Samitlər

Samitlər

Türk dilində 21 samit var. Bu samitlərdən üçü - g, k, l iki danışıq səsinə malikdir, "ğ" samiti isə spesifikdir. Digər samitlərin tələffüzü Azərbaycan dilindəki samitlərin tələffüzü ilə eynidir. Yadda saxlamaq lazımdır ki, hər iki dildə samitlərin əsas xüsusiyyəti onların küylü olmasıdır. Lakin türk dilində kar samitlərin işlənmə sahəsi daha genişdir. Bunun başlıca səbəblərini belə izah etmək olar.
1. Azərbaycan dilində "q" cingiltili samiti ilə başlayan sözlərin əksəriyyəti türk dilində kar "k" samiti ilə işlənir.
qalın - kalın
qadın - kadın
qış - kış
qoyun - koyun
quş - kuş
qazan - kazan
qar - kar
qulaq - kulak
quzu - kuzu
qız - kız

2. Türk dilində (bəzi müstəsna hallardan başqa) sözün sonunda cingiltili samitlərdən "b", "c", "g", "d" işlənmir. Bu samitlərin yerinə onların kar qarşılıqları - p, ç, k, t işlənir.

dodaq - dudak
kitab - kitap
almaq - almak
dörd - dört
ehtiyac - ihtiyaç
ağac - ağaç
qılınc - kılıç
qaşıq - kaşık
dərd - dert
cavab - cevap

3. Türk dilində "x" samiti yoxdur. Azərbaycan dilində bu samitlə başlayan və bitən sözlər türk dilində "h" və ya "k" samiti ilə, sözün ortasında isə həmin samitlərdən başqa bir də "ş" samiti ilə işlənir. Hər üç samit "x" səsinə nisbətən daha "kardır".
xəbər - haber
xəritə - harita
xəstə - hasta
xalq - halk
xidmət - hizmet
xronika - kronik
mexanika - mekanik
arxiv - arşiv
çox - çok
ox - ok
axın - akın
arxeologiya - arkeoloci
doxsan - doksan
xərc - harç
qorxu - korku
sxem - şema
bronxit - bronşit
Arximed - Arşimed
Don Kixot - Don Kişot

4. Fonetik qanunlardan bəhs edərkən görəcəyimiz kimi karlaşma və cingiltiləşmə Azərbaycan dilində orfoepik hadisədirsə, yəni əsasən tələffüzlə əlaqədardırsa, türk dilində bu, fonetik qanundur və orfoqrafiyada, yəni yazıda da təsbit edilir. Məhz bu fərqin nəticəsidir ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində şəkilçilərin bir çoxunun kar variantları da mövcuddur.

Türk dilində samitlər aşağıdakı qaydada təsnif olunur:

1. Səs tellərinin iştirakına görə:
a) kar samitlər: f, p, ş, ç, k, h, s, t

b) cingiltili samitlər: v, b, c, j, d, g, y, z, m, n, q, l, q.

Kar samitləri yadda saxlamaq üçün "Fe Paşa çok hasta" (yəni Filan paşa çox xəstədir) cümləsini əzbər bilmək kifayətdir. Həmin cümlədəki samitlər türkcənin 8 kar samitinə müvafiqdir.

2. Tonun iştirakına görə:
a) Tonsuz samitlər: f, p, ç, ş, h, s, t, k.

Bunların əmələ gəlməsində ton iştirak etmir, onlar yalnız küyün köməyi ilə yaranır.
b) tonlu samitlər: v, b, c, j, d, g, r, ğ, y.
c) sonor samitlər: l, m, n, r.

3. Əmələgəlmə yerinə görə:
a) qoşa dodaq samitləri: b, p, m
b) dil-diş samitləri: d, t, z, s, l, r, ç, c, j, ş.
c) damaq samitləri: k, y, g, ğ
z) boğaz samiti: h.
d) dodaq-diş samitləri: f, v.

Qeyd edək ki, türk dilində samitlərin təsnifatında başqa prinsiplərdən də istifadə edirlər. Lakin praktikada ən çox istifadə olunan birinci prinsipdir, yəni samitlərin səs tellərinin iştirakına görə bölgüsüdür.

Samitlərin bölgüsünü göstərən cədvəl

Səs tellərinin iştirakına görə

Kar samitlər

Cingiltili samitlər

Əmələgəlmə
yerinə görə

Tonun
iştirakına
görə

tonsuz

tonlu

sonor

Qoşa dodaq
samitləri:
Dodaq-diş
samitləri:

 

p

f

 

b

v

 

m

Dil-diş samitləri

t, ç, ş, s

c, d, z, j

n, r, l

Damaq samitləri

k

g, ğ, y

 

Boğaz samiti

h

 

 

Yuxarıdakı cədvəldən istifadə edərək, türk dilindəki samitlərin hər birinin fərqləndirici əlamətlərini göstərmək mümkündür:
b - cingiltili, tonlu, qoşa dodaq samiti
c - cingiltili, tonlu, dil-diş samiti
ç - kar, tonsuz, dil-diş samiti
d - cingiltili, tonlu, dil-diş samiti
f - kar, tonsuz, dodaq-diş samiti
g - cingiltili, tonlu, damaq samiti
ğ - cingiltili, tonlu, damaq samiti
h - kar, tonsuz, boğaz samiti
j - cingiltili, tonlu, dil-diş samiti
k - kar, tonsuz, damaq samiti
l - cingiltili, sonor, dil-diş samiti
m - cingiltili, sonor, qoşa dodaq samiti
n - cingiltili, sonor, dil-diş samiti
p - kar, tonsuz, qoşa dodaq samiti
r - cingiltili, sonor, dil-diş samiti
s - kar, tonsuz dil-diş samiti
ş - kar, tonsuz, dil-diş samiti
t - kar, tonsuz, dil-diş samiti
v - cingiltili, tonlu, dodaq-diş samiti
y - cingiltili, tonlu, damaq samiti
z - cingiltili, tonlu, dil-diş samiti.

Top