1.Əczaçılığın inkişafında əsas tarixi dövrlər. Dərmanşünaslığın bir elm kimi yaranma qaynaqları,onun meydana gəlməsini şərtləndirən zərurət və şərait.
2. Dərmanşünaslığın və əczaçılığın inkişafında xalq təbabətinin və baytarlığının rolu. Müxtəlif tarixi dövrlərdə əczaçılığın inkişafında səciyyəvi cəhətlər. Qədim Yaxın Şərq xalqlarının (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanşünaslığın və əczaçılığın inkişafında rolu.
3. Dərmanşünaslığın inkişafında qədim Misir dövrü və bu dövrün dərmanşünaslığının xüsusiyyətləri. Dərmanşünaslığa aid Misirdə aşkar edilmiş qədim tarixi tibb abidələri (“Ebers papirusu” və s.).
4. Qədim Yunanıstanda dərmanşünaslığın və əczaçılığın inkişafının xüsusiyyətləri. Bu sahədə Hippokratın, Feofrastın, Dioskoridin və digərlərinin nailiyyətləri və xidmətləri. Xəstəliklərin baş vermə səbəbləri və buna müvafiq dərman vasitələrinin və müalicə üsullarının seçilməsinə dair Hippokratın nəzəriyyələri, alimin “Corpus Hippocratica” əsəri. Feofrastın “Bitkilər haqqında tədqiqatlar” və Dioskoridin “Materia medica” əsərlərinin dərmanşünaslığın inkişafında rolu.
5. Dərmanşünaslığın və əczaçılığın inkişafında qədim Roma dövrü. Bu sahədə Klavdi Qalenin xidmətləri, qalen preparatları, bu preparatların hazırlanma üsullarınının prinsipləri.
6. Qədim skif tayfalarının dərmanşünaslığın inkişafında rolu.
Dərmanşünaslıq elminin, o cümlədən onun əsas tərkib hissəsi olan əczaçılığın tarixi kökləri çox qədim dövrlərə gedib çixır. Belə ki, ən qədim tarixi məlumatlarda bildirilir ki, qədim insanların və xalqların xeyli sayda dərman vasitələri, onların insan və heyvan orqanizminə təsiri, tətbiq üsulları barədə artıq müəyyən təsəvvürləri mövcud imiş.
Qədim insanlar yaşadıqları coğrafi məkanı öyrənib onun sərvətlərini, yerli florasını və faunasını mənimsəyərək özləri üçün bir çox faydalı mineral bitki və heyvanı mənşəli maddələr də aşkar edirdilər ki, bunların da arasında müalicəvi təsirə malik vasitələrə də təsadüf edilirdi.
Tədricən dərman vasitələrinin tətbiqinə dair müəyyən məlumatlar və təcrübə toplamaqla, eləcə də müşahidələr əsasında dərmanların təsiri barədə əldə etdikləri nəticələri ümumiləşdirərək insanlar zaman-zaman bu maddələr arasından müalicəvi təsir baiımından daha fəal olan maddələri seçib onların müalicəvi təsirini dönə-dönə yoxlayıb dəqiqləşdirirdilər.Bu maddələri aşkar etməklə yanaşı, təbiidir ki, insanları habelə bunların daha əlverişli tətbiq üsulları və dərman formaları, əlverişli saxlanma qaydaları və şəraitləri də düşündürmüşdür. Əlbətdə ki, ilk dövrlərdə dərmanşünaslıq sahəsində qazanılmış bitkilər və təcrübə adi müşahidələrə əsaslanırdı.Zaman keçdikcə müşahidələr dəfələrlə təkrarən təcrübədə sınaqdan keçirilməklə, nəsildən-nəsilə ötürülür və dərmanşünaslığın inkişafının davamını, onun bir elm kimi formalaşmasını təmin edirdi.
İnsan biliklərinin başqa sahələrində olduğu kimi, dərmanşünaslığın inkişafında da empirik biliklər və müşahidələr elmi tədqiqatların nəticələrini dəfələrlə qabaqlayırdı. Dərmanşünaslıq sahəsində əldə etdikləri bilikləri qədim xalqlar müəyyən vasitələrlə və yollarla özlərindən sonra gələn nəsillərə ötürməyə çalışırdılar.Bunu sübut edən bir sıra qədim tarixi təbabət və dərmanşünaslıq abidələri mövcuddur.
Yaxın Şərqdə aşkar edilmiş gildən düzədilmiş lövhəciklər üzərindəki yazı işarələrinin məzmunu göstərir ki, hələ eramızdan bir neçə minilliklər öncə bu bölgədə yaşamış qədim xalqlar (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanlar haqqında və dərmanşünaslığa dair xeyli bilik və təcrübə toplamışlar.
Qədim Mesopotamiyada bir sıra bitki, mineral, heyvanı mənşəli maddələrin müalicəvi əhəmiyyəti və dərman maddəsinin təsirinin onun formasından asılılığı kimi məsələlər yerli əhaliyə məlum imiş və onlar bəzi dərman formalarından (miksturalar, bişirmələr, pastalar,himalələr, vannalar və s.) istifadə edirmişlər.
Təbabətin və dərmanşünaslığın inkişafında Qədim Misir təbabətin rolu böyük olmuşdur.Ən qədim tarixi tibb abidələrindən biri sayılan “ Ebers Papirusu” Misirdə aparılmış (b.e.ə. IV əsr) arieoloji tədqiqatlar zamanı aşkar edilmişdir.Eramızdan əvvəl IV əsrə təsadüf edən bu maraqlı tarixi təbabət abidəsində bir çox dərman vasitələrinin (nanə, bağayarpağı, tiryək, gənəgərçək yağı, ravənd otu, səna yarpağı və s.) müalicəvi xassələri barədə məlumatlara rast gəlmək olur.Qədim Misirdə din və ayrı-ayrı dini cərəyanlar meydana gəldikcə, dərman tətbiqini və təsirini müəyyən ilahi qüvvələrlə əlaqələndirməyə çalışırdılar.Bunun səbəbi onda idi ki, həmin dövrlərdə xəstələrin müalicəsi ilə dini qurumların nümayəndələri, xüsusilə kahinlər daha çox məşğul olurdular.
Zaman-zaman Qədim Misirdə dərmanşünaslıq və dərman vasitələrinin tətbiqi üzrə əldə edilmiş dəyərli nəticələr, nailiyyətlər və qazanılmış təcrübə təhlil edilərək ümumiləşdirildi və yayılırdı.
Dərmanşünaslığın və əczaçılığın inkişaf tapmasında və nailiyyətlərində Qədim Yunan təbabətinin rolu və tövhəsi xüsusilə qeyd edilməlidir.Belə ki, qədim dövrlərdə tətbiq olunan dərman vasitələri haqqında daha dolğun və maraqlı məlumatlara məhz yunan təbabəti haqqında olan ədəbiyyatlarda rast gəlinir.Qədim yunanların özünəməxsus təbabəti və dərmanşünaslığı yaranmaqla və inkişaf etməklə yanaşı, onlar habelə başqa qədim xalqların da (misirlilərin, şumerlərin, babilistanlıların və s.) dərmanşünaslıq sahəsində əldə etdikləri nailiyyətlərdən və təcrübədən uğurla istifadə edirmişlər.
Eramızdan əvvəl V əsrdə (b.e.ə. 450 — 377) Yunanıstanın məhşur dahi yunan alimi və həkimi Hippokratın təbabət və dərmanşünaslıq sahəsində xidmətləri xüsusilə əhəmiyyətli olmuşdur.
Elmi təbabətin əsasını qoymuş və «tibbin atası» kimi məşhurlaşmış Hippokrat yaşadıgı dövrdə hökm sürən dini baiışların və təsəvvürlərin əksinə çıxaraq xəstəliyi orqanizmin humoral-patoloji pozuntulari kimi təsvir edirdi.Xəstəliklərin müalicəsində isə Hippokrat hər hansı bir konkret şəraiti nəzərə almaqla, xəstəliyin əsas simptomlarını aradan götürə biləcək dərman vasitələrindən istifadə etməyi təklif edirdi. Bunun əsasında Hippokrat öz dövrü üçün olduqca əhəmiyyətli sayılan «simptomatik terapiyanin»prinsiplərini işləyib hazirlamiş və təklif etmişdir. Düzdür, hazırda qəbul olunub ki, dərmanlar xəstəliyin simptomlarına deyil, onu törədən amilə və ya orqanizmdə pozulmuş biokimyəvi proseslərə təsir göstərir. Lakin buna baimayaraq, Hippokratin təklif etdiyi " simptomatik terapiya” prinsipləri həmin dövr üçün kifayət qədər dəyərli olmaqla, ondan müasir dövrdə də istifadə olunur.
Müalicə üçün Hippokrat ən müxtəlif vasitələrdən və dərman formalarından istifadə edirdi: aromatik sular, qidalandirici maddələr, seliklər, şirin, qıcıqlandırıcı, büzücü maddələr, yaglar, pıylər, qətranlar, balzamlar və s. Tədqiqatlarının nəticələrini Hippokrat öz məhşur «Corpus Hippocratıca» əsərində vermişdir.
Dərmanşünaslıq məsələlərinə, о cümlədən dərman bitkilərinə qədlm yunan təbiətşünası Feofrast (b.e.ə. 372 — 267) böyük maraq göstərmiş və buna dair «Bitkilər haqqinda tədqiqatlar» adli məşhur əsərini yaratmişdir.
Dərmanşünaslığın inkişafında yunan alimi Dioskoridin (I əsr) böyük xidmətləri olmaqla, alimin «Materia medica» əsərindən dərman şünaslar neçə-neçə əsrlər boyu dərman bitkilərinə dair nüfuzlu rəhbərlik kimi istifadə etmişlər.
Dərmanşünaslıgın və əczaçılığın inkişafında qədim Romа təbabətinin özünə məxsus rolu olmaqla, əczaçılığın inkişafına böyük müsbət təsiri olmuşdur. Roma Imperiyasının səkkiz əsrlik hakimiyyəti dövründə romalılar işgal etdikləri ölkələrin təbabət sahəsindəki nailiyyətlərindən faydalanmiş, müsbət cəhətlərini qəbul etmiş və daha da inkişaf etdirməyə çalışmışlar. Eyni zamanda romalıların öz təbabəti və dərmanşünaslıgı da inkişaf etməkdə idi. Bu sahədə bir şox rоmа alimlərinin (Kolumella, Katon, Lukretsi, Avl Kornelliy Sels və s.) xidmətləri qeyd edilməlidir, Bununla belə, qədim Romа dərmanşünaslıgının və əczaçılıgının ən məhşur və görkəmli nümayəndəsi milliyyətcə yunan olmuş, lakin Romada yaşamış K.Qalen (131-210) hesab edilir. Qalen bitkilərin dərman vasitəsi kimi əhəmiyyətini yüksək qiymət-ləndirməklə, ektraksiya yolu ilə alınan preparatların istehsalının nəzəri və təcrübi əsasını qoymuşdur. Qalen ilk dəfə olaraq dərmanların təbiətdə hazır halda olması haqda nəzəriyyələri və mülahizələri tənqid etmiş və özü belə fikir irəli sürmüşdür ki, bitkinin tərkibində farmakoloji cəhətdən fəal maddələrdən başqa, habelə digər maddələr, о cümlədən faydasız, zərərli və hətta zəhərli birləşmələr də ola bilir ki, bunlar da əsas farmakoloji maddələrin müalicəvi təsirini zəiflədə bilir. Ona görə də Qalen söyləyirdi ki, daha effektli preparatların alınması üçün bitki dərman xammalını nə qədər imkan varsa, yəni maksimum dərəcədə ballast maddələrdən azad etmək vacibdir. Buna nail olmaq məqsədilə Qalen dərman bitkilərindən dəmləmə, bişirmə, ekstrakt, cövhər kimi dərman preparatlarını hazırlamağı məsləhət görmürdür və eləcə də onların hazırlanma prinsiplərini və üsullarını işləyib hazırlamışdır. Klavdi Qalen əçzaçılıq sahəsində ona qədər əldə edilmiş təcrübəni ümumiləşdirmiş, bir qədər də təkmilləşdirmış və dərman formalarının hazırlanma texnologiyasına dair yeni prinsiplər irəli sürmüşdür. Bu prinsiplərə istinad edərək K.Qalen dərman xammalını zərərli və faydasız maddələrdən azad edib təmizləməyə və bu məqsədlə də dərman bitki xammalını dəmləmək, bişirmək, əzib sıxıb suyunu (şirəsini) çıxarmaq, süzmək və digər bu kimi üsullarla onların tərkibindən əsas təsiredici maddələri ayırb əldə etməyə çalışmışdır… Onun təklif etdiyi yeni dərman formaları və dərman preparatları (bişirmələr, dəmləmələr, cövhərlər, ekstraktlar, ətirli sular, islatmalar, təpitmələr, sabunlar və s.) dərman vasitələrinin müalicəvi təsirinin xeyli artmasını təmin edirdi. Qalenin təklif etdiyi isullarla hazirlanmış preparatların çoxu müasir dövrdə də geniş istifadə olunmaqdadır. Bu sıradan olan dərman formaları və dərman preparatları Klavdi Qalenin şərəfinə «Qalen preparatları” kimi adlandırılmışdır. Hazırda müasir avadanlıq və fiziki-kimyəvi üsulların hesabına Qalen preparatları- nın hazırlanma üsullarını daha da təkmilləşdirməklə, bunların ballast maddələrdən tamamilə azad edimiş preparatlarını almaq mümkün olmuşdur ki, bunlara da yenə də Qalenin şərəfinə “Yeni Qalen preparatları” adı verilmişdir. Klavdi Qalen dərmanşünaslığa aid öz əsərlərində spesifik sidikqovucu, qusdurucu, bəlğəmgətirici, işlədici və digər farmakoloji istiqamətlərdə təsir edən dərman maddələri qruplarının təsir xüsusiyyətləri və hansı məqsədlərlə tətbiq edilmələri barədə də xeyli məlumatlar vermişdir.
Qədim Misir, Yunan və Roma dərmanşünaslığının zəngin ənənələri ilə yanaşı həmin dövrləri əhatə edən zamanlarda digər ayrı-ayrı qədim xalqlarda da özünəməx- sus dərmanşünaslıq mövcud olmuş və müəyyən inkişaf yolu keçmişdir. Bu baxımdan, müasir rusların və bəzi slavyan xalqlarının əcdadları hesab edilən qədim skif tayfalarının da özünəməxsus dərmanşünaslıq ənənələri mövcud imiş. Bizim eramızdan bir neçə əsr əvvəl Qara dənizin şimal sahılləri boyu yayılmış və həmin ərazilərdə yaşamış qədim Skif qəbilələrinin nümayəndələri müalicə məqsədilə dərman vasitələri kimi ən müxtəlif vasitələrdən və maddələrdən istifadə edirmişlər. Qədim yunan filo- sofu və tarixçısı Herodot yazırdı ki, Skif qəbilələrinin nümayəndələri müxtəlif xəstəliklərin müalicəsində dərman vasitələri kimi soğandan, sarmısaqdan, tozağacı şirə- sindən, bağayarpağıdan, gülxətmi kökündən və digər bitki dərman xammalından istifadə edirmışlər.
Hippokratın əəsərlərindən məlum olur ki, dəmləmə, bişirmə, məlhəm və tozlar kimi dərman formalarının hazırlanma üsulları qədim skiflərə məlum imiş; onlar yaraların kənarlarını at quyruğunun tükü ilə tikməyi bacarırlarmış, müalicəvi məqsədlə kumısdan, baldan, porsuq piyindən və s. vasitələrdən uğurla istifadə edirmişlər.
Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev
Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının texnologiyası.
Bakı, 1989.
2. Hüseynov D. — Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. — Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. — Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
6. Сорокина Т. — История медицины. Москва, 1992.