Məsələ 2452: Zövcəsi olmaması səbəbi ilə harama düşəcək olan şəxsin evlənməsi vacibdir.
Məsələ 2453: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, qadın bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən ala bilər.
Məsələ 2454: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya girmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.
Məsələ 2455: Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd səhihdir, amma gərək mehri versin.
Məsələ 2456: İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki qisimdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir.
Məsələ 2457: Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, onun əqdi batil olar. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya kiçik yaşda olursa, hökm eynidir. Amma əgər qadın heyz görən qadınların yanında olsa, talaq hökmlərində deyiləcək qayda ilə iddə saxlasın. Məşhur odur ki, əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır və bu hökm dəlilsiz deyildir. Hərçənd yaxşısı budur, ehtiyata əməl etmək tərk olunmasın. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur.
Məsələ 2458: Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və gərək qadın talağın hökmlərində deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın.
Məsələ 2459: Əgər kişi əqddən sonra milli mürtəd olsa, onun əqdi batil olar. Belə ki, arvadı ilə yaxınlıq etməyibsə və arvadı yaisə olsa və ya kiçik yaşlı olsa, iddəsi yoxdur. Əgər yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yanında olsa, gərək o qadın talaq hökmlərində deyildiyi kimi, talaq iddəsi qədərində iddə saxlasın. Məşhur odur ki, əgər iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar. Bu hökm dəlilsiz də deyil. Əlbəttə, ehtiyata əməl etmək daha yaxşıdır.
Məsələ 2460: Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın.
Məsələ 2461: Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı əri o qızı bu qadından olmayan oğlu ilə evləndirə bilər, həmçinin oğluna aldığı qızın anası ilə evlənə bilər.
Məsələ 2462: Əgər bir qadın zinadan hamilə olsa, onun üçün uşağı saldırmaq caiz deyildir.
Məsələ 2463: Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, belə ki, onu əqd etsə və onların uşağı olsa, o surətdə ki, bilməsələr halal nütfədəndir ya haram, o uşaq halalzadədir.
Məsələ 2464: Əgər kişi qadının iddədə olmasını bilməsə, onunla izdivac etsə, belə ki, qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir. Şərən hər ikisinin uşağıdır. Amma əgər qadın iddədə olduğunu və iddədə izdivacın caiz olmadığını bilirdisə, şərən uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi, bir-birilərinə haram olurlar.
Məsələ 2465: Əgər qadın desə ki, «yaisəyəm», gərək onun sözü qəbul olunmasın. Amma desə ki, ərim yoxdur, onun sözü qəbul olunar. Fəqət yalan danışmaq ehtimalı varsa, bu halda ehtiyat odur ki, onun vəziyyəti araşdırılsın.
Məsələ 2466: İnsan əri olmadığını deyən qadın ilə izdivac etsə və sonradan bir şəxs, o qadının onun arvadı olduğunu iddia edərsə, belə ki, şərən o şəxsin sözlərinin doğru olduğu isbat olmazsa, gərək onun sözü qəbul olunmasın.
Məsələ 2467: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra bilməz. Uşağı yeddi yaşına qədər anasından ayırmamaq ehtiyata daha uyğundur.
Məsələ 2468: Əgər qızın dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun rədd olunmaması daha yaxşıdır. Həzrəti Rəsulullahdan (s) rəvayət olunmuşdur ki: «Elçiliyə gələn kimsənin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar».
Məsələ 2469: Əgər qadın öz mehrini ərinə sülh etsə ki, başqa arvad almasın, vacibdir ki, əri başqa arvad almasın və qadının mehri almaq haqqı yoxdur.
Məsələ 2470: Zinadan dünyaya gəlmiş kəs əgər arvad alsa və uşağı olsa, o uşaq halalzadədir.
Məsələ 2471: Əgər kişi Ramazan ayının orucunda ya qadının heyzli halında onunla yaxınlıq etsə, günah etmişdir. Amma əgər onlardan uşaq olsa, halalzadədir.
Məsələ 2472: Ərinin səfərdə ölməyinə yəqin olan qadın vəfat iddəsindən sonra (onun müddəti talaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci ərindən ayrılsın və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq edibsə, gərək qadın iddə saxlasın. İkincinci ər gərək onun mehrini mislində olan qadınlar kimi versin, amma iddənin xərci yoxdur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri