Müasir türk əlifbasında 29 hərf var. Bunlardan 8-i sait: a, e, ı, i, o, ö, ü, 21-i isə samitdir: b, c, ç, d, f, g, ğ, h, j, k, l, m, n, p, r, s, ş, t, v, y, z.
Əlifbadakı "e" saitinin və "g", "k", "l" samitlərindən hər birinin iki səsi olduğuna görə türk ədəbi dilində 33 danışıq səsi var.
Bunlardan əlavə, türk yazısında iki işarədən - "^" (uzatma və ya incəltmə) və " ’ " (apostrof) işarələrindən istifadə edilir (Yeni orfoqrafiya qaydalarına görə birinci işarənin işlədilməsi məcburiyyəti yoxdur).
Azərbaycan dilində olan "x" və "ğ" səsləri türk ədəbi dilində yoxdur, lakin Anadolunun bir çox dialektində bu danışıq səsləri də işlədilir.
Bunu da qeyd edək ki, müasir türk dilinin orfoqrafiya prinsiplərinə görə əcnəbi onomastik vahidlər - xüsusi isimlər, millətlərarası firma adları, texniki terminlər və s. əsillərinə uyğun şəkildə yazıldığından, türk yazısındakı hərflərin miqdarı əlifbadakından çoxdur. Məs.:
New York - Nyu York
Wilhelm Humbolt - Vilhelm Humbolt
Jean Jacgues Rousseau - Jan-Jak Russo
Max Müller - Maks Müller
Coca-Cola - Koka-Kola