Nəzir və əhd hökmləri

Nəzir və əhd hökmləri

Məsələ 2649: Nəzir, insanın Allah rizası üçün, xeyir bir iş etməyi ya da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir.
Məsələ 2650: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» deyərsə, nəziri səhihdir.
Məsələ 2651: Nəzir edən, gərək həddi-buluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla nəzir etməlidir. Buna görə də, icbari və ya əsbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir edərsə, səhih deyildir.
Məsələ 2652: Malını boş yerə xərcləyən səfeh bir şəxs, əgər fəqirə bir şey verməyi nəzir edərsə, səhih deyildir. Həmçinin müflis olmuş bir şəxs, məsələn; istifadə edilməsi qadağan olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzir edərsə, səhih deyildir.
Məsələ 2653: Ərinin icazəsi olmadan, qadının ərinin haqqına zidd olan hallarda, nəzir etməsi səhih deyildir. Həmçinin ərinin izni olmadan, həcc, zəkat, sədəqə, ata-anaya ehsan etmək və siləyi-ərhamdan başqa, qadının öz malından nəzir etməsi, mübahisəlidir.
Məsələ 2654: Əgər qadın ərinin icazəsi ilə nəzir edibsə, əri onun nəzirini poza bilməz və onu nəzir etməkdən çəkindirə bilməz.
Məsələ 2655: Əgər uşaq, istər atasından icazəsiz, istərsə də icazəli bir nəzir edərsə, gərək nəzirinə əməl etsin. Amma əgər, ata ya anası artıq o işin ona nisbət üstünlüyü qalmayacaq şəkildə çəkindirərlərsə, etdiyi nəzir pozulur.
Məsələ 2656: İnsan, ancaq özü üçün mümkün olan bir işdə nəzir edə bilər. Buna görə də, əgər Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzir edərsə, onun nəziri səhih deyildir.
Məsələ 2657: Əgər haram və ya məkruh bir işi etməyi ya da vacib və ya müstəhəbb bir işi tərk etməyi nəzir edərsə, onun nəziri səhih deyildir.
Məsələ 2658: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəzir edərsə, əgər o işi etmək və etməmək hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Amma əgər onu etmək bir cəhətdən daha yaxşı olsa və insan da o cəhətdən nəzir edərsə, məsələn; ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzir edərsə, nəziri səhihdir. Həmçinin onu tərk etmək bir cəhətdən daha yaxşı olarsa, insan da o cəhətdən onu tərk edərsə, məsələn; zərərli olduğu üçün siqaret çəkməməyi nəzir edərsə, nəziri səhihdir. Amma əgər sonradan siqareti tərk etməyi ona zərərli olarsa, nəzir batil olur.
Məsələ 2659: Öz vacib namazını, namazın savabını artırmayan bir yerdə, məsələn; bir otaqda qılmağı nəzir edərsə, əgər orada namaz qılmaq bir cəhətdən daha yaxşıdırsa, məsələn; tənha olmaq vasitəsilə insan hüzuru-qəlb (taparsa, o da bu cəhətdən nəzir edibsə, nəzir səhihdir.
Məsələ 2660: Əgər bir işi görməyən nəzir edərsə, gərək onu nəzir etdiyi şəkildə etsin. Buna görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı ya da ayın əvvəlinin namazını qılmağı nəzir edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə, kifayət deyildir. Həmçinin «xəstəm sağalarsa, sədəqə verəcəyəm» deyə nəzir edibsə, xəstəsi sağalmazdan əvvəl sədəqəni verərsə, kifayət etməz.
Məsələ 2661: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini müəyyən etməsə, iki rükət namaz qılsa, kifayətdir. Əgər sədəqə verməyi nəzir etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» — deyiləcək miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə yetirməyi nəzir edərsə, bir namaz qılıb və ya bir oruc tutub ya da bir sədəqə verərsə, nəzirini yerinə yetirmiş olar.
Məsələ 2662: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını, əlavə olaraq kəffarəsini də versin. Sonradan deyiləcək qaydada, əzhər budur ki, onun kəffarəsi andı pozmağın kəffarəsi ilə eynidir. Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, bir yerdə qalmaq qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən ya xəstəlik və ya heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, lazımdır ki, o gününün qəzasını tutsun, amma kəffarəsi yoxdur.
Məsələ 2663: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, gərək kəffarə versin.
Məsələ 2664: Bir işi müəyyən bir vaxta qədər tərk etməyi nəzir edərsə, vaxt keçdikdən sonra o işi edə bilər. Əgər vaxtı keçməzdən qabaq unutqanlıq və ya çarəsizlik üzündən o işi edərsə, ona bir şey vacib olmaz. Fəqət yenə də, o işə o vaxta qədər əməl etməsin və ikinci dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz olaraq o işi edərsə, gərək kəffarə versin.
Məsələ 2665: Bir şəxs, bir əməli tərk etməyi nəzir etsə və onun üçün müəyyən bir vaxt təyin etməsə, əgər unutqanlıq, çarəsizlik və ya bilməməzlik üzündən o əməli edibsə, ona bir şey vacib olmaz. Amma sonradan onu öz ixtiyarı ilə edərsə, gərək kəffarə versin.
Məsələ 2666: Hər həftə müəyyən bir gündə, məsələn; cümə günü, oruc tutmağı müəyyən edərsə, əgər cümə günlərində birisi Ramazan və ya Qurban bayramı gününə düşərsə ya cümə günü səfər və ya heyz kimi oruc tutmasına mane olan bir üzrü olarsa, o gün oruc tutmamalı və onun qəzasını tutmalıdır.
Məsələ 2667: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə verməzdən qabaq ölərsə, onun malından o miqdarı sədəqə vermək lazım deyildir. Amma daha yaxşı odur ki, varislərdən həddi-buluğa çatanı o miqdarı öz payından meyitin adından versin.
Məsələ 2668: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir edərsə, onu başqa bir fəqirə verə bilməz. Əgər o fəqir ölərsə, müstəhəbb-ehtiyat odur ki, onun varisinə versin.
Məsələ 2669: İmamlardan birini ziyarət etməyi nəzir edərsə, məsələn; Həzrət Əbu Əbdullahın (ə.s.) ziyarətini nəzir edərsə, başqa bir imamın ziyarətinə getmək, kifayət etməz. Amma əgər bir üzr səbəbindən o imamın ziyarətinə gedə bilməsə, ona bir şey vacib olmaz.
Məsələ 2670: Ziyarətə getməyi nəzir edən şəxs, ziyarət qüslünü və namazını qılmağı nəzir etməyibsə, onları yerinə yetirmək lazım deyildir.
Məsələ 2671: Əgər bir şəxs, imamlardan birinin hərəmi üçün bir şey nəzir etsə və müəyyən bir məbləği xərcləməyi nəzərində tutmasa, gərək onu hərəmin təmirində, işıqlandırılmasında, döşənmə və bu kimi işlərdə xərcləsin.
Məsələ 2672: İmamın (ə.s.) özü üçün bir şey nəzir edib müəyyən bir məbləği qəsd edərsə, gərək ona sərf etsin. Amma müəyyən bir məbləğ qəsd etməyibsə, imam nisbəti olan bir məsrəfə xərcləməlidir, məsələn; İmamın fəqir ziyarətçilərinə və ya İmamın hərəminə ya da İmamın adının daha da ucalmasına səbəb olan işlərə xərcləməlidir. İmamların övladları üçün də bir şey nəzir edərsə, hökm eynidir.
Məsələ2673: Sədəqə və ya İmamlardan biri üçün nəzir edilmiş qoyun, nəzirə sərf edilməzdən əvvəl süd versə və ya doğarsa, ümumi qəsd etməyibsə, nəzir edən şəxsin malıdır. Amma qoyunun yunu və kökələn miqdarı nəzirə aiddir.
Məsələ 2674: Əgər xəstəsinin sağalması və ya səfərdə olanı qayıtması üçün bir iş etdiyini nəzir edərsə, sonradan xəstənin nəzir etməzdən əvvəl sağaldığı və ya səfərdə olanın nəzirdən əvvəl qayıtdığı məlum olarsa, nəzirə əməl etməyi lazım deyildir.
Məsələ2675: Əgər ata ya ana, qızını Seyid olan bir şəxslə evləndirməyi nəzir edərsə, qız mükəlləf olduqdan sonra, ixtiyar qızın öz əlindədir və onların nəzirinin etibarı yoxdur.
Məsələ 2676: Əgər bir şəxs, şəri olan hacətinə çatarsa, bir işi etməyi Allahla əhd etsə, hacətinə çatmış olsa, gərək o işi etsin. Həmçinin bir hacəti olmadan bir işi görməyi əhd edərsə, o işi etmək ona vacib olar.
Məsələ 2677: Əhddə də, nəzirdə olduğu kimi, gərək əhd oxunsun. Məşhur odur ki, edilməsi əhd olunan iş ya vacib və müstəhəbb namaz kimi ibadət olmalı ya da şərən edilməsi daha yaxış bir iş olmalıdır. Amma zahir budur ki, o iş mötəbər deyildir. Hətta 2680-ci məsələdə and içilən işi üçün deyiləcək halda olsa da, əhdi səhihdir və gərək o işi etsin.
Məsələ 2678: Əgər öz əhdinə əməl etməsə, gərək kəffarə versin. Yəni, ya altmış fəqiri doydurmalı və ya iki ay ardıcıl oruc tutmalı ya da bir qul azad etməlidir.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top