Dahilərin asudə vaxtları

Dahilərin asudə vaxtları

1. Gec vaxta qədər işləmək lazım deyil
Görkəmli insanlar bütün günlərini iş yerlərində keçirmirlər. Məsələn, filosof Mişel Fuko saat 9:00-dan 15:00-a qədər çalışırdı. Betxoven isə gün çıxandan günortaya qədər işləyirdi. Görkəmli şəxsiyyətlərin əksəriyyəti gün ərzində 12 saat belə çalışmırdılar.

2. Çox istirahət edin
Hətta qısa iş günlərində belə uğurlu və görkəmli insanlar iş vaxtı istirahət edirlər. Məsələn, Sokrat bəzən küçənin ortasında qəfildən dayanıb 20 dəqiqə ərzində heç nə etməyərək ayaq üstə dayanırdı. Betxoven isə hər səhər xiyabanda gəzintiyə çıxırdı. O, belə vaxt keçirməyi «gəzinti zamanı iş» adlandırırdı.

3. Günorta işləmək məsləhət görülmür
Əlbəttə ki, hər bir halda istisnalar olur, lakin dahilərin əksəriyyəti heç vaxt günorta çalışmırdılar. Məsələn, Viktor Hüqo öz əsərləri üzərində səhər çalışdıqdan sonra Paris küçələrdə avtobusla gəzintiyə çıxırdı.

4. Fasilə elan edin və yemək yeyin
Masa arxasına oturmamışdan öncə Çerçill hətta vanna qəbul edirdi və təmiz paltarlar geyinirdi. İndiki dövrdə insanların əksəriyyəti tez bir zamanda nahar edir və dərhal iş yerlərinə qayıdırlar.

5. Öz həyatınızı rəngarəng edin
Görkəmli insanların həyatları gözlənilməz və təəcüblü hadisələr ilə dolu idi. Bundan belə bir nəticəyə gəlmək olar ki, əgər biz uğura nail olmaq istəyiriksə, özümüz öz həyatımıza rəng qatmalıyıq.
Top