Uşağın dərisində səpgi əmələ gəlib, qaşınma hiss olunur? Qusmaq istəyir, yoxsa mədəsi qarışıb? Əlbəttə , siz birinci növbədə uşağın iştahının pozulmasına səbəb olan hansı bir keçici virusdan zəhərlənmədən şübhələnirsiniz… Amma çətin ki, bütün bunları doğuran səbəb ağliniza gələ. Bu da təmizliyin elementar gigiyenik qaydalarlna əməl etməməkdir-keçici xəstrəliklər üzrə pediator həkimlər bu fikirdədir.
Mənbə: BakuTimes Medrulse.ru-ya istinadən hazırladı /
Uşaq qumda oynayarkən, yaxud, gölməçədə gəmi üzdürərkən onun əllərinə təhlükəli mikroorqanizmlər bulaşır.Odur ki həkimlər ilkin olaraq təmizliyə əməl olunmasını tələb edirlər.
Bəs , sudan və sabundan istifadə etmədikdə hansı xəstəliklərə yoluxmaq olar?
Dizenteriya..Nahaq yerə onu ”çirkli əllərin xəstəliyi” adlandırmırlar.Uşaq alma dərib-yığmaqla, yaxınlıqdakı koldan gilə-meyvə dərməklə məşğul olduqdan sonra yemək yeməzdən əvvəl əllərini yumursa, az sonra temperaturu qalxır, cıyıqtəhər bayıra çıxır.
Yeri gəlmişkən, dizenteiyanın artma-balalama dövrü xəstəliyin səbəbindən asılı olduğundan onu tez müəyyən etmək olmur. Bəzən valideyinlər düşünürlər ki, uşaq .”nəcə yeyib.”, odur ki, bu halla .”ev şəraitində”mübarizə aparırlar. Düşünmürlər ki, dzinteriya bədən daxili bütün orqanlara yayılır və tezcə də inkişaf edir. Tez həkimə myraciət edirik. Həkimə nə qədər tez müraciət olunsa, diaqnoz müəyyən edilsə, sağalmaq şansı çox olar.
Profilaktika: Uşaq hər yeməkdən əvvəl əlini yusun. Xüsusilə gəzintidən sonra. Uşağa təlqin etmək lazımdır ki, yuyulmamış meyvə-tərəvəzi yeməsinlər. Əgər istəyirlərsə evə aparıb isti suda yuduqdan sonra yeyə bilərlər.
İt dirsəyi.. Uşaq çirkli əlləri ilə gözlərini ovur-və gözlərində xəstəlik yaranır. Əvvəlcə göynəmə baş verir, sonra kiprikləri ətrafında şiddətli ağri baş verir. Düzgün müalicə olmadıqda bir neçə gündən sonra irinləyir… qana yoluxmaq ehtimalı artır Odur ki, təmiz pambıqla, əski ilə buruna doğru təmizləmək lazımdır.
Səpkilər. Bir çox uşaqlar diatezdən əziyyət çəkirlər. Odurki, valideynləri bunu allergiya bilib onlara mer-meyvə yeməyi qadağan edirlər.Əslində isə bu qumdan və gölməçədə olan mikroblrdan ola bilər.
Profilaktikasi.:Uşağı təmizkar olmağa öyrətmək lazımdır. Çirkli şeylərə əl vurmağı qadağan etmək lazımdır.
Bağırsaq qurdu. Xəstə uşağa çox əziyyət verir.Qarında ağrı,arxa girəcəkdə zud əmələ gəlir və.s. Bu xəstəlik pişiklərdən, itlərdən keçə bilər.Evdə yaşayıb-yaşamadığının fərqi yoxdur
Profilaktika: Uşağı başa salmaq lazımdır ki, itə-pişiyə istər coldə, istərsə də içəridə toxunduqda
mütləq sabunla yuyunmaq lazımdır.Ən yaxşısı onlara toxunmamaqdır. Əgər övladınızı uşaq bağçasına vermək istəyirsinizsə uşağı başa salın ki, başqa uşağın qabından yemək olmaz. Çünki bununla da həm uşğınızıI, həm də ətrafınızdakıları qorumuş olursunuz.