Dərmanşünaslığın, o cümlədən əczaçılığın tarixi çox uzaq keçmişə gedib çıxır. Göründüyü kimi, eramızdan neçə minilliklər öncə və eramızın əvvəllərində dərmanşünaslıq çox böyük inkişaf yolu keçmişdir və xeyli nailiyyətlərlə zəngin olmuşdur.Buna dair xeyli qədim təbabət və dərmanşünaslıq tarixi abidələri mövcuddur ki, bunlara əsasən dərmanşünaslığın inkişafında ayrıayrı dövrləri ayırd etmək olur: qədim Misir,qədim Çin,qədim Hind, Qədim Yunan, qədim Yaxın Şərq, qədim Roma və s. Bu qədim tarixi dövrlərdə dərmanşünaslığın inkişafına dair məlumatlardan görünür ki, hər hansı bir tarixi dövrdə təbabətin və ərmanşünaslığın inkişafı məhz həmin dövrün elminin və mədəniyyətinin səviyyəsinə uyğun olaraq inkişaf etmişdir.
Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev Ə D Ə B İ Y Y A T
Dərmanşünaslığın inkişafında orta əsrlər dövrü özünəməxsus yer tutur. Dünyanın müxtəlif ölkələrində dərmanşünaslıq sahəsində bu dövrlərdə xeyli nailiyyətlər əldə edilmişdir. Bu baxımdan dərmanşünaslığın inkişafında böyük iz buraxmış ərəb təbabətinin nailiyyətləri xüsusi qeyd edilməlidir.
Müsəlman dininin yaranması və VII əsrdən başlayaraq ərəb xilafətinin zəfərli yürüşləri elmin bütün sahələrində olduğu kimi, tibbin və dərmanşünaslığın inkişafına da böyük təkan vermişdir. Ərəblər Hind okeanından Atlantik okeanadək uzanmış böyük bir ərazidə zəbt etdikləri ölkələrin nailiyyətlərindən faydalanaraq , eyni zamanda inkişaf etmiş qədim xalqların mədəniyyət və elm sahəsində əldə etdikləri nailiyyətləri qoruyub sailamaqla ya naşı , onları inkişaf etdirirdilər. Ərəb xilafətinin dəstəyi və nəzarəti ilə Cundişapur , İsgəndəriyyə və digər elm mərkəzləri kimi tanınmış məhşur şəhərlərdə fəaliyyət göstərən tibb məktəbləri daha da inkişaf edib çiçəklənirdi. Bu məktəblərdə mövcud olan təbabətə və dərmanşünaslığa dair yunan, latın və digər dillərdə olan kitablar ərəb dilinə tərcümə edilirdi.
Bu dövrlərdə dərmanşünaslığın tərkibində ayrıca aptek işi yaranmağa başlayır, tarixdə ilk dəfə olaraq 754 –cü ildə Bağdad şəhərində ilk aptek fəaliyyət göstərməyə başlayır.
VIII – XII əsrlərdə ərəb və orta Şərq alimlərinin və həkimlərinin böyük və görkəmli pleyadası yaşayıb yaratmışdır ki, bunlar gələcək nəsillər üçün olduqca dəyərli və orijinal tibb, o cümlədən dərmanşünaslıq irsi qoyub getmişlər. Bu görkəmli elm və təbabət xadimlərinin əsərlərində onlardan əvvəl yaranmış məlumatlardan başqa omların özərinin xüsusi tədqiqatları, təcrübələri və müşahidələrinin nəticələri əksini tapmışdır.
Ərəb xilafətinin yüksəlişi dövründə müxtəlif zəhərlənmələrdə zəhərəlehi vasitələrin tətbiqi qaydaları işlənib hazırlanmış, müasir farmakopeyaları xatırladan ilk farmakopeya tərtib edilmişdir (ərəb həkimi Səbur –İbn-Səhəl tərəfindən), heyvanlar üzərində eksperiment şəraitində dərman maddələrinin təsirinin öyrənilməsi üzrə tədqiqatlar aparılmağa başlanmışdır. Həmin dövrün məhşur alimlərindən və həkimlərindən sayılan Əbu-Mənzur-Müvaffak Hirovinin gördükləri işlər olduqca əhəmiyyətli olmuşdur. Onun 977 – ci ildə dərmanşünaslığa aid yazdığı kitabda 466 dərman bitkisinin və 44 heyvan mənşəli dərman vasitəsinin müalicəvi xassələri təsvir edilmişdir. Lakin həmin dövrdə məhşur Tacik alimi və həkimi Əbu-Əli İbn – Sinanın (9801037-ci illər) tibb və dərmanşünaslıq sahəsində xidmətləri daha sanballı olmuşdur. İbn-sinanın beş cilddən ibarət “ Tibb qanunu “ əsəri həm tarixi , həmdə dərmanşünaslıq baxımından xüsusi əhə miyyət kəsb etmişdir. Bu əsərdə Qalenin və digər məhşur elm xadimlərinin tədqiqatlarının nəticələri də daixl olmaqla Qərbdə və Şərqdə toplanmış böyük həkimlik təcrübəsi ümumiləşdirilmişdir. Bu əsərdə 746 dərmanın müalicəvi xassələri barədə məlumatlar verilmiş, bunların müalicəvi təsiri, keyfiyyəti, toksikliyi,tətbiqinə dair göstərişlər və əks göstərişlər təsvir edilmişdir. Təsadüfi deyildir ki, “ Tibb qanunu “ kitabı əvvəlcə latın dilinə , sonra isə başqa dillərə tərcümə edilmiş və uzun illər Avropada dərmanşünaslığa dair rəhbərlik kimi istifadə olunmuşdur. “ Tibb qanununun ” iki cildi bütövlükdə əczaçılıq məsələlərinə həsr olunub.
Orta əsrlərdə dərmanşünaslıq elminin inkişafında Əlkəndi , İbn Rüşd, İbn – Zöhr Əndalüsi, Səbri İbn Səhi kimi məhşur ərəb alimləri və həkimləri ilə yanaşı fars, özbək, tacik və azərbaycan alimlərinin də (Biruni, Fərabi, Təbəri, Razi, Qurqani və s.) xidmətləri olmuşdur.
Görkəmli özbək alimi Əbu Reyhan Biruni (9731048) İbn-Sinanın müasiri olmuşdur. Biruninin ən böyük əsərlərindən biri çoi səciyyəvi adlandırılmaqla (“ Kitabi əs Saydan – Fitt – Tibbə”) bütövlükdə dərmanşünaslığa , xüsusi ilə dərman bitkilərinin öyrənilməsinə həsr olunmuşdur. Dioskoridin “Materia medica” və İbn Sinanın “ Tibb qanunu “ əsərlərindən fərqli olaraq Biruninin kitabında daha çox dərman bitkilərinin təsviri verilməklə, mühüm yer onların xassələrinə , keyfiyyətinin təyininə,və təmizliliyinə verilmişdir. Əsərdə bitkilərin təsviri onların şəkilləri ilə müşayət olunmuşdur.
Orta əsrlərdə Avropada , əksər sahələrdə olduğu kimi , təbabətdə də nəzərə çarpacaq inkişaf müşahidə edilməmişdir və tibbi biliklərin səviyyəsi nisbətən aşağı olmuşdur.Yalnız XIII əsrdən başlayaraq ərəb təbabəti İspaniya və Siciliya vasitəsilə Avropaya daxil olmağa başlayır və burada yayılaraq öz dəsti xəttini həyata keçirir. Belə ki, ərəblərin tutduğu ərazilərdə çox yerlərdə xəstəxanalar və apteklər ərəb üslubunda tikilir və qurulur, ərəb dilində yazılmış tibbi kitablar latın dilinə tərcümə edilir və əksinə, qədim yunanların və romalıların əsərləri əaəb dilinə çevrilirdi. Çoxlu sayda Şərq-ərəb çeşidli dərman xammalı Avropaya gətirilirdi.
X -XI əsrlərdə Rusiyada tibbə dair tarixi məlumatlarda bildirilir ki, həmin dövrlərdə Rusiyada bir sıra bir sıra məhşur loğmanlar və həkimlər mövcud imiş və bunlar xəstəliklərin müalicəsində müxtəlif dərman bitkilərini uğurla tətbiq edirlərmiş.
XI əsrdə Kiyev-Peçora Lavrasında işləmiş məhşur loğman Aqapit haqqında istedadlı bir həkim kimi maraqlı söhbətlər gedirmiş. Bu məlumatlarda bildirilirmiş ki, Aqapit müalicə üçün ən müxtəlif dərman reseptlərindən istifadə edərək heyrət doğuran nəticələr əldə edirmiş. Orta əsrlərə aid məlumatlarda rus qadın loğmanların adlarına da rast gəlinir : Fevronya Muromskaya, Natalya Novqorodskaya, Yevpraksiya və başqaları. Petr Siriyanin, Antoniy,İvan Smer və başqaları da həmin dövrlərin məhşur loğmanlarından olmuşlar.
Rusların öz əlifbası və yazısı yarandıqdan və Rusiyada yazı və nəşriyyat işi meydana gəldikdən dərman bitkilərinə və müalicə işinə dair əlyazmaların tərtib olunmasına başlanılmışdır.
Böyük rus hökmüdarı Vladimir Monaxın nəvəsi Yevpraksiya məlhəmlər haqqında əsərində bir çox xəstəliklər və onlara qarşı müalicə üsullarını təsvir etmişdir
Rusiyada xalq təbabətində və peşəkar loğmanların müalicə təcrübəsində bir çox dər-man vasitələri (yovşan, ravənd otu, gicitkan, ayıqulağı, ardıc,bağayarpağı, asırqal ,bal ilə unun qarışığı, ayı piyi və s.) və onlardan hazırlanan dərman formaları tətbiq edilir-miş. Rusiyada dərmanşünaslığın tarixi barədə və ayrı-ayrı xəstəliklərdə işlədilən dərman vasitələri haqqında X I əsrdə yazılmış “ İzbornik Svyatoslava” , “ Traktat Yevpraksii ” və s. tibbi kitablarda məlumatlar verilir.
Avropanın Şimalında orta əsrlərdə dərmanşünaslıq elmi və təcrübəsi müəyyən inki-şaf tapmışdır. Baltikyani ölkələrdə əczaçılığın kifayət qədər erkən meydana gəlməsinə sübut onu göstərmək olar ki, artıq 1291ci ildə Riqa şəhərində 2 sərbəst aptek fəaliyyət göstərirdi. Sonradan belə apteklər Tallin və digər şəhərlərdə də yaradılmışdır.
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının teinologiyası. Bakı, 1989.
2. Hüseynov D. Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
6. Сорокина Т. История медицины. Москва, 1992.