Yağlı saç nədir və necə meydana gəlir? Deyilənlərə görə, düz saçlı insanlarda dəridən ifraz olunan yağ gün içində sürətlə yayılarkən, buruq saçlı insanlarda bu müddət daha yavaş irəliləyir. Bu vəziyyətdə də istifadə ediləcək şampunun çox diqqətli seçilməsi lazımdır. Saçı tez-tez yumaqda daha çox yağlandırır. Genetik və hormonal səbəblərlə yağlı olan saçları, 2 hətta 3 gündən daha çox yumağı təklif edirəm, getdikcə saçınızda azalma olacaq. Limonlu şampun istifadə edin ya da etibarlı markaların yağlanılmağa qarşı çıxardıqları şampunlar yaxşı nəticə verir. Saç kremi istifadə etməyin. Saç boyasının da yağlanılmağı azaltdığı deyilir.
Ayrıca yağlı saçlara sahib olan qadınların saçlarını necə yuduqları qədər necə şəkilləndirdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez daramaq yağlanmağı sürətləndirir. Bununla yanaşı saçların mümkün qədər az yığılmasında da fayda var.
Yağlanılma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, həqiqətdə daha başqa problemlərin də başlanğıcıdır.
Əgər ki həddindən artıq yağlanılma alınmazsa tökülməyə də yol aça bilir. Ayrıca pitrosporium adı verilən və dəridə olan bir göbələyin sayını artıraraq saçlarda kəpəklənməyə ya da seboreik egzama ortaya çıxmasına səbəb olur.
Yağlı saçlar necə yuyulmalıdır?
Həddindən artıq yağlı saçları yuyarkən saçlar şampunlanmazdan əvvəl saçlı dərini iki dəfə yumaq lazımdır. Bəzən saçlı dəri çox yağlı olduğunda, yağlar dəridən uzaqlaşdırıldığı üçün köpük olmayacaq.