İslamda yemək qəbulu

İslamda yemək qəbulu

Məsələ 2645: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
  1. Yeməkdən qabaq hər iki əli yumaq.
  2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
  3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.
  4. Yeməyə başlayanda «Bismillah» desin. Amma əgər süfrədə bir neçə cür yemək olsa, onların hər birini yeməyə başlayanda «Bismillah» deməsi müstəhəbbdir.
  5. Yeməyi sağ əli ilə yemək.
  6. Üç barmaq ya çox barmaqla yemək yemək; İkinci barmaqla yemək yeməsin.
  7. Əgər neçə nəfər süfrə başında otursalar, hər kəs öz qabağındakı yeməkdən yesin.
  8. Tikəni kiçik götürsün.
  9. Süfrə başında çox otursun və yeməyi uzatsın.
  10. Yeməyi yaxşı çeynəsin.
  11. Yeməkdən sonra Allaha həmd etsin.
  12. Barmaqlarını yalasın.
  13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan çubuğu, qamış və xurma ağacının yarpağı ilə təmizləməsin.
  14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər biyabanda yemək yeyirsə, müstəhəbbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın.
  15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün ortasında yemək yeməsin.
  16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun.
  17. Yeməyin əvvəlində və axırında duz yesin.
  18. Meyvəni yeməmişdən qabaq su ilə yusun.
 

YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 2646: Yemək yeyərkən bir neçə şey məkruhdur:
  1. Tox olduğu halda yemək yemək.
  2. Çox yemək; Hədislərdə Allahın hər şeydən çox, dolu qarından acığı gəldiyi nəql olunmuşdur.
  3. Yemək yeyərkən başqalarının üzünə baxmaq.
  4. İsti xörək yemək.
  5. İçdiyi ya yediyi bir şeyi üfürmək.
  6. Süfrəyə çörək qoyduqdan sonra başqa bir şeyi gözləmək.
  7. Çörəyi bıçaqla kəsmək.
  8. Çörəyi qabın altına qoymaq.
  9. Sümüyə yapışmış əti onda heç nə qalmayacağı şəkildə təmizləmək.
  10. Qabıqlı yeyilən meyvənin qabığını soymaq.
  11. Meyvəni yarımçıq yeyib tullamaq.
 

SU İÇMƏYİN QAYDALARI


Məsələ 2647: Su içməyin bir neçə qaydası vardır:
  1. Suyu sovurub içmək.
  2. Gündüz ayaqüstü su içmək.
  3. Suyu içməmişdən qabaq «Bismillah», sonra isə "Əlhəmdulil-lah" demək.
  4. Üç nəfərə su içmək.
  5. Suya meyli olanda su içmək.
  6. Su içəndən sonra İmam Hüseyn (ə.s.) və onun əhli-beytini yad etmək və onun qatillərinə lənət etmək.
Məsələ 2648: Suyu çox yağlı xörəkdən sonra və gecə ayaq üstə içmək məkruhdur. Suyu sol əli ilə həmçinin qabın sınıq yerindən və onun dəstəsi olan yerindən içmək məkruhdur.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top