Saç tökülməsinə ən çox səbəb olan faktorlar stress, qışın soyuğu, avitaminoz və ya son zamanlar keçirdiyiniz xəstəlik ola bilər.
Saç uzanması və tökülməsində irsi faktorlar və hormonların böyük rolu vardır.Məsələn. qadın hormonu olan estrogen saçın uzanması və onun sıxlığını təmin edir.Estrogenin faizi düşdükdə (hamiləlik və menapauza dövrü) saçlar tökülməyə başlayır. Müxtəlif konraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulu da saç tökülməsinə səbəb olur (bu preparatlar qanda kişi hormonlarının artmasına səbəb olur).Sizdə saç tökülməsi yuxarıda qeyd edilən səbəblərdəndirsə, narahat olmağa dəyməz,bu proses özü tədricən bərpa olacaq.Əgər 2-3 aya qədər dəyişikliklər yoxdursa, siz mütləq endokrinoloqa müraciət etməlisiniz.
Saç tökülməsi və həcmin azalması şəkərli diabetin ilk əlaməti ola bilər, belə ki, tük soğanağındakı xırda kapilyarlarda mikrosirkulyasiya pozulmuş olur və müvafiq olaraq soğanağın qidalanması pozulur.
Saç tökülməsini ən çox yaradan səbəblərdən biri də stressdir, başqa cür desək müasir həyatımızın qaçılmaz hissəsi. Stress tük bitməsi üçün lazım olan hormonların ifrazını azaldır, nəticədə soğanağı qidalandıran damarlar daralmış olur. Nəticədə soğanaqların dincəlmə fazası uzanır (normada saç tökülməsindən 3-4 ay sonra ) və tük bitmə fazası qısallır (3-5 il).Saçlar vaxtından əvvəl tökülür, yeniləri onları əvəz etməyə “tələsmirlər”.Nəticə də bildiyimiz kimi olur.
Aşağıdakıları etsəniz saç tökülməsində sizə kömək edər:
- İlk növbədə əsəblərinizi sakitləşdirin (asan olmasa da), özünüzü cilovlayın, səbrli olun.Bunun üçün idmanla məşğul olun, əzələlərinizi işlədin, aromaterapiya seansları qəbul edin.Əlavə olaraq, otlar köməyinizə gələ bilər.Bu kokteyli səhərlər için:axşam 50 qr yemişan meyvəsinin (rusca-boyarışnik) üzərinə qaynar su əlavə edin, bütün gecəni qalsın, səhər bir xörək qaşığı yeməkdən əvvəl qəbul edin. Apteklərdən sakitləşdirici çaylar da əldə edə bilərsiniz.
- Qidalanmanıza diqqət yetirin: Hər hansı bir dietaya başlamamışdan qabaq nəticəni düşünün.Qeyri-düzgün dieta zamanı orqanizm özü üçün vacib olan vitamin və elementləri qəbul etmir. Saçın möhkəmləndirilməsi və tökülməməsi üçünsə balanslaşdırılmış zülal, dəmir,selen, sink tərkibli qidaların böyük əhəmiyyəti var.Məs:yağsız cücə,mal əti, qaraciyər, böyrək, yumurta, paxlalı bitkilər, fındıq, göbələk, yerkökü, alma, soğan, sarımsaq, xüsusilə də süd məhsulları:yoqurt, kəsmik.Xüsusilə saçlar üçün nəzərdə tutulan polivitamin kompleksləri də qəbul etməyi unutmayın.
- Saçınıza düzgün qulluq edin: Saçınızı cod su ilə yumayın, kimyəvi preparatlarla saçların tez-tez rənglənməsi, burulması, düzləşdirilməsi, fenlə qurudulması, hansı daraqlardan belə istifadə etməyinizin böyük əhəmiyyəti var.
- Şampun və kondisioner alarkən çalışın onlar eyni və keyfiyyətli markadan olsun.Tərkibinə diqqət yetirin.Məs:jenşen tərkibli şampunlar saç dibi hüceyrələrinin funksiyalarını stimulə edir və saçın strukturunu möhkəmləndirir.Jojoba yağı saç dibini qidalandırır və möhkəmləndirir.Çay ağacı, rozmarin yağı dərini tonuslandırır.Vitamin E tük soğanağını sərbəst radikalların zərərli təsirlərindən qoruyur.Vitamin B5 hüceyrə metobolizmini stimulə edir və saçın tərkib hissəsi olan amin turşuların sintezində iştirak edir. PP vitamini tük soğanağının funksiyasını stimulə edir və möhkəmləndirir.
- Bundan başqa heç vaxt böyük flakonlarda qablaşdırılmış ucuz şampunlardan istifadə etməyin.Aylarla vanna otağınızda saxladığınız şampunlarda mikroskopsuz belə siz mikrobları görə bilərsiniz, onlar xüsusi çöküntü və kristallar yaradırlar. Yuyucu vasitənin rənginin, şəffaflığının da əhəmiyyəti var.Belə ki,nə qədər şəffafdırsa o qədər də keyfiyyətlidir.
Elə bir insan yoxdur ki,saçın tökülməsi problemi ilə üzləşməsin. Qadınlarda saçın tökülməsinin ağla gəlməyən səbəbləri ola bilər.Yumurtaların iltihabı,bağırsaqları,kəllədaxili təyziq,qan azlığı,hamiləlik və.s.Gözəl və sağlam saçlara sahib olmaq üçün əvvəlcə qida rasionuna fikir vermək lazımdır.Axı bizə lazım olan vitaminlər qəbul etdiyimiz qida ilə bərabər orqanizmimizə daxil olur.Bitki yağlarının tərkibində olan A,B,C,D vitaminlər qrupu sink,dəmir və yağ turşuları saçlarımızın strukturunu bərpa edir və onlara sağlam görkəm verir.
Saçlar töküldükdə əvvəlcə onları möhkəmləndirmək üçün 1-2 ay ərzində həftədə 1 dəfə yumamışdan yarım saat əvvəl saçın kökünə bərabər miqdarda spirtlə,gənəgərçək yağının qarışığını sürtüb,sonra yaxşıca yumaq lazımdır.
1-2 aydan sonra saçlar artıq möhkəmlənibsə,onda saçlarda digər maskalardan itifadə etmək olar.Bunun üçün 1 x.q.soğan şirəsini 2x.q. araqla qarışdırın.Yağlı kəpəkdə və saçlar töküldükdə 3-4 ay müddətində hər dəfə saç yumazdan əvvəl başın dərisinə sürtün.
Saçların soğanağını aşağıdakı tərkibli qarışıq bərpa edir:
Orta ölçülü 1 ədəd soğanın şirəsini həmin miqdarda gənəgərçək yağı və 1 yumurtnın sarısı əlavə edilib qarışdırılır.Saçı yumağa 45 dəqiqə qalmış qarışığı başın dərisinə sürtüb,saçları səliqə ilə darayın.Sonra başı selefon paketlə örtün.Müntəzəm olaraq müalicə kursunu təkrarlayın.Gicitkənin təzə şirəsini su ilə qarışdırıb saçlarınızı yaxalayın.Bu proseduradan sonra başda kəpək əmələ gəlməyəcək,saçlarınız gözəl və parlaq olaraq,onların kökləri möhkəmlənəcək,qan dövranı yaxşılaşacaq.