"Kendi" qayıdış əvəzliyi

"Kendi" qayıdış əvəzliyi

«Kendi» əvəzliyi Azərbaycan dilindəki "öz" əvəzliyinin ifadə etdiyi mənalarda işlənir:
  • kendi elim — öz əlim
  • kendi evi — öz evi
  • kendi kitabımız — öz kitabımız
  • kendi kardeşiniz — öz qardaşınız
«Kendi» əvəzliyi şəxslər üzrə təsrif olunur.
  • (Ben) kendim — özüm
  • (Sen) kendin — özün
  • (O) kendi (kendisi) — özü
  • (Biz) kendimiz — özümüz
  • (Siz) kendiniz — özünüz
  • (Onlar) kendileri — özləri
Mənsubiyyət şəkilçiləri qəbul etmiş «kendi» əvəzliyi hallanır.
Y.h. kendim, kendin, kendi, kendimiz, kendiniz, kendileri
İ.h. kendimin, kendinin, kendinin, kendimizin, kendinizin, kendilerininV.h. kendime, kendine, kendine, kendimize, kendinize, kendilerine.
B.i.h. kendimi, kendinde, kendini, kendimizi, kendinizi, kendilerini
D.h. kendimde, kendinde, kendinde, kendimizde, kendinizde, kendilerinde
Ç.h. kendimden, kendinden, kendi(sin)nden, kendimizden, kendinizden, kendilerinden.
2-ci və 3-cü şəxs təkdə «kendi» əvəzliyinin hallanması ilk baxışda eyni görünür, lakin əslində belə deyil. Cümlə içərisində qarışıqlığa yol verməmək üçün ya «kendi» əvəzliyinin yanında şəxs əvəzliyi işlədilir, ya da 2-ci və 3-cü şəxsləri ayırmaq üçün 3-cü şəxsdə «kendi» yerinə «kendisi» forması işlədilir və hallandırılır. Məsələn:
  • Kendine söyledim — sənə (sənin özünə) söylədim;
  • Kendisine söyledim — ona (Onun özünə) söylədim;
  • Sen kendine iyi bak — Sən özünə yaxşı bax.
  • Onun kendisine birkaç sözüm var — Onun özünə bir neçə sözüm var.
  • Bu senin kendi işindir — Bu sənin öz işindir.
  • O kendisi gidiyor — O özü gedir.
Top