Yerli anasteziya edici maddələr o maddələrə deyilir ki,onların məhlullarını dərialtı toxumalara yeritdikdə və ya selikli qişalara hopdurduqda müvəqqəti olaraq həmin nahiyədə ağrı hissiyatı itmiş olsun.Bu baxımdan yerli anesteziyaedici maddələrin cərrahiyədə böyük əhəmiyyəti vardır.Belə ki,həmin maddələrin köməyi ilə narkoztörədici maddələrdən istifadə etmədən bir sıra cərrahi əməliyyatlar aparmaq mümkündür.Bədənin ayrı- ayrı nahiyələrinin keyləşdirilməsinin ümumi narkoza nisbətən bir çox üstünlükləri vardır,çünki bu zaman xəstənin bütün orqanizimi dərman maddəsinin təsirinə məruz qalmır və onun təsiri yalnız tətbiq edildiyi nahiyyədə meydana çıxır.Yerli anesteziya edici maddələrdən aşağıdakıları misal gösdərmək olar:
- Novakain-Novacainim. 0,25-0,5-1-2% -li məhlulları 2,5və10 ml-lik ampullarda buraxılır.Sintetik pereparatdır.Cərrahiyədə,oftalmologiyada,boğaz ,burun,qulaq xəstəlikləri praktikada geniş istifadə olunur.Novakayinin toksik təsiri mərkəzi sinir sisteminin oyanması ilə ,qusma ,qıcıq və tənəffüs mərkəzinin xeyli zəyifləməsi ilə xarakterizə olunur.
- Lidokain-lidocainim.Farmatoloji təsir sahəsi genişdir,təsiri tez baş verir və uzun müddət davam edir.Toksiki təsiri azdır.Qulaq ,burun ,boğaz xəstəlikləri,göz praktikasında geniş istifadə olunur. 0,25-0,5-1-2% -li məhlulu istifadə edilir.
- Anestezin-Anaesthesinim.5-20% -li yağlı məhlulu və pastası güclü ağrı və qaşinma ilə müşayət olunan yaraların səthinə sürtülərək ,poroşoku səpilmək,mədə ağrılarında,qusmalarda poroşoku və tableti daxilə qəbul edilmək,şamı isə duz bağırsağın ağrı əlaməti ilə gedən xəstəliklərində düz bağırsağa yeridilmək məksədilə tətbiq olunur.