Bədənə qulluq

Bədənə qulluq

Gigiyena insan sağlamlığının vacib aspektidir. Müasir elmi biliklərə esaslanan . əziyyət verməyərək gündəlik yerinə yetirilən gigiyena proseduraları insan sağlamlığı üçün çox xeyirlidir, yüksək iş qabiliyyətini, aktivliyi saxlayır, orqanizmin normal inkişafına kömək edir. Təcrübələr göstərir ki, uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağlamlığın şüurlu qorunmasına çevrilir. Ona görə də gigiyena vərdişləri oğlana da, qıza da uşaqlıqdan aşılanmalıdır.

Dəri, saçlar və dırnaqların gigiyenası

Dəri bədəni yalnız çöldən örtmür, müxtəlif funksiyalar daşıyır, başlıcası müdafiədir. Dəridə tər və piy vəziləri yerləşir. Tər vəziləri xaricə tər ifraz edir, piy yağlarını piy vəziləri hasil edir. Buna görə də dəridəki tüklər nəmliyini və elastikliyini saxlayır, dəri qurumur, qatlaşmır.
Dəri xəstəliklərinin qarşısını almaq, sağlam görəm saxlamaq üçün dəriyə düzgün qulluq etmək lazımdır. Dərinin açıq hissəsini her sutkada, örtülü hissəsini həftədə 1 deəfədən az olmamaq şərtilə sabunla, çox tərlədikdə və piy vəzləri daha aktiv olduqda daha tez-tez yumaq lazımdır. Səhərlər duş qəbulu vərdişi pis deyil, amma sabunsuz, sabun dərini müdafiə edən maddələri yuyur və qurudur. Əl-üzü otaq temperaturlu su ilə yumaq məsləhətdir, isti su elastikliyi azaldır, soyuq su piy vəzilərinin normal ifrazatını pozur. Əlləri yeməkdən qabaq, küçədən gələndə, ayaqyolundan sonra, hər çirklənəndə yumaq, möhkəm silmək lazımdır, yoxsa codlaşar.

Pubertat dövründə tər ifrazı çoxalır, bir çox yeniyetmələrdə kifayət qədər intensiv, xoşa gəlməyən xarakterik iyi olur. Qarşısını almaq üçün qoltuq altı hər gün yuyulmalı, tüklər qırxılmalıdır, onlar təri saxlayır.Pubertat dövrünün sonunda, 14-16 yaşda bəzi yeniyetmələrdə sızanaqlar əmələ gəlir. Kişi cinsi hormonlarının artması (oğlanlarda bərk biruze verir) piy vəzilərinin aktivliyinə səbəb olur. Sızanaqlar ən çox üzdə, sinədə, belin yuxarı hissəsində olur, bir neçə aya keçə də bilər. Dəri xəstəliyi olsa 20-25 yaşa qədər davam edər. Sızanaqların olması və təzahürüne irsi meyil də ola bilər. Tez üzü qızaran qızlarda sızanaqlar olmur. Sızanaqların profilaktikası dərinin mükəmməl təmizliyi və piy vəzi axarı tıxaclarının qarşısının alınmasıdır. Çох aktiv olduqda üzü tez-tez sabunla yumaq, massaj etmək lazımdır. Əvvəlcə isti su ilə yuyulmalı, sonra soyuq su ilə yaxalanmalıdır. Bu prosedür yaxşı təsir edir. Sızanağın kəskinləşməsinə səbəb qidada acı, ədviyyat, kofe, kakao, tünd çay, yeməkdə yağların və karbohidratların çox olmasıdır.

Mütəxəssislə məsləhətləşərək bəzi kosmetikadan istifadə etmək olar, lakin sui-istifadə yox, xüsusən yeniyetmə qızlara cavan, sağlam dəriyə kosmetika lazım deyil, həmişə zərərsiz ötüşmür. Çox bəzədilib qrimlənmiş üz pis təsir bağışlayır. Kosmetikadan çox istifadə cazibədar görünmek üçündür, bu vaxt həddi aşmaq olmaz. Pudra, dermakol dərini çirkləndirir, nəfəsini pozur: ağardıcı maddələrdə də (çillərə qarşı) civə var, odur ki, yazda, yayda dərini düz düşən şualardan qorumaq lazımdır. Dodaqlar çatlayanda rəngsiz pomada və əl kremindən istifadə oluna bilər. Dərinin yaxşı olması sağlamlığa dəlalət edir. Adi gigiyena, qidalanma, və yuxu rejiminə riayət etdikdə, sağlam həyat tərzi keçirdikdə dərinin rəngi ve sağlamlığı saxlanır.

Tük və dırnaq dərinin törəmələridir. Tüklər çox mikroskopikdirler – nəmliyi, piy vəzilərinin ifrazatlarını və tərkibində yağlar olan maddələri özünə çəkir. Piy vəziləri xeyli şirə buraxdıqda (yağlı saçlar) saçlar 3-4 gündən bir, dəri quru olduqda 5-6 gündən bir yuyulur. Şampunlardan istifadə etmək olar, seçim yolu ilə. Təmiz yuyan, kəpək əmələ gətirməyən, qıcıqlandırmayan şampun seçin, çobanyastığı, gıctikən, pişikdili dəmləməsi qatılsa daha yaxşı olar. Başı çox isti su ilə yumayın, barmaqlarla və ya şotka ilə masaj xeyirlidir. Axırda çobanyastığı cövhəri ilə yaxaladıqda parlaqlıq olar. Səliqə ilə silib, otaq temperaturunda qurudun: fen saçı qurudur, kövrəldir, quru vaxtı daranmasa çox saç tökülər. Saça zərərli olan isti burma, tez-tez isladılma, keyfiyyətsiz saç boyalarıdır (indi təbii olmayan, müxtəlif rənglər dəbdədir, hətta oğlanlar arasında).

Saç xarici görkəmin əsas komponentidir. Düzgün qulluq olunduqda özünü doğruldur, təhlükəli eksperimentlər yol verilməzdir.Dırnaqlara qulluq çətin deyil. Sağlam dırnaqlar qabarıq, səthi hamar, rəngi parlaq çəhrayı olur. Böyümə sürəti əldə həftədə 1 mm, ayaqda 3-4 dəfə az. Əl dırnaqları həftədə bir dəfə, ayaq dırnaqları ayda bir dəfə kəsilməlidir. Dırnaqların yanında tilişkəni səliqə ilə kəsib odekolon vurmaq lazımdır.
Dirnaqlara qulluq zamanı əllərin təmizliyinə də fikir vərilməlidir. Daima lak vurduqda saralır və kövrək olur.

Tənasül (cinsiyyət) üzvlərinin gigiyenası

Tənasül üzvlərinin infeksiyalara qarşı profilaktikası doğulandan başlanır. Onlar günde bir neçə dəfə yuyulmalı, iltihaba yol verilməməlidir. Südəmər uşağın tənasül üzvləri nahiyəsində kobud manipulyasiyalara yol vermək olmaz. Nisbətən iri yaşda tənasül üzvləri səpələnən su (duşla) ilə yuyulmalıdır. Yaxşı olar ki, bu əməliyyatlar yatmazdan əvvəl olsun. Yavaş-yavaş uşaq buna o qədər öyrəşər ki, bunsuz keçinə bilməz. 7-8 yaşında bu əməliyyatı özü edər. Təmizlik proseduraları üçün şərait olmadıqda, hər dəfə sidik ifraz edəndə və ya bağırsaqlar boşalanda budun yuxarı hissəsi qıcıqlanır. Bir də ki, ifrazatlar paltara hopanda mikroblara şərait yaranır. Kolqotkalar gigiyenik deyil. Tənasül üzvləri nahiyəsində qaşınma olsa həkimə müraciət edilməlidir. Həkim bağırsaq qurdunun olub-olmamasını müəyyən etmək üçün analiz göndərir ve müalicə təyin edir.

Reproduktiv funksiya pozuntularının qarşısını almaq üçün xroniki qəbizliklə mübarizə aparılmalıdır. Çünki, çanaq sümüyü nahiyesində qan durgunluğu əmələ gəlir, tənasül üzvlərinin yerləşmə vəziyyəti pozulur. Çox vaxt dözmək adətindən olur. Əgər səhər tezdən və ya yatmazdan əvvəl ayaqyolunda olmamısınızsa, məktəbdə dözməy məcbursunuz, hər dəfə dərsdən icazə almaq mümkün olmur, bir də ki, məktəb ayaqyolusu çox da abad deyil.

Tənasül üzvlərinin gigiyenası qızlarda aybaşı, oğlanlarda pollüsiya zamanı daha vacibdir. Yadda saxlayın ki, aybaşı vaxtı qadın orqanizminin xoşagəlməyən faktorlara dözümlülüyü azalır. Aybaşı olanda nəm torpaqda uzansanız yumurtalıqlar soyuqlayır, illər uzunu qarnın aşağı hissəsində və bəldə ağrılar olur, tsikl pozulur.

Aybaşı vaxtı hovuzlarda çimdikdə uşaqlığın selikli qişasında iltihab əmələ gələr, vaxtaşırı qanaxma və ağrı olar. Bu həmişə belə olmur, vaxtilə sağlamlıqla belə münasibətdə olduqda qadınların çoxu ginekoloqda müalicə olunurlar.Aybaşı vaxtı günün altında çox qalmaq, uzun müddətli səyahətlər etmək, uzaqlara ekskursiyada (gəzinti), yorucu rəqslərdə, oyunlarda iştirak etmək, bərk qaçmaq, hoppanmaq, ağırlıq qaldırmaq olmaz. Yadda saxlamaq lazımdır ki, aybaşı xəstəlik deyil, adi həyat tərzidir. Bu vaxt adi günlərə nisbətən isti geyinmək, ayaqlar, bel, qarnın aşağı hissəsi soyuqlamadan qorunmalıdır. Aybaşı vaxtı gündəlik iş görülür, amma ağırlıq bir az azaldılmalıdır.Aybaşı haqda qız bilməli, şəxsi qadın gigiyenasına tam əməl etməlidir: gündəlik təmizliklə (tualet) məşğul olmalı, aybaşı zamanı xüsusi döşəkciklərdən (prokladka) istifadə etməlidir. Pambıq ve tənzifdən, yaxud yumşaq parçadan özləri də düzəldə bilər, hazırını da almaq olar. Islandıqca dəyişilməlidir, təmiz və ütülənmiş dəsmal da lazımdır. Qız bilməlidir, hansı paltar daha rahatdır.
Xarici tənasül üzvləıri təmiz saxlanmalı, təmiz əllərlə yuyulmalıdır. Yuyunmaq ilıq, axar su ilə daha yaxşıdır. Adi günlərdə 2 dəfə - yuxudan duranda və yatmazdan qabaq, aybaşı vaxtı 3-4 dəfə. Düz bağırsaqdan infeksiya düşməməsi üçün öndən arxaya doğru yuyulur. Uşaqlıq boynunun içərisi yox, o, öz-özünü təmizləyir, ətrafı yuyulur. Tənasül üzvlərinin selikli qişası qaşındıqda çobanyastığı, çay, pişikdili otlarının cövhərindən istifadə etmək məsləhətdir.

Sabun neytral olmalıdır, uşaq lakolin sabunu. Bahalı sabunlarda olan yağlar və ətir maddələri dərini qıcıqlandırır və qurudur. Aybaşıda vanna qəbul etmək, hamamda çimmək olmaz, ilıq duş qəbul etmək olar. Alt paltarı hər gün dəyişilməlidir, islananda daha tez-tez. Gigiyenik proseduraların tezliyi və intensivliyi fərdidir. Hər şey ifrazatın miqdarından və xassəsindən asılıdır (pis qoxu). Uşaqlıq boynunu şirinq etmək lazım deyil, infeksiya keçə bilər, adi günlərdə də selikli qişa yuyulmur, çünki uşaqlıq boynunun funksiyası zəifləyər.
Oğlanlarda bu "problemlər" yoxdur, amma səhərlər xarici tənasül üzvlərini yumalıdır, gecə pollusiyasından sonra alt paltarı və yataqda sperma qalır, yuyulmasa iltihab verə bilər.

Paltar və ayaqqabı gigiyenası

Paltarın əsas funksiyası - metereoloji təsirdən (soyuq, isti, yağış) və çirklərdən qorumaqdır, həm də mədəniyyət səviyyəsini göstərir (müəyyən dərəcədə şəxsiyyəti və yaşı). Böyüklərlə yeniyetmə geyimi seçilir. Hər ikisi yaxşı zövqə və gigiyena tələblərinə uyğun olmalıdır. Yeniyetmə elə geyinməlidir ki, paltar çox da gözə çarpmasın, ümumi diqqəti cəlb etməsin, gigiyenik və estetik nöqsanları olmasın. Alt paltar pambıq parçadan olsa yaxşıdır, dəri ifrazatları yaxşı hopar. Sintetik parçalar ziyandır, ifrazat pis hopur, dəridə qıcıqlanma və qaşınma əmələ gətirir. Paltar hərəkətləri saxlamamalı, yerişi pozmamalıdır. Dəb dalınca getməklə yeniyetmələr elə geyinirlər ki, hərəkət koordinasiyası pozulur, əzələ sistemi, oynaqlar və vətər bağları ağırlaşır, tez yorulma, təzə formalaşmış qamətin və sümüklərin əyilməsi baş verir.
Dəb keçib gedir, ancaq insanın sağlamlığı, həyat həvəsi, görkəmi vacibdir.
Yataq dəsti 7-10 gündən bir, burun dəsmalları çirkləndikcə dəyişməlidir, birdəfəlik xüsusi salfetlərdən də istifadə oluna bilər.

Ayaqqabı gigiyenası, paltar gigiyenasından az əhəmiyyətli deyil. Ayaqqabıya tələbat - ayağı sıxmamaq, narahat olmamaq, yük bütün pəncə boyu paylanmalıdır. Əks halda yastıpəncəlik əmələ gələr. Ayaqqabı dar olduqda pəncədə qan dövranı pozulur. Narahat ayaqqabıda, rezin ayaqqabıda ayaq çox tərləyir. Büzüşdürücü (kalium permanqanat məhlulu) maddələr və ayağın mütəmadi yuyulması tərləməni azaldır. Ayaqlara əsas qulluq: yatmazdan qabaq sərin su ilə yumaq, uzun gəzintidən sonra, ayaqlar yorulanda ilıq su xeyirlidir, bərk qurulamaq lazımdır, barmaqlar arasında nəmişlik qalanda göbələk xəstəlikləri ola bilər. Ayaq üçün hər aile üzvünün ayrıca ayaq dəsmalı olmalıdır. Kalqotka və qısa corablar (naski) hər gün dəyişilməlidir.
Başqalarının paltarını, xüsusən ayaqqabılarını geymək gigiyenik deyil. Hamamda və hovuzlarda çiməndə xüsusi şapşaplar (tapoçki) gəyinmək pis olmaz.
Həmçinin bax:
Əllərinizi yuyun

Top