər bildirirlər ki, paltarları yuyaraq təmiz etmək mümkündür, lakin bakteriyaların yayılmasının qarşısını almaq asan deyil. Bunun qarşısını almağın yolu, paltarları 150 dərəcədə yumaq və sürətli qurudan paltar maşınında qurutmaqdır. Qeyd olunan bütün bu məlumatlar bir daha sübut edir ki, şəxsi gigiyena insan sağlamlığının vacib sahələrindən biridir və ona müntəzəm əməl etmək vacibdir