Türk dilində sözün sonunda cingiltili samitlərdən "b", "c", "d", "g" işlədilmir. Onların yerinə həmin samitlərin kar qarşılıqları "p", "ç", "t", "k" işlədilir. Alınma sözlər də əsasən bu qanuna tabedir. Məs.:
dolap; ağaç; kitap; ilaç; sokak; balık; dört; dert; çelik (polad), soluk (nəfəs).
Haqqında bəhs edilən cingiltili samitlərin karlaşması dilimizdə də var, lakin Azərbaycan dilində bu, orfoepik hadisədir, yəni yalnız tələffüzlə bağlıdır. Türk dilində isə orfoepik hadisə olmaqla yanaşı, həm də orfoqrafiyada öz əksini tapır. Müqayisə et:
balıq - balık - balık; kitab - kitap - kitap
ağac - ağaç - ağaç; dörd - dört - dört.
Sonu "p", "ç", "t", "k" samitləri ilə bitən sözlərə ilk sait şəkilçi və ya saitlə başlayan şəkilçi bitişdirildikdə, həmin kar samitlər cingiltiləşir, yəni özlərinin cingiltili qarşılıqlarına keçərək, p - b, ç - c, t - d, k - ğ olur. Məs.:
dolap - dolaba
|
dört – dördüncü
|
kitap - kitabın
|
dert – derdi
|
ağaç - ağacı
|
celik – çeliği
|
ilaç - ilacın
|
sokak – sokağı
|
Fel kökləri bu qanuna tabe olmur, yalnız bir neçə fel müstəsnalıq təşkil edir. Məs.:
git - gidiyor
et - ediyor
dit - didiyor (yun didmək)
güt - güdüyor
Sözün sonu "nk" ilə bitirsə "k" samiti "ğ" samitinə yox, "g" samitinə keçir. Məs.:
çelenk - çelengi
|
cenk – cengi
|
renk - rengi
|
ahenk – ahengi
|
tüfenk - tüfengimiz
|
|
Sonu "p", "ç", "t", "k" samitləri ilə bitən sözlərə ilk samiti "d", "c", "g" olan şəkilçilər artırıldıqda, həmin şəkilçilərin samitləri karlaşır, yəni özlərinin kar qarışıqlarına keçirlər. Məs.:
dolap - dolaptan
|
coşmak – coşkun
|
ağaç - ağaçtan
|
çelik – çeliktir
|
kitap - kitaptan
|
sokak – sokakta
|
ilaç - ilaçtan
|
kayık – kayıkçı
|
Samitlərin karlaşması və cingiltiləşməsi qanunu aşağıdakı hallarda pozulur:
1. Avropa mənşəli sözlərin sonundakı "g" hərfi karlaşmır, yəni olduğu kimi yazılır. Məs.:
türkolog; gong; katalog; monolog; ring
2. Bir sıra türkmənşəli, eləcə də alınma sözlərin sonundakı "p", "ç", "t", "k" samitləri həmin sözlərə saitlə başlayan şəkilçi artırıldıqda cingiltiləşmirlər. Məs.:
top - topu
|
kat - katı (mərtəbə)
|
kırk - kırkıncı
|
üç – üçüncü
|
sap - sapın
|
koç – köçü
|
ok - oku
|
sepet – sepeti
|
et - eti
|
|
3. Bir sıra təkhecalı sözlərdə məna təhrifinə yol verməmək üçün həmin sözlərin sonundakı samitlər olduğu kimi saxlanılır, yəni karlar cingiltiləşmir, cingiltili samitlər karlaşmır. Məs.:
at - at
|
yad - xatirə
|
ad - ad
|
kab - qab
|
kalb - ürək, qəlb
|
kap - qolsuz köynək
|
kalp - qəlp, saxta
|
had - sərhəd
|
ot - ot
|
hat - xətt
|
od - od
|
hac - həcc (Həccə getmək)
|
saç - saç
|
haç - xaç
|
sac - sac
|
|
yat - yaxta
|
|