Fondlar

Fondlar

QHT-lər haqda olan yazımızda QHT-lərin  İctimai TəşkilatlarFondlara bölündüyünü qeyd etmişdik. Bu dəfə  Fondlar haqda yazacağıq.
QHTlər haqda qanundan çıxarış
2.2 Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.

Azərbaycanda ən böyük Fondlar "Heydər Əliyev" Fondu və "Azərbaycan Respublikası Dövlət Neft" fondudur.
"Heydər Əliyev" fondu əsasən elm,təhsil,idman mədəniyyət sahəsində inkişaf  və Heydər Əliyevin adını əbədiləşdirmək üçün fəaliyyət göstərir.
"Azərbaycan Respublikası Dövlət Neft" Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkədə makro iqtisadi sabitliyin qorunması və neft pullarından asıllığın azaldılması , qeyri neft sektorunun inkişafının təmin edilməsidir.

İstifadəçilərin marağlarına səbəb olacağ bir fond haqda.

"Həyatın davamı" Fondu: Bu Fond 1972-ci ildən Arizonada fəaliyyət göstərir. Fond insanlara "ölümsüzlük" təklif edir. Belə ki ultrasoyuq temperatorun köməyi ilə insanlar öldükdən sonra onları dondurur. Bu Fondu yaradanlar inanırlarki alimlər tezliklə donmuş insanları həyata qaytarmağın yolunu tapacaqlar. Bunun üçün isə Fonda 350-min ABŞ -dolları ödəmək lazımdır.

Bir çox Fondlarda varki onlar böyük dövlətlərin digər ölkələrdəki maraqlarını həyata keçirtmək üçün , həmin ölkədə fəaliyyət göstərən ictimai birliyləri maliyyələşdirməklə və beləcə idarə etməylə məşğuldur. Bu növ fondlar  haqda başqa bir yazıda yazacam.
Top