Fonetik hadisələr

Fonetik hadisələr

Türk ədəbi dilində bir sıra qanunauyğun fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Digər qismi isə yazıda da öz əksini tapır. Ona görə də, türk dilində düzgün yazmaq, oxumaq və danışmaq üçün bu hadisələri öyrənmək lazımdır.
Yazı ilə əlaqədar fonetik hadisələr, əsasən, səsartımı və səsdüşümü şəklində özünü göstərir. Lakin bu hadisələr danışıqda da geniş yayılmışdır və əsas etibarilə söz tərkibində bəzi səslərin (r, h, t) zəif tələffüz olunması, sözün çox sürətlə deyilməsi ilə bağlıdır. Məsələn, türk dilində "birkaç" (bir neçə) sözündə "r" samiti, "bir dakika" ifadəsində "r" samiti ilə "i" saiti (bi dakka), "efendim" sözündə isə üç səs (n, d, i) eyni anda (efem) düşə bilir. "R" samitilə başlayan sözlərin əvvəlinə tələffüzdə bir sait artırılması türk dilinin dialektləri üçün xarakterikdir (rençper - irençper, ruba - urba, razı ırazı və s.).
Səsuyuşması, səsfərqləşməsi və səslərin yerdəyişməsi kimi fonetik hadisələr isə türk dilində daha çox şifahi nitq ilə əlaqədardır. Eyni bir heca daxilində iki saitin və ya iki samitin qoşa işlənməsi türk dilinin fonetik quruluşuna ziddir. Türk dili üçün yalnız aşağıdakı heca quruluşları xa­rakterikdir. Saitləri - V (vokal), samitləri - C (konsonant) hərfi ilə işarə edib, heca şəkillərini göstəririk:
V-O
VC - on, üç, eş, un, ev.
CV - bu, su, ne.
CVC - sen, ben, bir, beş.
VCC - alt, üst, ilk.
CVCC - dört, sert, dert, Türk.

Türk dilində yeni söz düzəldilərkən və ya sözə şəkilçi artırılarkən, mürəkkəb söz əmələ gətirilərkən yuxarıdakı he­ca quruluşlarının pozulmamasına xüsusi diqqət edilir. Başqa dillərdən alınma sözlərdə də bu qaydanın imkan daxilində pozulmamasına fikir verilir, müvafiq səsartımı və səsdüşümü vasitəsilə həmin sözlər ümumi qaydaya uyğunlaşdırılır.

Səsartımı. Müasir türk dilində səsartımı üçün "Kaynaştırma ünsüzleri" adı verilən bitişdirici samitlərdən (y, ş, s, m və v) və saitlərdən istifadə edilir. Səsartımı aşağıdakı hallarda özünü göstərir:
1. Saitlə bitən sözə saitlə başlayan şəkilçi artırıldıqda, araya bitişdirici samitlərdən biri gətirilir. Məs.:
kapı + y + ı - kapıyı
yazıtahtası + n + ın - yazıtahtasının, iki - iki + ş + er -ikişer
çocuk bahçe + s+ i - çocuk bahçesi

2. Avropa dillərindən türk dilinə keçən sözlərin əvvəlində iki samit qoşa işlənirsə, həmin sözün başına bir sait əlavə edilir. Məs.:
İstasyon, iskelet, istatistik, uskumbri, iskemle

3. Avropa dillərindən türk dilinə keçən sözlərin sonunda iki samit qoşa gəlirsə, sözün sonuna sait əlavə edilir. Məs.:
Çimento; tiyatro; kadro; protesto; parlamento; metre; kilometre.

4. Avropa dillərindən türk dilinə keçən sözlərin ortasında iki sait yanaşı gəlirsə, həmin saitlərin arasına bir samit əlavə edilir. Məs.:

burjuaziya - burjuvazi

biologiya - bioloji

sosialist - sosyalist

tualet – tuvalet

Bir sıra alınma sözlər müstəsnalıq təşkil edərək, yuxarıdakı qaydalara tabe olmurlar. Məs.:

spor - idman

stad – stadion

tren - qatar

jeoloji - geologiya

tramvay

 

Eyni bir saitin və ya samitin qoşa işləndiyi alınma sözlər də müstəsnalıq təşkil edir. Məs.:

saat

Teessüf

matbaa

taaruz – hücum

şüur

Şiir

 

Fiil

5. Ərəb və fars dillərindən türk dilinə keçən və sonunda qoşa samit gələn təkhecalı sözlərdə həmin samitlər arasına ahəngə uyğun bir sait əlavə edilir. Məs.:

fikir

Emir

isim

kayıt (qeyd)

akıl

Ömür

vakit

nutuk (nitq)

ilim

 

Səsdüşümü. 1. Bir sıra türk mənşəli ikihecalı sözlərə saitlə başlayan şəkilçi artırıldıqda, həmin sözlərin ikinci hecasındakı sait düşür. Məs.:

ağız - ağzım

boyun – boynu

burun - burnu

gönül – gönlüm

alın - alnı

oğul – oğlum

Yuxarıda bəhs edilən ərəb və fars dillərindən alınma sözlər də bu qaydaya tabedir. Məs.:

fikir - fikrim

akıl – aklı

vakit - vakti

emir – emriniz

ömür - ömrümüz

 

2. Yer bildirən bir sıra sözlərə yerlik hal şəkilçisi (da; de) artırıldıqda həmin sözlərin son saiti düşür. Bəzən bu sözlər yazıda həmin saitləri mühafizə edirlər. Məs.:

bura - burda - buradan
ora - orda - orada
yukarı - yukarda - yukarıda
nere - nerde (harada?)
dışarı - dışarda - dışarıda

3. Saitlə bitən söz saitlə başlayan bir şəkilçi əlavə edilərək yeni söz düzəldilərkən, yan-yana gələn iki saitdən biri düşür. Məs.:
ne + için - niçin
kahve + altı - kahvaltı
cuma + ertesi - cumartesi
Bir sıra sözlərdə həmin sözlər saitlə bitmədiyi halda yenə də səsdüşümü hadisəsi baş verir. Məs.:
kayın + ana - kaynana
pek + iyi - peki
pazar + ertesi - pazartesi

4. Türk dilində "üst" və "ast" sözlərinə samitlə başlayan söz birləşdirildikdə "t" samiti düşür. Məs.:
üst + teğmen - üsteğmen (baş leytenant)
ast + teğmen - asteğmen (kiçik leytenant)
ast + direktor - asdirektör (vitse-direktor)
üst + sübay - üssubay (yüksək rütbəli zabit)

5. Avropa dillərindən türk dilinə keçən və tərkibində qoşa həmcins samit olan sözlərdə həmin samitlərdən biri düşür. Məs.:
gramer; komünist; program; radyogram və s.

Ərəb dilindən alınma həmcins samitli sözlərdə samit düşmür. Məs.:
kuvvet; millet; sıhhat; teşekkür; tekerrür (təkrar).

6. Saitlə bitən sözə "hane" sözü birləşdirilməklə düzələn mürəkkəb sözlərdə "h" samiti, bəzən də "ha" hecası düşür. Məs.:

hasta + hane - hastane

ecza + hane - eczane

kahve + hane - kahvane

posta + hane - postane

Müqayisə et:
kütüphane 
ticarethane
dershane

Bu sözlərin tələffüzündə "h" samiti eşidilmir.

7. Ərəb dilindən alınma, orijinalda son samiti təşdidlə yazılan, yəni qoşa həmcins samitli sözlərdə həmin samitlərdən biri düşür. Məs.:

Ərəb dilində

Türk dilində

hürr

hür (azad)

hakk

Hak

hiss

His

sirr

Sır

fenn

fen (texnika)

hatt

Hat

Qeyd: Bu tipli sözlərə saitlə başlayan şəkilçi artırıldıqda, düşən samit bərpa edilir. Məs.:

hürrüm

Hissi

hakkı

Sirriniz

Səsuyuşması söz içərisində və ya söz kökü ilə şəkilçi arasında baş verən samit bənzəşməsi, samit uyuşması hadisəsidir. Əsasən tələffüzlə əlaqədar olan bu hadisə zamanı samitlərdən biri ya özündən əvvəlki samiti öz səs məxrəcinə uyğunlaşdırır, ya da özündən sonrakı samitin səs məxrəcinə uyğunlaşır. Türk dilində səsuyuşması ən çox aşağıdakı samitlər arasında təsadüf edilir:

a)1 > n

 

anlamak - annamak;

insanlık - insannık;

dinlemek - dinnemek;

heyecanlı - heyecannı;

günlük - günnük;

kadınlar - kadınnar.

karanhk - karannık;

 

b) r >1

 

gelirler - geliller

türlü – tüllü

yuvarlak - yuvallak

katırlar – katıllar

c) d > n

 

benden - bennen

ondan – onnan

senden - sennen

 

Səsfərqləşməsi sözdəki samitlərdən birinin öz səs məxrəcindən uzaqlaşaraq, yaxın və ya eyni qəlibli səslərdən biri kimi tələffüz olunması deməkdir. Məs.:

onbaşı - ombaşı

tulumba (nasos) - tulunba

sonbahar (payız) - sombahar

şimdi - şindi (şinci)

kambur (qozbel) - kanbur

secde - sejde

ambar - anbar

vicdan - vijdan

İstanbul - İstambul

içten - işten

Tombul - tonbul

şemsiye (çətir) - şemşiye

Bu hadisə bəzən yazıda da öz əksini tapır. Məs.:
tepme yerine tekme (təpik);
aşçı yerinə ahçı (aşpaz);
muşamma yerinə muşamba;
perkar yerinə pergel yazılır və tələffüz edilir.

Səslərin yerdəyişməsi - söz daxilində samitlərin yerdəyişməsi hadisəsidir. Məs

yazıda

tələffüzdə

yanlış

Yalnış

yalnız

Yanlız

meşhur

mehşur

Azərbaycan dilindən fərqli olaraq türk dilində bu hadisəyə az təsadüf edilir. Dilimizdə bu tipli sözlərin tələffüz variantları ədəbi danışıqda və yazıda əsas variant kimi möhkəmləndiyi halda, türk dilində bu cür sözlərin yazılışı və tələffüzü sabitdir. Müqayisə et:

Azərbaycan dilində

Türk dilində

yapraq - yarpaq

Toprak

topraq - torpaq

yaprak

kiprik - kirpik

Kirpik

iləri - irəli

ileri

Top