Nikola Tesla | Başı bəlalı dahi

Nikola Tesla | Başı bəlalı dahi

1883-cü ildə serbiyalı elm adamı Nikola Tesla, Continental Edison Şirkətinin Avropa bölümündə işləyirdi.Çok zəkalı bir ixtiraçı idi. Fabrik mü­dürü ve Edisonun dostu Charles Batchelor onu şansını Amerika'da axtarmağa razı salaraq özünü Edisona tanıtmağı üçün məktub verdi. Beləcə Teslanın ölümünə qədər davam edən sıxıntılı və çiləli bir həyat başladı. Tesla, New Yorkda Edisonla tanış olan kimi Edison onu dərhal işə aldı. Tesla gündə on səkkiz saat işləyib Edison'un ibtidai dinamolarını inkişaf etdirməyin yollarını tapdı. Nəhayət onları tamamilə başdan dizayn etməyi təklif etdi. Edison'a görə bu bir nəticəsi olamayan və illərcə üzərində işləməyi tələb edən böyük bir iş idi, amma Teslaya, "Əgər bunu eliyə bilsən sənə 50.000 dollar verəcəm… əgər bacarsan," dedi. Tesla bu proyekt üstündə gecə gündüz işlədi və sadəcə bir il sonra dinamonu avtomatik idarəedicilərlə tamamlanmış ve qüsursuz şəkildə yenilənmiş olarak ortaya qoydu. Yaxşı xəbəri vermək və 50,000 dolarını almak üçün Edisona getdi.
Edison bunu eşidəndə xeyli məmnun olmuşdu, ama iş pul məsələsinə gələndə genc Teslaya, "Tesla, bizim Amerikan lətifələrimizi başa düşmürsən," deyərək maaşında kiçik bir artış elədi...

Teslanın ən çox istədiyi dəyişən elektrik cərəyanı sistemi yaratmaq idi. Edison birbaşa cərəyan sisteminə inanırdı və yalnızca Teslanın araşdırmasına dəstək verməməklə qalmayıb onu sabotaj edə bilmək üçün əlindən gələni edirdi. Tesla özünün elektrik şirkətini quran Pittsburghlu böyük işadamı George Westinghouse'a müraciət etdi. Westinghouse,Teslanın araşdırmasına tam dəstək verdi ve gələcəkdəki mənfəəti üçün cö­mərd bir patent haqqı təklif etdi. Teslanın yaratdığı dəyişən elektrik cərəyanı sistemi
bugün hələ də standartdır; ancaq, patentlər onun adına alındıqdan sonra digər elm adamları önə çıxıb Tesla üçün təməli hazırladıqlarını iddia edərək ixtiradan pay almağa çalışdılar. Teslanın adı bu qarışıqlıqda unuduldu və hər kəs bu icadı Westinghouse'un adı ilə birgə hallandırmağa başladı.
Bir il sonra Westinghouse'un, Teslayla imzalamış olduğu cö­mərd patent haqları müqaviləsini nümunə alan digər patent sahibləri də bu haqdan pay almağı tələb etməyə başladı. Westinghouse elm adamına əgər bütün patent haqqını ödəyərsə şirketin iflas olacağını açıqladı;Teslanı patentlərini 216.000 dolara satmağı qəbul etməyə razı saldı. Bu rəqəm şübhəsiz çok böyük idi, amma o dövürdəki əsil dəyəri olan
12 milyon dollardan çox az idi. Səhmdarla Teslanın elinden zənginliyini, patentləri və ən vacibi də kariyerasının ən böyük ixtirasının şərəf dəyərini aldılar.

Guglielmo Marconi adı həmişə radionun ixtirası ilə birlikdə hallanmışdır.Ancaq ixtirasını meydana gətirərkən Marconinin, Teslanın 1897-ci ildə aldığı bir patenti istifadə etdiyi ve araşdırmasının Teslanın araşdırmalarına söykəndiyini çox az adam bilir. Tesla yenə nə pul, nə də tərif aldı.  Dəyişən elektrik cərəyanı sistemindən başqa indüksiya motorunu da ixtira etdi və o«radionun əsl atasıdır.»
Ancaq, bu ixtiralarının heç birində onun adı yoxdur. 



Bir çox insan həqiqətlərlə məşğul olan elmin, dünyanın geri qalanının başına dərd olan önəmsiz rəqabətin xaricində olduğu xəyalına inanır. Nikola Tesla bunlardan bir idi. Elmin siyasətlə bir əlaqəsi olmadığına inanırdı, şöhrət ve zənginliyə etina etmədiyini deyirdi. Amma yaşlandıqca bu onun elmi işlərini məhv etdi. Adı yeni ixtiralarla birlikdə hallanmadığı üçün fikirlərinə yatırım edəcək adam tapa bilmirdi. Gələcək üçün möhtəşəm ixtiralar üzərində düşünürkən digərləri onun onsuz da almış olduğu patentleri oğurladılar.
Hər şeyi özü eləməyə çalışdı amma sadəcə yorğun düşdü və gücsüzləşdi.

Edison onun tam tərsi idi. Əslində böyük bir elm adamı ya da ixtiraçı deyildi; bir dəfə riyaziyyatçı olmağının lazım olmadığını, çünki hər zaman bir riyaziyyatçını işə ala biləcəyini demişdi… O əslində bir iş adamı və marketoloq idi. Xaricdəki fürsətləri dəyərləndirir, sahədəki ən yaxşı olanı işə alıb özü üçün çalışdırırdı.Əgər vacib olardısa rəqiblərindən oğurlayardı. Amma onun adı Tesladan çox daha yaxşı bilinir ve daha çox ixtira ilə birlikdə hallanır.

1917-ci ildə gücdən düşdüyü vaxtlarda Teslaya,Edison Amerikalı Elektrik Mühəndisləri İnstitutu Medalı veriləcəyi bildirildi. Tesla medalı qəbul etmədi.

«Mənə köynəyimə iynələyib institutunuzun üzvləri qarşısında  boş bir saat boyunca sinəmi gərərək gəzə biləcəyim bir şərəf verməyi təklif edirsiniz. Bədənimə madal verib, açlığa davam etməyinə icazə verirsiniz, çünki institutunuzun büyük hissəsinin dayandığı təməli yaradan ağlım ve onun yaradıcı məhsullarını tanımağı rədd etdiniz.»

Tesla yaşlı bir adam olaraq yoxsulluq içində ölmüşdür.
Top