Bazarı öyrənmək kimə lazımdır?

Bazarı öyrənmək kimə lazımdır?

Bazarı öyrənmək kimə lazımdır?

Bazarın sərbəst tədqiqatı. Yeniliklər, təcrübələr və hər cür dəyişikliklərə bələd olan fermerlərin əksəriyyəti istehsalda, məhsulun satılmasında və idarəetmədə öz strategiyalarını dəyişirlər. Son bir neçə ildə yeni bazarlara və kənd təsərrüfatının idarə olunmasının qeyri-ənənəvi üsullarına marağın səviyyəsi xeyli yüksəlmişdir. Bu onunla əlaqədardır ki, fermerlər öz gəlirlərini artırmağın yeni yollarını axtarırlar. Maraqlıdır, çox vaxt insanlar hər şeyi diqqətlə ölçüb-biçmədən yeni biznesə qoşulurlar. Təəssüf ki, onların bir çoxu bütün imkanlarını tamamilə boş yerə sərf edib qurtarır, onlardan daha yaxşı istifadə etmə yollarını tapa bilmirlər. Onların bir çoxu bilmirlər ki, qabaqcadan planlaşdırmaya sərf etdikləri vaxt öz təsərrüfatlarının müvəffəqiyyəti üçün edə bildikləri ən yaxşı hədiyyədir. Ola bilər ki, yeni sahibkarlığın inkişafında ən çətin həll olunan problem istehlak bazarının tədqiq edilib qiymətləndirilməsidir. Bazar tədqiqatının iki məqsədi vardır:
l) Satışların həcminin və məhsulun qiymətlərinin planlaşdırılması. Bunları siz müəyyənləşdirə bilərsiniz. Bu məlumat müəssisənin gəlirliliyini və mümkün olan cari xərcləri təhlil etmək üçün sizə lazımdır.
2) Potensial alıcılar və rəqiblər barədə məlumat toplanması. Bu məlumat bazar strategiyasının hazırlanmasında sizə kömək edəcəkdir.
Bazar tədqiqatı prosesində cavab alınması zəruri olan mühüm suallara aşağıdakılar aiddir:

  • Həmin ərazi çərçivəsində hazırkı vaxtda həmin məhsula (xidmətə) bazarın hansı tam həcmi mövcuddur?
  • Bu bazara nə qədər rəqiblər vardır? Onların hansı güclü və zəif cəhətləri var? Onlar hansı tip alıcılara xidmət göstərirlər?
  • Bu cür keyfiyyətə malik məhsulun qiyməti necə ola bilər?
  • İstehlak hərəkatında,rəqabətdə və qiymət yaranmasında hansı meyilləri görürsünüz?
  • Bu məhsulun, yaxud xidmətlərin alıcıları hansı xüsusiyyətlərə malikdir? Onların yaşı,gəlirlərinin səviyyəsi, yaşayış tərzləri necədir? Onlar nəyi və onu harada axtarırlar?
  • Potensial alıcıların tələbatlarını təmin etmək üçün sizin rəqiblərinizin işi ilə müqayisədə siz necə daha yaxşı iş görə bilərsiniz?
  • Siz hansı hissəni tuta bilərsiniz?

Bazar tədqiqatının texnologiyası. Bazar tədqiqatının iki əsas növü mövcuddur: ilkin və ikinci dəfə. İlkin tədqiqata istifadədən ötrü toplanan bütün məlumatlar aiddir. İkinci tədqiqat başqaları tərəfindən toplanmış və dərc olunmuş məlumatların öyrənilməsi deməkdir. Öz şansınızdan istifadə etməkdən ötrü sizə bazar tədqiqatının hər iki növü lazım olacaqdır.
İkinci tədqiqat mövcud məlumatlardan istifadə edilməsi bazar tədqiqatının ən asan və ən ucuz üsuludur. Bu tədqiqat prosesində aşağıdakı mühüm məlumat növləri əldə olunur:
l)Əhalinin sayı və demoqrafik müxtəlifliyi (həmin coğrafi ərazidə yaşayan adamların müxtəlif kateqoriyaları, yaş göstəriciləri, təhsil səviyyəsi və s.) haqda məlumatlar. Bu, bazarın ümumi həcmini, alıcılarınız ola biləcək adamların miqdarını və tipini müəyyənləşdirmək üçün vacibdir. Sizin rayonun demoqrafik meyilləri də təhlil oluna bilər.
2)Sizin yerin, yaxud rayonun iqtisadi inkişafı barədə məlumat adətən asan əldə edilə bilir. Bu məlumat rayonda hansı miqdarda müxtəlif növ müəssisələr, köməkçi xidmətlər,kredit mənbləri, sizin bazar strategiyanıza təsir edə biləcək bu və digər normativlər olduğunu müəyyənləşdirmək üçündür.
3)Bəzən sizin məşğul olmağa hazırlaşdığınız məhsul istehsalı, yaxud xidmətlər barədə məlumatlar tapmaq mümkündür. Bu məlumat həmin məhsulun (xidmətin) mövcud istehsal səviyyəsini sizə göstərə bilər. Lakin, əgər sizin ideyanız təzədirsə və sizin regionda geniş yayılmış mala bağlı deyildirsə, belə məlumat çox az ola bilər.
İstehlakçılar barədə məlumatlar alıcılar tərəfindən həmin malın, yaxud xidmətin əldə olunma səviyyəsini göstərir. Yenə də, sizin konkret müəssisəniz üçün gərəkli məlumat olmaya bilər. İkinci tədqiqatda ən çətin məqam lazımi məlumatın harada axtarılmasını müəyyənləşdirməkdir.

İlkin tədqiqat (onu özünüz aparın). İkinci tədqiqat məlumatlarından istifadə etməklə bütün suallara cavab tapmaq mümkün olmadığına görə ilkin bazar tədqiqatı da aparılmalıdır. İlkin tədqiqat tamamilə yeni müəssisə planlaşdırılan və bu haqda sizin rayonda tam bazar məlumatı olmayan hallarda xüsusilə vacibdir.
1)        Müşahidə. Bu, bazar vəziyyətinə aid olan əşya və hadisələrin miqdarını (məsələn: fermadan 50 km aralı radiusda yolətrafı satış nöqtələrinin miqdarı, onların yerləşməsi, malların çeşidi, saat ərzində alıcıların sayı, nəqliyyat axınının səviyyəsi, müxtəlif vaxtlarda və həftənin müxtəlif günlərində bu nöqtələrin yanından keçən nəqliyyat vasitələrinin miqdarı və s.) hesablamaqdan ibarətdir.
2)        Yazılı sorğular. Potensial alıcılardan məlumat almaq üçün istifadə edilir. Sorğu vərəqi çox diqqətlə tərtib olunmalı və onun yayılması yaxşı planlaşdırılmalıdır ki, xeyirli məlumat toplansın.
3)        Telefon sorğuları getdikcə daha çox kütləvi şəkil alır. Yaxşı telefon sorğusu ilə nisbətən ucuz üsulla zəngin məlumat toplana bilər. Cavabları ən səmərəli üsulla qeyd etməkdən ötrü zəng etməmişdən qabaq müəyyən anket forması hazırlanmalıdır.
4)        Şəxsi söhbət olduqca məlumatlı ola bilər və məhdud miqdarda potensial alıcılarla iş zamanı əlverişlidir.
5)        Marketinq yoxlaması məhsulun, yaxud xidmətin potensial satışım qiymətləndirmək üçün məhdud sayda adama təklif etməkdən ibarətdir. Bu üsul məhsul yeni olanda və alıcıların əksəriyyətinə məlum olmadıqda xüsusilə vacibdir.
Başlamazdan əvvəl öz bazar tədqiqatı strategiyanızı planlaşdırın. Əgər planınız büdcənizə cavab verirsə, deməli, onu həyata keçirməyə hazırsınız.

Məmmədəli Əlinağıyev,
özəl məsləhətçi

Top