Özünüzə güzgüdə növbəti dəfə tamaşa edərkən, ikinci balaca güzgü vasitəsi ilə baxma bucağını bir qədər dəyişdirib, zərif qulaqlarınıza göz gəzdirməyə çalışın. Unutmayın ki, üz dərisi kimi, qulaqların da qulluğa ehtiyacı vardır.
«DƏRİNDƏN QAZIMAQ» LAZIMDIRMI?
Qulağınızı təmizləməyə başlamazdan əvvəl, bunun faydası barəsində düşünmək gərəkdir. Axı, qulaq çirkinin əmələ gəlməsi, qulağın piy vəzilərində yerləşən qoruyucu xassə daşımaqdan başqa heç nə deyildir. Onun olmaması qulaqlarımızın çirk və mikroblara qarşı mübarizədə aciz olması deməkdir.
Qulaq çirkinin çatışmazlığı, xoşagəlməz göynəməli ağrıya səbəb olduğundan, canını qurtarmaq üçün, sərt bir şeylə çoxları qulağı qurdalamağa adət edirlər. Bununla belə, zahiri görünüşün qayğısına qalaraq, biz vaxtaşırı qulaq seyvanını da təmizləməliyik. Qulaqların təmiz görünüşü üçün, eşitmə borusunun çox da dərinliyinə getməyərək, seyvanın xarici səthini maye kremdə islanmış, yumşaq parça, yaxud tampon ilə silmək kifayətdir. Şübhəsiz ki, təmizləmək üçün, sancaq və diş çöpü kimi iti əşyalardan, hətta ucu pambıqla örtülmüş olsa da, istifadə etmək məsləhət görülmür. Bəli, sadəcə kibrit çöpləri də, heç də zərərsiz deyil. Ən başlıcası: «dərin qazıma» - pambıqlı tamponun, eşitmə kanalına mümkün qədər dərindən yerləşdirilməsi fayda vermək əvəzinə, daha çox zərər vurur və təbii çirkəmələgəlmə prosesini pozaraq, qulağın tutulmasına gətirib çıxarır. Bu isə, qulaqda, məsələn, su damcılarının düşməsi kimi, xoşagəlməz hisslər yaradır.
MÜTƏXƏSSİSƏ ETİBAR EDİN
Əgər sizdə qulaq çirki tıxacı varsa və o, eşitmə borusunun deşiyini tam bağlamayıbsa, adətən narahatçılıq olmur. Ancaq bu, hər bir zaman baş verə bilər - çimərkən və yaxud başınızı yuyarkən, bir neçə su damcısının qulağa düşməsi kifayətdir ki, tıxac şişərək, eşitmə borusunu bağlasın. Nəticədə eşitmə qabiliyyəti xeyli azalır. Belə vəziyyətdə təcrübəli həkim-otolarinqoloqun köməyi lazım olacaq.
Qulaq çirki tıxacının öhdəsindən özbaşına gəlməyə cəhd göstərmək, asan görünən bir əməliyyat kimi, bizi aldanmağa vadar etməməlidir. Məlum hadisələrə görə, ev şəraitində tıxacın çıxarılması, qulaq təbil zarının deşilməsinə səbəb olur və təəssüf ki, bu da bərpa olunmur.
Əgər müəyyən səbəblərə görə, həkimə müraciət edə bilmirsinizsə, onda qulaq çirki tıxacının çıxarılmasını ev şəraitində sınaqdan keçirin. Qulaq çirki tıxacı kipləşmiş olduğu bir halda, əvvəlcə, otaq temperaturuna qədər qızdırılmış hidrogen perekisi, qliserin, bitki və yaxud badam yağının məhlulları vasitəsi ilə onu yumşaltmaq lazımdır. Bu proseduru uzanmış və yaxud oturaq vəziyyətdə yerinə yetirirlər. Adları yuxarıda çəkilmiş vasitələrdən birini damcıtökənə yığın. Sonra isə başınızı elə əyin ki, qulağınız yuxarı «baxsın» və eşitmə borusunun düz görünüşü üçün, iki barmaq vasitəsi ilə qulaq seyvanının yuxarı hissəsini ehtiyatla geriyə çəkin. О biri əliniz ilə, damcıtökəndən 3-5 damcı 3 faizli hidrogen perekisi, qliserin, yaxud yağ məhlulu damızdınn. Daha sonra eşitmə borusunu pambıq tampon vasitəsi ilə tutmaq zəruridir.
Bir neçə dəqiqədən sonra, pambığı çıxardaraq, artıq mayenin tökülməsinə imkan verin. Damızdırma zamanı, hidrogen perekisinin təsadüfən gözə düşməməsi üçün, bu prosesin icrasının ayna qabağında edilməsi məsləhət görülür. Ola bilsin ki, tıxacı yumşaltma prosedura gündə 2-3 dəfə damızdırmaqla, 2-3 gün müddətində davam etsin. Nəticədə tıxac yumşalaraq, qulaqdan özü çıxır.
Əgər tıxac kökləşmişsə və qulaqdan özü çıxmırsa, onda onu yumşaldaraq, çobanyastığı çiçəyinin, yaxud çay sodasının isti cövhəri ilə eşitmə borusunu yaxalamaq lazımdır. Yaxalamaq üçün şprisdən (əlbəttə ki, iynəsiz), rezin şırınqadan, yaxud dəm çaynikindən istifadə etmək olar.
Qulaqdan tıxac bütövlükdə, yaxud hissə-hissə çıxmayınca, azca təzyiq altında şırınqa etmək lazımdır. Əgər tıxacın bütün hissəsi çıxmayıbsa, yenidən qulağa hidrogen perekisi, yaxud yağ damızdıraraq, eşitmə borusunu pambıqla örtüb, növbəti şırınqa edilməyə qədər saxlamaq lazımdır.
QULAQ TIXACINA İSTİLİK VASİTƏSİLƏ ƏLVİDA DE!
Kökləşməmiş hallarda, tıxacın əmələ gəlməsi, iltihab prosesi ilə ağırlaşmayıbsa, qrelka vasitəsi ilə ondan xilas olmağı sınaqdan keçirmək olar. Sadəcə olaraq, qrelkanı qaynar su ilə (50-55 dərəcə) doldurub, təmizləmək istədiyiniz qulağın üzərinə uzanın.
İstiliyin təsiri altında qulaq çirki yumşalır və əgər bəxtiniz gətirsə, tıxac sadəcə olaraq «əriyəcək».
TƏHLÜKƏSİZLİYƏ RİAYƏT EDİN
Qulaqlarında ağır problemləri (otit, təbil zarının zədələnməsi, qulaqdan irin axma və s.) olmayan kəslərə, müstəqil surətdə qulaq çirki tıxacını çıxartmaq olar. Qulaq çirki tıxacının əmələ gəlməsinin qarşısını almaq üçün, qulaqlarınızı yuduqdan sonra, onu daxildən əsaslı surətdə silib təmizləmək (bunun üçün fendən istifadə etmək daha zəruridir), yaxud eşitmə borusunu pambıq tampon vasitəsi ilə təmizləmək olmaz. Bu cür hərəkət edəndə, siz sadəcə olaraq, qulaq çirkini döyəcləyib bərkidərək, tıxacın əmələ gəlməsinə şərait yaradırsınız.
Mənbə Qanun jurnalı