Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”.
Ən qədim zamanlardan başlayaraq heyvandarlıq Azərbaycan əhalisinin əsas məşğuliyyət sahəsi olmuşdur. Heyvandarlıqla bərabər baytarlıq sahəsi də ən qədim zamanlarda meydana gəlməklə, çоx böyük və mürəkkəb inkişaf yolu keçmişdir: heyvanların xəstəlikləri və onlагın müalicəsində istifadə olunan üsül və vasitələr haqqında olan sadə və primitiv təsəvvürlərdən başlayaraq, müasir, elmi cəhətdən əsaslandırlımış yüksək səmərəli diaqnostika və müalicə üsulları və vasitələrinədək.
Baytarlığın meydana gəlməsi ictimai həyatın, cəmiyyətin təlabatından,maddi istehsalın ehtiyaclarından irəli gəlmişdir. Ən adi məntiqə əsaslanaraq söyləmək olar ki, baytarlığın meydana gəlməsi və inkişafı heyvanların insanlar tərəfindən əhliləşdirilməsi prosesi ilə sıx surətdə əlaqədar olmuşdur.
Qədim dövrlərdə baytarlığın meydana gəlməsinin və inkişafının öyrənilməsində əsas mənbə kimi, ilk növbədə maddi – mədəni abidələr götürülməlidir (arxeoloji tədqiqatların nəticələri, xalq eposundan gələn məlumatlar, hərbi yürüşlərdə iştirak etmiş tarixçilərin, həkimlərin söylədikləri və s .)
Ibtidai-icma quruluşunda baytarlığin ilk ayrı-ayrı elementlərinin meydana gəlməsi ibtidai insanların öz yaşayişını təmin etmək zərurətindən irəli gəlmişdir. Həmin dövrlər üçün xas olan baytarlıq ilk öncə bütün xalqlarda insanın şüurundan asılı olmayaraq maddi xarakter daşımaqla, əsasən empirik olaraq müxtəlif bıtki, heyvani və mineral mənşəli müalicə vasitələrinin işlədilməsindən ibarət olmuşdur. Baytarlıq fəaliyyəti ilə əvvəlcə ailənın bütün üzvləri, cəmıyyətin təbəqələrə ayirilmasiadan sonra isə iri heyvan sürülərinin və naxırlarının sahibləri, kahinlər və el baytarları məşgul olurmuşlar.
Çox güman ki, ilkin mərhələlərdə empirik tibbin elementləri baytarlığın da yaranmasina və inkişafına müəyyəm dərəcədə təsir göstərmişdir və nəzərə alinsa kı, təbabət insan cəmıyyətinin ən erkən dövrlərinə təsadüf edir, onda baytarlığın da ən qədim dövrlərdən mövcud olması təsdiqlənir. Hələ ibtidai insanlarda elementar gigiyenanın və müalicə fəaliyyətinin ilk rüşeymləri yaranmağa başlamışdir, Məsələn, insanlar doğum zamanı, daxili xəstəliklərdə, zədələnmələrdə öz ətrafındakılara yardım göstərməyə çalışmışlar. Təbiətlə sıx təmasda olması səbəbindən ibtidai insan sırf empirik şəkildə təbiətin sərvətlərindən müəalicəvi məqsədlərlə faydalanmaga başlayır, bir çox bitkilərin şəfaverici xassələrini aşkar etmək imkanına nail olur.
Ibtidaı-ıcma quruluşu dövründə neçə-neçə əsrlər ərzində xeyli sayda müalicə vasitələri və üsulları toplanmişdir ki, bunlar da nəsildən nəsilə ötürülürdü. Hətta baytarlıq ixtisasının ilk cizgiləri görünən nisbətən sonraki dövrlərdə belə bir sıra məhşur tibb xadımləri onun inkişafı üçün cox işlər görmüşlər. Belə ki, antik elmi təbabətin banilərindən biri olan məhşur yunan alimi və həkimi Hippokrat (bizim eradan əvvəl 460-377-ci illər) müqayisəli anatomiyanın öyrənilməsinə böyük əhəmiyyət verməklə yanaşı həm də heyvanların bəzi xəstəliklərinin xüsusiyyətlərini və və müalicə üsullarını təsvir etmişdir.
Məhşur yunan filosofu Aristotel (b.e.ə. 384 322 -ci illər) heyvanların xəstəliklərxnin təsnifatını vermis, sancılar, zədələr, sınıqlar, axtalanma üsulları və s. barədə məlumatlar vermışdir.
Heyvanların xəstəliklərnin müalicəsi barədə qədım tarixi məlumatlara istinadən b.e.ə. IV əsrdə Misirdə və Hindistanda müxtəixf dərman formalarından istifadə olunurmuş. Heyvanların xəstəliklərinin müalicəsi ilə həmin dövrlərdə müxtəlif peşə sahibləri kahinlər, malabaxanlar və s. məşğul olurmuş. Məsələn, qədim Yunanıstanda heyvanların müalicəsini «Hippiatr» adlandırılan adamlar aparırmışlar (yunanca «Hippos»at, «hiatros həkim deməkdir) bəzən isə bu işlə tibb həkımləri məşğul olurmuşlar. Hippiatriya, yəni atların xəstəliklləri haqqında təlimin təsiri altinda baytarlıq dərmanşünaslığı Yunanıstanda, Romada, ərəb ölkələrində və dünyanın digər dövlətlərində inkişaf edirdi.
Qədim Romada məhşur alimlər böyük Katon (b.e.ə. III II əsrlər) və Varron (b.e.ə. II əsr) „Kənd təsərrüfatı haqqında “ adlı yazdıqları əsərin tərkibinə heyvandarlığa və eləcə də baytarlığa həsr olunmuş bölmələr daxil etmişlər kı, burada heyvanların bəzi xəstəlikləri və onların müalicə yolları və üsulları barədə danışılır.
Məlumdur ki, bır çox qədim Şərq xalqları bəzi heyvan növlərini müqəddəs hesab edirdilər və bununla əlaqədar güman etmək olar ki, qədim insanlar xəstələnmiş heyvanlara müalicəvi yardım göstərməyi də bacarırlarmış.
Asiya və Şərq xalqlarının eramızdan əvvəl II əsrə təsadüf edən əlyazmalarından məlum olur ki, artıq həmin dövrlərdə baytarlığa dair bir neçə kitablar yazılıbmış. Bu əsərlərdən məhşur hind həkimi Xаrакаnın baytarlığa aid yazdığı traktatı, atların xəstəliklərinə dair „Asvanan aschanda“ (asvanan asxanda) və digər əsərləri göstərmək olar ki, bu əsərlərdə heyvanların xəstəliklərində müalicə yardımından, о cümlədən bu məqsədlərlə istifadə olunan dərman vasitələrindən də bəhs edilir.
Qədim Roma alimi Kolumella 1-ci əsrdə aqronomluğa həsr olunmuş iri həcmli əsərinin VI və VII cildlərində heyvandarlıq məsələlərindən bəhs edir. Eyni zamanda burada heyvanların bəzi xəstəliklərindən, onların əlamətlərindən və müalicəsindən də danışılır. „Veterinarius“, yəni „baytar“ termininə də ilk dəfə olaraq Kolumellanın əsərlərində rast gəlinir.
IV V əsrlərdə Roma imperiyasının süqutundan sonra orta əsrlərin sonunadək davam edən uzun bir dövr ərzində heyvanların xəstəliklərinin müalicəsi ilə çobanlar, dəmirçilər, logmanlar məşgul olurmuş.
Bizim eranın əvvəllərindən başlayaraq atlara xüsusi münasibət bəsləyən ərəblər bu növ heyvanların yetişdirilməsi ilə yanaşı, həm də onların xəstəlikləri ilə maraqlanmış və onların müalicəsi üçün səmərəli və əlverişli dərmanların axtarışı və tətbiqi işi ilə məşğul olurmuşlar, Ərəblər xarici müəlliflərin baytarlıga aid bir sıra dəyərli əsərlərini ərəb dilinə tərcümə edib, bunlardan müalcə xşində istifadə etməklə yanaşı, eyni zamanda baytar kadrların hazırlanması ilə məşgul olurdular, cərrahiyyədən geniş istifadə edirdilər, soyuqdəymə, tənəffüs üzvlərinin və həzm. orqanlarının xəstəliklərinin müalicəsini араrırdılar.
Orta əsrlərdə və intibah dövründə baytarlıq, onun ауrı-ayrı sahələri, o cümlədən Dərmanşünaslıq sahəsi Avropa ölkələrində inkişaf .etməyə başlayır, ilk, baytarlıq məktəbləri yaradılır, baytar kadrların hazırlanmasına başlanılır.
Qədim tarixçilərin,həkimlərin,filosofların,alimlərin məlumatlarından aydın olur ki,heyvanlar arasında xəstəliklərə bütün tarixi dövrlərdə təsadüf edilirmiş və bunlar qeydə alınırmış. Məsələn b.e.ə. 1700-cü ildə misirdə, b.e.ə. 1200-cü ildə əfsanəvi froyada, b.e.ə. 127-ci ildə Afrikada, eləcə də ən müxtəlif illərdə bir çox ölkələrdə naməlum xəstəliklər heyvanların kütləvi tələbatına səbəb olmuşdur (Kazan Baytarlıq İnstitutunun Elmi Qeydlərində dərc olunmuş “ Baytarlığın tarixi” məqaləsinə istinadən; Kazan, 1892, IX cild). Təbiidir ki, qeyd edilən xəstəliklər yoluxucu olub, epizootiyalara aid imiş. Lakin aydındır ki, epizootiyalardan başqa insanlar tez-tez heyvanlar arasında yoluxmayan daxili xəstəliklərlə, zədələnmələrlə və digər patalogiyalarla da rastlaşmaq zərurəti qarşısında qalırmışlar. Bununla əlaqədar, xəstəliklərin müalicəsi üçün empirizm şəklində olsa da baytarlıq bitkilərinin yaranması həyatın zərurətindən doğan hadisə kimi qiymətləndirilməlidir.
Heyvanların xəstəlikləri və onlara qarşı səmərəli müalicə tədbirləri barədə insan bilikləri birdən-birə, qısa müddətdə deyil, uzun bir zaman, neçə-neçə əsrlər ərzində aparılan müşahidələr nəticəsində yaranıb formalaşmağa başlamışdır.
Baytarlıq müalicə işinin yaranmasına təkan verən əsas amillərdən biri o olmuşdur ki, insanlar xəstə heyvanlar üzərində müşahidə apararkən xəstəliyə müalicəvi və zərərli təsir göstərən amilləri bir-birindən fərqləndirməyi öyrənmişlər və həmin vaxtdan başlayaraq tədricən baytarlıq müalicə işi də yaranıb formalaşmağa başlamışdır.
Heyvanları əhliləşdirərkən insanlar lazım olduqda onlara müəyyən yardım göstərməyə çalışmışlar (məsələn, zədələnmələrdə, çətin doğuş zamanı və s.) və bu məqsədlə həmin dövrdə məlum olan sadə dərman vasitələrindən istifadə etməyə başlamışlar.
Beləliklə, zaman – zaman heyvandarlıq inkişaf etdikcə, heyvanların xəstəlikləri ilə mübarizə aparmaq üçün müəyyən müalicə üsullarından və dərman vasitələrindən istifadə edilməsi zərurəti də yaranır. Bununla bərabər işlədilən dərman vasitələrinin hansı üsulla və hansı formada daha yaxşı müalicəvi təsir göstərməsi də yoxlanılırdı.
Yəni, tibbidə olduğu kimi, baytarlıqda da ayrıca dərmanşünaslıq sahəsi yaranmağa başlayır. Eyni zamanda heyvanlara tətbiq edilən dərman vasitələrinin təsirinin daha səmərəli olması məqsədi ilə onlara müxtəlif formalar verməyə çalışırlar, yəni tədricən dərmanşünaslığın özündə əczaçılığın elementləri inkişaf etməyə başlayır. Qeyd edilməlidir ki, tibb dərmanşünaslığı ilə baytarlıq dərmanşünaslığında tətbiq olunan dərman formaları və onların hazırlanma üsulları arasında prinsip etibarı ilə elə də nəzərə çarpacaq fərq olmamışdır. Bununla belə, baytarlıq dərmanşünaslığında sıyıq və bolyuslar kimi dərman formaları tibb dərmanşünaslığına nisbətən daha çox işlədilir.
Elmi baytarlıq dərmanşünaslığının inkişafı təbabətin, tibb dərmanşünaslığının inkişafı ilə sıx surətdə bağlıdır.
XVIII əsrin ikinci yarısından başlayaraq Fransada, Almaniyada, Avstriyada, Rusiyada və digər ölkələrdə baytarlıq məktəblərinin yaradılması ilə əlaqədar olaraq, o cümlədən baytarlıq dərmanşünaslığı üzrə tədqiqatlar genişləndirilir. XVIII-XIX əsrlərdə baytarlığa dair ilk rəhbərliklər və dövrü nəşriyyat materialları (jurnallar və s.) yaradılır.
Rusiyada XVI – XVIII əsrlərdə “Araba apteki”, “ Atların xəstəlikləri haqqında dərman kitabı” adlı dərmanşünaslığa dair ilk qanunvericilik aktları nəşr olunur.
Baytarlıq dərmanşünaslığı uzun müddət ümumi dərmanşünaslığın tərkib hissəsi kimi inkişaf etməklə, eyni zamanda özünəməxsusluğu ilə fərqlənməyə başlayır. 1837 ci ildə baytarlıq dərmanşünaslığına dair Rusiya Tibb – cərrahiyyə Akademiyasının professoru P. Lukin “Zoofarmakalogiya” adlı rəhbərlik nəşr etdirir. Bu əsərdə baytarlıq dərmanşünaslığının nailiyyətləri yekunlaşdırılmışdır. Həmin dövrdə baytarlıq sahəsi üçün təklif olunan dərman vasitələrinin çeşidi nisbətən az olmuşdur və kitabda təxminən 120 – 150 dərman preparatlarının xarakteristikası verilmişdir. Bununla belə, siyahısı verilmiş bu dərman vasitələrinin farmakoloji və əczaçılıq xassələrinə (doza, dərman təsirinin heyvanın növündən, yaşından, cinsində və digər amillərdən asılılığı, dərman formaları, onların hazırlanma qaydaları və s.) kifayət qədər fikir verilmişdir.
1870 – ci ildə Xarkov Baytarlıq İnstitutunun professoru Q. A. Polyuta “Baytarlıq farmakologiyası” adlı rəhbərlik nəşr etdirmişdir. Əsərdə dərmanşünaslığa dair böyük faktiki material ümumiləşdirilərək ,burada dərman maddələrinin təsir mexanizmi, dərmanşünaslıqda sinergizm, potensələşdirmə, antaqonizm hadisələri, dərman maddələrinin kombinasion üsulla tətbiqi, dərman formaları, dərmanşünaslığın başqa məqsədləri barədə lazımi məlumatlar verilmişdir.
Daha sonrakı dövrlərdə baytarlıq dərmanşünaslığının inkişafında N. A. Soşestvenskinin (1876-1941), V. V. Saviçin (1874 – 1936), P. İ. Popovun (1892 – 1956), A. M. Preobrajenskinin (1897 – 1956), A. İ. Kuznetsovun (1898 – 1951) və digərlərinin böyük xidmətləri olmuşdur. Bu baxımdan Moskva Baytarlıq Akademiyasının professoru, akademik İ. Y. Mozqovun (1912 – 1998) baytarlıq dərmanşünaslığının inkişafında xidmətləri xüsusi qeyd edilməlidir. Dərmanşünaslıq üzrə dəyərli elmi-tədqiqat işləri ilə yanaşı İ. Y. Mozqov baytarlıq dərmanşünaslığı üzrə kadrların yetişdirilməsinə və dərs vəsaitlərinin hazırlanmasına xüsusi fikir vermişdir. Onun baytarlıq ixtisası üçün “Farmakologiya” dərsliyi 9 dəfə təkrar nəşr olunmuşdur. İlk dəfə olaraq İ. Y. Mozqov “ Baytarlıq resepturası” adlı dərs vəsaiti tərtib etmişdir ki, bu vəsaitdə artıq xeyli yer əczaçılıq məsələlərinə ayrılmışdır. İ. Y. Mozqov Azərbaycan Respublikasında baytarlıq dərmanşünaslığı üzrə elmipedaqoji kadrların hazırlanması üzrə də xidmətləri olmuşdur, bu sahədə ixtisaslaşan bir sıra azərbaycanlı alimlər (Cəfər Cəfərov, Əli Əliyev, Sabir Tağıyev, Salahin Həsənov, Akif Əliyev, Rza Rzayev, Deputat Quliyev, Nazim Tağıyev və başqaları) həmişə ondan dəyərli məsləhətlər almışlar.
Azərbaycanda baytarlıq dərmanşünaslığının inkişafında əlamətdar hadisə kimi 1935ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ayrıca farmakologiya kafedrasının yaradılması olmuşdur. Bu kafedraya uzun illər boyu rəhbərlik etmiş Cəfər Cəfərovun və Sabir Tağıyevin, eləcə də kafedranın əməkdaşlarından Leyla Mehdiyevanın, Akif Əliyevin, Salahin Həsənovun baytarlıq dərmanşünaslığının müxtəlif sahələri üzrə (bir sıra dərman maddələrinin təsirinin öyrənilməsi və tətbiqi, tədris və tədris-metodiki işlər və s.) gördükləri işlər diqqətə layiqdir.
Hazırda baytarlıq dərmanşünaslığının əsas tərkib hissəsi olan əczaçılıq ixtisasının vacibliyi və, ümumiyyətlə, respublika baytarlıq xidməti üçün onun böyük əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi, yeni “ Əczaçılıq (baytarlıqda) “ ixtisası fəaliyyət göstərməyə başlamışdır.
Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev