Qədim Şərqdə əczaçılıq tarixi

Qədim Şərqdə əczaçılıq tarixi

1. Təbabətin və dərmanşünaslığın inkişafında qədim Çin təbabətinin rolu və əhəmiyyəti. Qədim Çin təbabətinin və dərmanşünaslığının özünəməxsus xüsusiyyətləri, “Ben – Tsyao” əsəri və onun əhəmiyyəti.
2. Qədim Hind təbabətinin və dərmanşünaslığının xüsusiyyətləri və qədim ənənələri. “Ayur – Veda” kitabı və onun dərmanşünaslığa aid bölməsinin əhəmiyyəti.
3. Qədim Hind və qədim Çin təbabətləri ənənələri əsasında Tibet təbabətinin və dərmanşünaslığının yaranması, onun özünəməxsus cəhətləri, “Cud-Şi” kitabı və onun əhəmiyyəti.
Məlumdur ki, ən qədim sivilisasiyaların, ən qədim özünəməxsus mədəniyyətin və elmin yarandığı coğrafi məkanlardan biri də qədim Cənubi-Şərq Asiya dövlətləri, orada yaşamış və hazırda da yaşayan çin, hind, tibet və s. xalqlar olmuşdur. Hələ lap qədim dövrlərdə ağrını azaltmaq, aclığı aradan götürmək məqsədi ilə Cənubi- Şərq Asiya ölkələrinin xalqları çay bitkisindən, orqanizmin sağlamlığını təmin etmək üçün jen – şen bitkisindən və s. maddələrdən geniş istifadə edirmişlər. Həmin dövrlərdə bu vasitələrin müsbət təsiri yalnız müşahidələrə əsaslanırdısa, sonralar məlum oldu ki, çayın tərkibində bu cür faydalı təsiri təmin edən kofein alkaloidi, jen-şenin tərkibində isə müxtəlif farmakoloji və bioloji cəhətdən fəal olan stimulyatorlardır.
Tarixi məlumatlardan məlum olur ki, qədim dövrlərdə dərmanşünaslığın yaranmasında və inkişaf tapmasında Asiyanın Cənubi – Şərq xalqlarının əhəmiyyətli rolu ol muşdur. Tarixi məlumatlarda bildirilir ki, bu xalqların hələ lap keçmişdə xeyli dərman vasitələri,onların insan və heyvan orqanizminə təsiri,dərman vasitələrinin tətbiq formaları və üsulları haqqında müəyyən təsəvvürləri var imiş. İnsanlar əlifbanı icad etdikdən və buna müvafiq olaraq yazı işi meydana gələn dövrlərdən başlayaraq Asiyanın qədim Cənubi — Şərq xalqları arasında dərmanlar haqqında məlumatlar çoxalırdı və eyni zamanda bu toplanmış məlumatlar sistemləşdirilirdi. Qədim Çin və qədim Hind əlyazmalarında hətta indinin özündə də bir sıra dərman vasitələri haqqında məlumat- lara rast gəlmək olur.

Uzaq keçmişdən gələn ədəbiyyat məlumatlarından aydın olur ki, xeyli sayda və çeşiddə dərman vasitələri, əsasən də dərman bitkiləri Cənubi-Şərqi Asiyanın qədim xalqlarına məlum imiş. Dünyada ən qədim təbabətlərdən biri hesab edilən Çin təbabətində xəstəliklərin müalicəsi və profilaktikası məqsədi ilə dərman bitkilərindən və digər müalicə vasitələrindən kifayət qədər geniş istifadə edilərmiş.
Bir çoi dərman bitkilərinin, heyvani və mineral mənşəlli müalicə vasitələrinin adlarına,onların işlədilmə qaydalarına üsullarına qədim Çin əlyazmalarında təsadüf edilir.

Bu qədim əlyazmalarında məlumatlar vardır ki, bizim eradan hələ 3000 il əvvəl qədim Çində 230 – dək dərman bitkilərindən, 65 heyvani mənşəlli dərman vasitələrindən istifadə olunurmuş.
Həmin dövrlərdə məlum olan dərman bitkilərinin adları və qısa xarakteristikası qədim Çində meydana gəlmiş “ Ben-Tsayao” (Otlar haqqında kitab) əsərində verilmişdir.
Çində meydana gəlmiş dərmanşünaslığa aid sonrakı əsərlərin hamısında “BenTsyao” kitabından ilkin mənbə kimi istifadə edilmişdir.
Qədim Çin təbabəti və dərmanşünaslığı öz fəlsəfi baxışlarına və nəzəriyyələrinə görə, həmdə olduqca zəngin və rəngarəng dərman vasitələri ehtiyatına görə özünəməxsusluğu və orijinallığı ilə seçilirdi. Qədim Çində istifadə edilən bu dərman vasitələri Çinin öz zəngin florasına məxsus olmaqla, xarici dərman vasitələri qədim Çində, demək olar ki, istifadə olunmurdu. Həmin dövrlərdə qədim Çində məlum olan dərman vasitələrinin əsasında daha sonraki dövrlərdə (XVI əsr) Çində məhşur loğman və dərmanşünas Li- Şi – Çjen tərəfindən olduqca dəyərli dərmanşünaslıq əsəri – soraq kitabı nəşr edilmişdir. Bu kitab hətta indi də Çində ən mükəmməl və dəyərli dərmanşünaslıq əsəri hesab edilir. Bu əsərdə böyük sayda (1892 ədəd) dərman vasitələrinin təsviri verilməklə, həmdə onların müalicəvi əhəmiyyəti də göstərilmişdir. Ümumiyyətlə isə kitabda təsvir olunmuş dərman vasitələrindən 900- ü dərman bitkiləri, digərləri isə elə həmin bitkilərin xammalından alınmış emal məhsulları və ya mineral və heyvani mənşəli
maddələr olmuşdur.
Qədim Çin təbabəti kimi, qədim Hind təbabəti və dərmanşünaslığı da özünəməxsus
ənənələri və xüsusiyyətləri ilə fərqlənmişdir. Qədim Hind dərmanşünaslığı orijinal fəlsəfi tibb nəzəriyyələri və eləcədə olduqca zəngin yerli floradan və faunadan alınan dərman vasitələri ilə səciyyələnirdi.
Ən qədim sanskrit kitablarından sayılan “ Ayur – Veda “ əsərində təbiətşünaslıq və
Təbabət məsələlərindən ətraflı bəhs olunur .Belə ki,“Ayur-Veda” (Həyat haqqında elm) əsərində dərmanşünaslığa,dərman vasitələrinin təsvirinə,müalicəvi əhəmiyyətinə böyük yer verilmişdir.Sonrakı dövrlərdə bu kitab dəfələrlə yenidən işlənərək yeni məlumatlarla zənginləşdirilmişdir və təkrarən nəşr edilmişdir. Bu nəşrlərdən ən məhşur olanı hind həkimi Suşrut tərəfindən tərtib olan variantıdır. Bizim eradan əvvəl IV əsrdə tərtib edilmiş “ Ayur – Vedanın “ bu nəşrində təbabətin ən müxtəlif sahələrinə toxunmaqla yanaşı dərmanşünaslıq məsələlərinə də xeyli yer verilmişdir, burada 700- dən çox dərman bitkisi təsvir edilmişdir.

Qədim Hind və qədim Çin təbabəti və dərmanşünaslığı əsasında məhşur Tibet təbabəti və dərmanşünaslığı yaranmışdır. Hind təbabətinin, eləcədə dərmanşünaslığının nailiyyətləri Tibet əyalətlərinə əsasən buddizm dini vasitəsi ilə VII əsrdə gətirilmiş- dir. Həmin dövrlərdə dərmanşünaslığa aid bir çox sanskrit kitabları yerli tibet dilinə tərcümə edilmişdir. Əsərin dəyərliliyi onunla təsdiq olunur ki, bu sanskrit kitablarından hazırda da istifadə olunur. Belə kitablardan ən əhəmiyyətlisi “ Ayur – Veda” əsərinin əsasında tərtib edilmiş “ Cud – Şi “ (Müalicəvi vasitələrin mahiyyəti) kitabı sayılır ki, bu əsərdə bir çox dəyərli və maraqlı dərman reseptləri təsvir olunmuşdur.
Qədim Tibet və qədim Çin təbabətinin və dərmanşünaslığının nə qədər əhəmiyyətli və zəngin olmasına onu sübut gətirmək olar ki, hətta hazırda da onun nailiyyətlə- rindən və üsullarından dünyanın bir çox yerlərində geniş istifadə olunur. O cümlədən Azərbaycanda da tibb, baytarlıq və dərmanşünaslığa aid bir çox şirkətlər fəaliyyət göstərir ki, bunlar da əsasən qədim Çin və Tibet dərmanşünaslığının qədim ənənələrinə və nailiyyətlərinə əsaslanırlar.
Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev
Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının teinologiyası. Bakı, 1989.
2. Hüseynov D. — Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. — Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. — Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азер
байджана. Баку, 1988.
6. Сорокина Т. — История медицины. Москва, 1992.
Top