Türk dilində "yumuşaq qe" samiti adı verilən bu hərfin spesifik xüsusiyyətləri aşağıdakılardır:
1. "ğ" samiti sözün başında işlənmir.
2. "ğ" samiti incə saitlərlə heca qurduqda Azərbaycan dilindəki "y" səsi kimi tələffüz edilir:
iğne - iynə
Bir sıra alınma sözdə "ğ" samiti incə saitlərlə heca qurduğu zaman, Azərbaycan dilindəki "ğ" səsinə bənzər bir səs kimi tələffüz edilir. iğfal - aldatma, yoldan çıxartma 3. "ğ" samiti qalın saitlərlə heca qurduqda, tələffüz edilmir, özündən əvvəlki sait qismən uzun tələffüz olunur: İki qalın sait arasında "ğ" samiti özündən əvvəlki saitin uzun tələffüzünə yol açmaqla yanaşı, çox zəif şəkildə olsa da, "ğ" danışıq səsini verir. dağ-daa-dağ ağlamak - aalamak - ağlamaq kaplumbağa - kaplumbaa - tısbağa uğraşmak - uuraşmak - məşğul olmaq ağaç - aaç - ağac bağ - baa - bağ, üzümlük 4. Yuxarıda qeyd edildiyi kimi, "ğ" samiti incə saitlərlə heca qurduqda "y" səsini verir. Lakin türk dilində bu səsi verən müstəqil "y" hərfi də var. Yazıda ayrı-ayrı işarələr olan "y" və "ğ" samitləri danışıq səsi olmaq etibarilə eynidir. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, "ğ" samitinin səs məxrəci, əmələgəlmə yeri Azərbaycan dilinin "g" samitinin səs məxrəcinə yaxındır və tələffüzdə bu çalar hiss edilir. Tələffüzdə buna diqqət etmək bir də ona görə vacibdir ki, "y" və "ğ" samitlərinin bəzi sözlərin həm yazısında, həm də tələffüzündə əvəzlənməsi həmin leksik vahidlərin mənasını dəyişdirir. Müqayisə et: eyer - yəhər eylemek - eyləmək eğer - əgər eğlemek - əyləmək öyle - elə iyi - yaxşı öğle - günorta iği - iy, mil
öğretmen - müəllim
öğrenci - şagird, tələbə
eğilmek - əyilmək
eğlenmek - əylənmək
eğitim - təlim-tərbiyə
iğde - iydə
iğtişaş - ixtişaş
iğzap - qəzəblənmə