Amerikadan olan tibb mütəxəssisləri təyin etmişlər ki, B3 vitamininin yüksək dozası antibiotikədavamlı olan stafilokokk bakteriyalarına qarşı mübarizədə kifayət qədər effektivdir.Tədqiqat zamanı aydınlaşdırılmışdır ki, tibbi ədəbiyyatda PP vitamini və nikotinamid kimi də tanınan B3 məhz neytrofillərin kəmiyyət və keyfiyyət tərkibini zənginləşdirməklə təsir gücünə malikdir. Neutrofillər-qan hüceyrələrinin xüsusi forması olub aktivləşməklə öldürücü bakteriyaları “yeyir” və məhv etməklə sağalma müşahidə olunur.Təcrübə laborator heyvanlar üzərində aparıldıqdan sonra insan üçün də təkrarlanmış və B3 vitamininin meqadozasında effekt əldə olunmuşdur.Meqadoza dedikdə insanın qida ilə qəbul etdiyindən dəfələrlə artırılmış ölçü nəzərdə tutulur.Mütəxəssislər təyin etmişlər ki, nikotinamid antimikrob təsir xüsusiyyətinə malik genləri “oyadaraq” təsir effekti alınmış olunur.Bu genlər bakterial infeksiyalara qarşı immun hüceyrələri idarə etmək funksiyası daşıyırlar.Bundan əlavə qeyd edilməlidir ki, insan qanına yeridilən B3 cəmi bir neçə saat ərzində bakterial infeksiyanı tamamilə məhv etmişdir.Bununla yanaşı qidalanma zamanı B3 ilə zəngin məhsulların qəbul olunması ilə də bu effektin əldə olunması isə təcrübi olaraq sübut olunmamışdır.Məhz buna görə də tibb mütəxəssisləri fərdi şəkildə onu yüksək dozalarda qəbul edərək xəstəliklə mübarizə vasitəsi kimi qəbul olunmasının əleyhinədirlər.İstənilən halda onun qəbulu həkim nəzarəti altında həyata keçirilməlidir.