Qeyri inhalyasion narkoztörədici maddələr.

Qeyri inhalyasion narkoztörədici maddələr.

Qeyri -inhalyasion narkoztörədici maddələrin istifadə olunma tarixi Kravkovd N.A. (1865-1924) adı ilə bağlıdır. Qeyri-inhalyasion narkoztörədici maddələrin (HB senal va tionental natriumun) təsir mexanizmi onunla izah edilir ki, onlar QAYT-ın benzodiazepin-barbitur reseptorları ilə qarşılıqlı təsir əlaqəsinə girir və bu zaman QAYT-ın ləngidici təsirini gücləndirir. Bu halda həm də postsinaptik reseptorlarda Cl ionlarının miqdari çoxalır, hiperpolyarizasiya yaranır. Nəticədə, ləngidici effekt ikiqat güclənə bilir. İmpulsların ötürülməsi çətinləşir.
     Qeyri-inhalyasion narkoztörədici maddələr inhalyasion narkoztöradici maddələrlə müqayisədə bir sıra müsbət cəhətlərə malikdir. Onlar daha tez narkoz vaziyyati yaradır. Oyanma dövrü müşahidə edilmir, xəstələr qorxu-həyəcan hissləri keçirmir, (çünki xəstəyə palatada manipulyasiya aparildiqdan sonra cərrahi otağa gətirilir), əlavə təsirlər, ağırlaşmalar çox az olur. Lakin qeyri-inhalyasion narkoztörədici maddələrin çatışmayan mühüm cəhəti narkozun dərinliyinin tənziminin çətin olmasıdır. Onların  səhvən böyük dozası işlədildikdə dozanı qanda azaltmaq mümkün olmur və xəstə hayati təhlükə qarşısında qalır.
    Digər tərəfdən onların törətdiyi narkoz, dərin cərrahi narkoz dövrünə uyğun gəlir. Odur ki, mürəkkəb cərrahi əmaliyyatların aparılmasina imkan vermir.
                              
     Onlar vena daxilinə, bəzən isə (eksperimentdə) əzələ içərisinə, dəri altına, plevra və periton boşluqlarına, hətta enteral yolla daxilə və ya düz bağırsağa təyin edilir. Onların narkoztörədici tam dozası birbaşa deyil, üç üsulla venaya yeridilir. Birbaşa,damcı ilə və hissə-hissə. Praktikada II və III üsullardan daha təhlükəli hesab edilir.
     Ona görə də bu üsuldan istifadə etdikdə qısa müddət ərzində narkozun tam dozası qana keçə bilir və onun qatılığı çox yüksəlir (xüsusən də qaraciyar çatışmazlığı olduqda) həyati mərkəzləri təhlükə altına alır. Onun artıqlılığını heç cür azaltmaq (qan almaq, əvəzində qan köçürmək lazımdır) olmur. Bəzən də dərmana qarşı həssasliq yüksək olur. Odur ki, 2-3 üsullardan istifadə olunduqda  həmin arzuolunmaz hallar baş vermir. Əks-təqdirdə onun qarşısının alınması  asan olur.II üsul texniki cəhətdən bir qədər çətindir. Ill üsul isə təhlükəsizdir.Hətta xəstənin yatağında və s. şaraitdə onu icra etmək mümkündür.
     Təsir  müddətinə görə onlar 3 qrupa bölünür:
 1)Uzun müddətə təsir göstərənlər: natrium — oksibutirat;
2)Qısa müddətətəsir göstərənlər -tiopental natrium, heksenal, ketamin, predion və s.
3)Ultra qısa müddətə təsir göstərənlər-proponidid
NATRiUM OKSiBUTiRAT (Natrii oxybutiras) — O, qamma-oksiyag turşusunun natrium duzudur. Sintez üsulu ilə əldə edilir. Farmakoloji təsirinə və kimyəvi quruluşuna görə qamma-aminoyagturşusuna oxşayır. Onun 20 %-li sulu məhlulu həcmi 10 ml olan ampulalarda parenteral, poroşoku isə həm enteral həm də  parenteral, 5 %-li şərbəti daxilə işlətmək üçün istifadəyə buraxilir. Birdəfəlik dozası bədənin hər kq-a 100-150 mq düşmək şərti ilə hesablanır. Onun zəif ağrıkəsici və öskürək əleyhinə təsiri ilə yanaşı, mülayim sedativ və yuxugətirici, lakin çox güclü narkoztörədici və antihipoksik təsiri vardır.
TiOPENTAL NATRiUM (Thiopentalum — natrium) 0,5-1q miqdarında ,(2,5 %-li məhlul halında parenteral yolla işlədilmək üçün) poroşok halında, həcmi 20-40 ml olan flakonda istifadəyə buraxılır. İşıq və hava təsirindan parçalanır. Lazım olduqa 20-40 ml steril distillə olunmuş suda (birdəfəlik doza) həll edilir (mahlulu çox saxlamaq olmaz), hər bir kq çəkiyə 8-10 mq hesabı ilə və hər 20 saniyadə 1-2 ml olmaqla vena daxilinə yeridilir. Bir qədər gözlədikdən sonra qalan doza (eyni qaydada) tətbiq edilir. Qanda bərabər paylanır. Lakin təsir göstərdikdən sonra bir hissəsi piy toxumasında depo əmələ gətirir, digər hissəsi isəqaraciyərdə biotransformasiyaya uğrayaraq fəallığını itirir. Odur ki, preparatın təsiri nisbətən qısa müddətli olur. Parçalanma məhsulları böyrəklərlə ifraz olunur.
     Tiopental azan sinirin tonusunu yüksəltdiyi üçün ürək və tənəffüsün ritmi seyrəlir, ürək fəaliyyəti zəifləyir, sekresiya güclənir.
 HEKSENAL — Hexenalum — O, həcmi 10 ml olan flakonlarda 1q miqdarında poroşok halında parenteral yolla işlədilmək üçün istifadəyə buraxılır.
Heksenal bioloji baryerlərdən asan keçir. Qaraciyərdə tədricən biotransformasiyaya uğrayaraq farmakoloji fəallığını itirir. Böyrəklər vasitəsila ifraz olunur.       Heksenalin təsiri altinda bağırsaq peristaltikası zəiflədiyinə göra onu appendisitdə və Keser əməliyyatları aparmaq məqsədi ilə işlətmək olmaz.
PREDiON — (Predionum) — 0,5 dozada həcmi 20 ml olan flakonlarda vena daxilinə yeridilmək üçün istifadəyə buraxılan poroşokdur. Predionun steroid quruluşlu olmasına baxmayaraq o, hormonal təsira malik deyil. Narkoztoradici güciünə görə barbitur turşusu törəmələrindən (tiopental natrium və heksenal) zəifdir.
 
PROPANiDiD-(Propanididum).Onun 5 %-li məhlulu (10ml) ampulalarda istifadəyə buraxılır və hər kq çəkiyə 4 mq hesabi ilə venaya yeridilir.
Propanidid qana keçdikdən sonra ЬəгаЬəг miqdarda orqan va sistemlərə yayılır və qanın qeyri-həqiqi xolinesteraza fermentinin təsirinə məruz qalaraq parçalanır, böyrəklər vasitəsilə kənar edilir. Xəstə ayılır, 20-25 dəqiqədən sonra orqan ve sistemlərin əvvəlki funksiyası barpa edilir. Propanidid cərrahiyyə təcrübəsində qısa müddət ərzində icrası mümkün olan, kiçik cərrahi əməliyyatlar və bəzi ağrısız diaqnostik müayinələr aparmaq, о cümlədən,oynaq çıxıqlarının oynaq çuxuruna salınması, sınmış sümüklərin düzəldilməsi, bronxoskopiya aparılması  məqsədi ilə istifadə edilir.
KETAMIN — (Ketaminum, ketalar, kalipsol) Anesteziologiyada ona dissosiativ anestetik kimi baxılır. Çünki o, M.S.S.-nin bəzi məhdud sahalərini əhatə etməklə şərti narkoz törədir. Uşaq cərrahiyəsində o, əzələ daxilinə yeridilir. Narkoz bədənin tam ağrısızlaşması ilə gedir. Huş itir. Arterial təzyiq yüksəlir.Ketaminin təsirindən dərin cərrahi narkoz dövrü baş vermir.
Top