Türk dilində k, g, l samitlərindən hər biri iki danışıq səsinə malikdir. Bu samitlər qalın saitlərlə heca qurduqda qalın, incə saitlərlə heca qurduqda incə tələffüz edilir. Həmin samitləri ayrı-ayrılıqda nəzərdən keçirək.
1. "K" SAMİTİ
a) "k" samiti qalın saitlərlə heca qurduqda qalın tələffüz edilir:
akıl - ağıl |
tarak - daraq |
ok - ox |
Ocak - Yanvar |
bakmak - baxmaq |
kale - qala, qapı |
kol - qol |
konak - ev, malikanə |
konuk - qonaq |
kapı - qapı |
kitap - kitab çelenk - çələng köy - kənd iki - iki küçük - kiçik ikiz - əkiz ikileme - təkrar c) alınma sözlərin bir çoxunda "k" samiti qalın saitlərlə heca qurduğu halda incə tələffüz edilir. Bu cür sözlərdə "k" samitinin incə tələffüz edildiyini göstərmək üçün, həmin samitlə heca quran saitin üzərinə "i" incəltmə işarəsi qoyulur: katip - katib imkân - imkan pâk - pak sukût - sükut helâk - həlak kâmil - kamil Yadda saxlamaq lazımdır ki, bəzi sözlərdə "k" samitinin incə və ya qalın tələffüzü sözün mənasını da dəyişir: müqayisə et: kar - qar kâr - gəlir hak - haqq hâk - torpaq z) alınma sözlərin bir qrupunda isə yuxarıdakının əksinə olaraq, "k" samiti incə saitlərlə heca qurduğu halda, qalın tələffüz olunur. Bunun səbəbi həmin sözlərdə "k" samitindən əvvəlki və ya sonrakı hecaların qalın olmasıdır: akide - əqidə dikkat - diqqət fakir - fəqir, yoxsul miktar - miqdar musiki - musiqi şarkiyat - şərqşünaslıq rakip - rəqib vakit - vaxt Ərəb dilindən alman bəzi sözlərdə hecaların hamısının incə olmasına baxmayaraq, "k" samiti yenə də qalın tələffüz edilir: mevki - mövqe tetkik - tədqiq teşvik - təşviq müsteşrik - şərqşünas və s. d) Avropa dillərindən türk dilinə keçən sözlərdə "k" samiti əsasən qalın tələffüz edilir. klinik - klinika kristal - kristal kreş - körpələr evi kriko - domkrat kriz - böhran kliring - klirinq krern – krem Q e y d: Türk dilində sözün sonunda gələn "k" samitinin incə və ya qalın tələffüzündən asılı olaraq, həmin söz incə və ya qalın saitli şəkilçi qəbul edir. Bu sözlərin yazılışında səhvə yol verməmək üçün lüğətə müraciət etmək və həmin sözləri əzbərləmək məsləhətdir. Türkcə izahlı və ya ikidilli lüğətlərdə həmin sözlərin qarşısında "k" samitinin incə və ya qalın saitli şəkilçi tələb etməsi müvafiq qeydlə göstərilir. Məsələn: idrak (-ki) - idrak hak (-kkı) - haqq ahlak (-ki) - əxlaq hak (-ki) - torpaq