Kartofun böyüməsində və yumru yaranmasında hansı hərarət olmalıdır? Yumru yaranması və kartofun inkişafı üçün optimal temperatur +18-22°C-dir. +25 °C temperaturda yumruların böyüməsi yavaşıyır, +30°C və yuxarı hərarət olduqda isə tamamilə dayanır. Lakin temperatur +10-12°C-yə qədər aşağı düşdükdə də yumru yaranması zəifləyir.
Çiçəkləmə zamanı kartofu tozlandırmaq lazımdırmı? Kartof öz-özünə tozlanan bitkilərə aiddir, ona görə də onu tozlandırmaya lüzum yoxdur.
Hansı dövrdə kartof çox suvarılma tələb edir? Ən çox miqdarda su bitkinin yumru yaranma dövründə işlədilir ki, bu da qönçələmə və çiçəkləmə fazasında başlayır. Bu zaman torpaqda nəmlik, onun tam rütubət tutumundan asılı olaraq, 80-85%-dən aşağı olmamalıdır.
Yumruların dolmasından ötrü kartof kökdənkənar əlavə yemləndirilə bilərmi və nə vaxt? Qida maddələrinin yarpaqlardan sorulmasını sürətləndirmək və bununla məhsuldarlığı yüksəltməkdən ötrü kökdənkənar yemləməni çiçəkləmədən dərhal sonra etmək daha yaxşıdır. Bunun üçün 10 litr suda 3 xörək qaşığı superfosfat həll edir, diqqətlə qarışdırır və 2 m2 sahəyə Şax ləng inkişaf edəndə kartofu nə ilə əlavə yemləndirmək olar? Şaxın boy və inkişafına azotla mineral yemləmə yaxşı təsir göstərir. Bundan ötrü 10 litr suya 1 xörək qaşığı sidik cövhəri, yaxud ammonium-sulfat, yaxud kristadin götürürlər və 1 metrə 1 litr, yaxud hər çalaya 0,5 litr hesabı ilə şaxa çiləyirlər. Şaxın böyüməsini necə dayandırmaq olar? Şaxın güclü böyüməsi torpağın tərkibində çoxlu miqdarda üzvi maddələrin (peyinin, çürüntünün) olması ilə bağlıdır. Onun böyüməsini ləngitməkdən ötrü əlavə yemləmə verilməlidir. Bu məqsədlə 10 litr suda 3 xörək qaşığı superfosfat həll edir və hər bitkinin dibinə bu məhluldan yarım litr tökürlər. Bu əlavə yemləmə vasitəsilə yumruların lətinin pası da ləğv edilir. Hansı gübrələr yumruların donmaya və xəstəliklərə davamlığını artırır? Kartofu çiçəkləmə zamanı kalium-sulfat, yaxud ağac külü ilə əlavə yemləmə olar. 10 litr suda 2 xörək qaşığı kalium-sulfat, yaxud 2 stəkan ağac külü həll edir, hər kolun altmı yarım litrlik banka ilə sulayırlar. Kalium-sulfatı xlorlu kaliumla əvəz etmək olar. Kalium-sulfatı xlorlu kaliumla əvəz etmək olarmı, xlor bitkilər üçün ziyanlı deyildir ki? Əgər xlorlu kalium lm2 sahəyəl-2 xörək qaşığı verilirsə, burada xlorun miqdarı cüzi miqdardadır və o, yumruların dadma və bitkilərin inkişafına təsir göstərmir. Əgər sahə suvarılırsa, onda xlor yuyulub gedir, ona görə xlorlu kalium əlavə etmək olar. Kartof yarpaqları hansı səbəbdən tunc rəngdə olur? Yarpaqların tunc rəngdə olması kalium çatışmazlığından baş verir. Kartof yumruları yaza qədər hansı temperaturda yaxşı qalır? Kartof ərzağının saxlanması üçün ən yaxşı temperatur havanın sərbəst daxil olması şəraitində 2-3°C-dir. Dərin sakitlik dövrünə malik olan yumrular 4-5°C temperaturda yaşı saxlanır. Saxlamaq üçün kartofu hansı əlamətlərə görə yığırlar? Ərzaq təyinatlı kartofu qışda saxlanmaq üçün şaxlarının kütləvi surətdə qurumasından sonra, sentyabrın ortalarında yığırlar. Bu dövrdə yumrular gövdə zoğlarından asanlıqla ayrılır və möhkəm qabığa malik olur. Daha erkən yığım zamanı nazik, soyulan qabıqlı yetişməmiş yumrular pis saxlanılır. Əgər yığım gecikdirilmişsə, bu, yumruların artıq isinməsinə və xəstəliklərə davamsızlığına gətirib çıxarır. Kartofun ən yaxşı saxlanması o zaman təmin olunur ki, yığım zamanı yumrular günəş yanıqları, mexaniki zədələr almasın və ona fitoftoradan xəstələnmiş şaxdan infeksiya yoluxmasın. Faraş kartofu şaxtadan necə qorumaq olar? Səhər şaxtalarından müdafiə üçün cavan bitkilərin diblərini doldurur, tüstü verir, səhər tezdən su çiləyir, plyonka, kağız, yaxud hər hansı parça ilə örtürlər. Kartofu yaşıllaşdırmaq lazımdırmı və hansı məqsədlər üçün? Qazılıb çıxarılmış və sahədə qalmış kartof bir neçə gündən sonra göyərməyə başlayır, yəni yumrularda xlorofil və zəhərli maddə olan solanin əmələ gəlir. Belə yumruların dadı acı və xoşagəlməz olur, ona görə də ərzaq kartofunu yaşıllaşdırmırlar. Toxumluq kartofu isə azca yaşıllaşdırmaq olar. Kartof yaşıllaşdırılandan sonra yaxşı saxlanır və gəmiricilər tərəfindən zədələnmir.
1 litr hesabı ilə şaxa çiləyirlər. Çiləməni tutqun havada günün birinci yarısında aparmaq daha yaxşıdır.
Kolorado böcəyinin əleyhinə bitoksibatsilin preparatını necə istifadə etməli? Bitoksibatsilin bioloji preparatdır (islatmaq tozudur). Otaq temperaturu şəraitində onun 50-80 q-nı 10 litr suda həll edirlər. Məhlulu kartof şaxına 6-7 gün fasilə ilə, süfrələrin kütləvi surətdə görünməsi zamanı çiləyirlər.
Xəstəlik aşağı yarpaqlardan başlayır, bu zaman onlar nəinki tunc rəngi alır, həm də qırışlı olur. Bu hadisənin qarşısını almaq
üçün, onun ilk əlamətlərində kartofa kalium-sulfat, yaxud xlorlu kalium ilə 1 metrə 2 xörək qaşığı hesabı ilə, yaxud lm2-ə 2 stəkan ağac külü hesabı ilə əlavə yemləmə vermək lazımdır. Gələn il yazda sahəyə kartof əkini üçün belləmə aparanda bu gübrələrdən verilməlidir.
Kartof neçə ay saxlanıla bilər? Normal şəraitlərdə yumrular 6-7 ayadək saxlanır, lakin 9 aya qədər də saxlana bilər.
Qazılaraq çıxarılmış yumrular günəş altında, küləkdə 30-40 dəqiqədən artıq qalmamalıdır, yoxsa saxlanma zamanı onların çürüməsi baş verə bilər.
Mikayıl Xubalıyev, özəl məsləhətçi