Meyvəverən limon kolları təzə gəlin kimi diqqət və qulluq tələb edir. Amma nəzarət edilməlidir ki, budaqları bir-birinə dolaşmasın. Artıq zoğları, qurumuş budaqları vaxtlı-vaxtında arıtlamaq, formalaşma zoğlarını uzunluğunun üçdə biri qədər qısaltmaq, yaxud onların hündürlüyü 25-30 sm-ə çatanda yuxarıdan 3-4 yarpağı olan yerdən kəsmək lazımdır. Nazik budaqları iti təmiz bıçaqla, yoğıın budaqları isə bağ qayçısı ilə kəsir, kəsiş yerini natural əlifdə həll edilmiş yağlı boya ilə yağlayırlar.
Əliağa Bayramov, özəl məsləhətçi
Meyvəverən limon kolları bol çiçəkləyir ki, bu da ağacın zəifləməsinə səbəb olur. Ona görə də, yanaşı çiçəkləri daha irilərini saxlamaqla seyrəltmək lazımdır. Toxumluq yaxşı inkişaf etmiş yarpaqları saxlamaq vacibdir. Qısa budaqcıqlardakı meyvələrə üstünlük verilməlidir. Uzun budaqlardakı meyvələr ləng böyüyür. Meyvələr 20-22°C temperaturda yaxşı yetişir. Onları iti bağ qayçıları ilə kəsib dərirlər.
Yaşlı limon kollarını ildə 3-4 dəfə köçürürlər. Torpağı əvvəlcədən hazırlayırlar. Torpaq qatışığının tərkibi: 2 hissə çimli torpaq, 1 hissə çürüntülü peyin, 1 hissə yarpaq çürüntüsü, 1 hissə yuyulmuş çay qumu. Bundan başqa, torpaq qatışığına hər vedrəsinə 100 q hesabı ilə superfosfat, ət-sümük unu, hər vedrəyə də 100 q metal yonqarı əlavə etmək lazımdır.
Vaxtaşırı yemləmə gübrəsi vermək çox vacib tədbirdir. Bu bitkiləri normal vəziyyətdə saxlamağın mütləq üsuludur. Azot, fosfor və kalium gübrələrindən başqa, kalsium, bor mikroelementi lazımdır ki, bunlar meyvələrin yaxşı bağlanmasına və şəkərliliyinin yüksəlməsinə kömək edir. Kalium-permanqanatın çəhrayı rəngli məhlulu ağacların böyüməsini stimullaşdırır, fotosintezin intensivliyini yüksəldir. Dəmir çatışmadıqda yarpaqların xlorozu başlayır, onlar solğun-sarı rəng alır. Bu xəstəliyin qarşısını almaq üçün limon kollarını 5-6 gün ərzində bir neçə mərhələlərlə 1 litr suya 1-2 q mis kuporosu qatılmış məhlulla ilə sulayırlar.
Yadda saxlamaq lazımdır ki, mineral gübrələrin həddindən artıq verilməsi də ziyanlıdır. Onları yalnız ehtiyac olanda və müəyyən dozalarla vermək lazımdır. Bitkiləri fəal böyümə dövründə 10 gündə bir dəfə yemləndirirlər. Qışda isə iki ay ərzində 3 dəfə yemləndirmək lazımdır. Gübrələrin qatılığı aktiv vegetasiya dövründə bir az aşağı olmalıdır.
Mineral gübrələrdən kalium şorası, ammonium şorası və superfosfatdan istifadə edirlər. Sitrusların inkişafına kaliumlu fosfor gübrələri kömək edir. Bu halda bitkilər tez boy atmağa başlayır. Fəal böyümə dövründə istifadə edilən qarışıq 5 hissə ammonium şorası, 2 hissə superfosfat və 1 hissə kalium duzundan ibarətdir. Çiçəkləmə zamanı 2 hissə superfosfat və 1/3 qədərində kalium duzu götürülür. 1 litr suya 50 q turş fosforlu kalium və 90 q turş azotlu kalium qatılmasından alınan məhluldan da istifadə etmək olar. Yarım stəkan məhlulu bir vedrə suda həll edirlər.
Bitkiləri kül məhlulu ilə də yemləndirirlər. Yarpaqlı bitkilərin külündə 2-7% fosfor, 3,2-13,8% kalium, 40%>-ə qədər kalsium-oksid və çoxlu mikroelementlər olur. Bir çay qaşığı külü 1 litr suda sutka ərzində həll edirlər. Üzvi gübrələrdən at və inək peyini, quş zılı ilə yemləndirdikdə də yaxşı nəticələr əldə edilir. Lakin onlar yaxşı qıcqırdıqdan sonra istifadə edilməlidir. Bankanı bərabər dozalarda peyin və su ilə doldurur, 2-3 həftə tam minerallaşana qədər qıcqırmağa qoyurlar. Xoşa gəlməyən qoxunu aradan qaldırmaq üçün bankaya bir neçə kristal dəmir, yaxud mis kuporosu əlavə edirlər. Bankaya superfosfat (hər litrə 2-3 q) əlavə etmək olar. Bitkiləri ayda 2 dəfə peyin şirəsi ilə yemləyirlər. Suvarma üçün aşağıdakı qatılıqdan istifadə edirlər: at peyini 1:8, inək peyini 1:12, quş zılı 1:25.
Qulluq zamanı ən yaxşı nəticə mineral və üzvi yemləndirmələr bir-birinin ardınca aparıldıqda alınır. Gərəkli yemləndirmələrin əsas sxemi: Yazda bitkiləri yüksək dərəcədə azot və kalium gübrələri ilə, aşağı (az) dərəcədə isə fosfor gübrələri ilə yemləndirirlər. Yayda azot gübrələrinin miqdarını azaldır, fosfor gübrələrinin miqdarmı isə artırırlar. Payızda azot gübrələri yox, yalnız fosfor və kalium gübrələri verirlər.