Çay

Çay

Beş-altı yaşlarında bir oğlan valideynləri ilə meşədə gəzərkən birdən şəffaf sulu çay gördü. O, təmiz sudan içdi, sonra isə əyləncə xatirinə əlinə kiçik budaq alıb çayın suyunu bulandırmağa başladı.

Çayın dibi palçıqlı idi, ona görə də həmin an qum, tökülmüş yarpaqlar və hər cür zir-zibil suyun səthinə qalxdı. Bir az əvvəl dupduru olan çay içmək üçün yararsız oldu. Çayın çirkli suyuna baxmaq oğlanı tezliklə bezdirdi. O, budağı çaya atıb anasının yanına qaçdı. 

Bu ərəfədə uca dağların başında başqa bir oğlan da əlində budaq çayda oynayırdı. Onun da könlündən suyu bulandırmaq keçdi. Lakin çayın dibi daşlı olduğundan budaq qırlıdı və oğlan heç nə əldə etməyərək ordan uzaqlaşdı. Su hələ də saf və təmiz idi. 

Bəzi insanlar da təmiz sulu çay tək xeyirxah və mehriban görünürlər. Lakin bilmədən xətrinə dəysən, görərsən ki, meşə çayından palçıq və zir-zibil qalxdığı tək onun da qəlbindən şübhə, xırdaçılıq, təkəbbür və köhnə incikliklər baş qaldırar.
Top