Ariyə

Ariyə

Məsələ 2353: Ariyə odur ki, insan öz malını digərlərin istifadə etmək üçün versin və əvəzində heç nə almasın.
Məsələ 2354: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.
Məsələ 2355: Qəsb edilmiş bir şeyi və ya mənfəətini başqasına tapşırdığı malını (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur.
Məsələ 2356: İnsan, mənfəəti özünə aid olan bir şeyi, məsələn; kirayələdiyi bir şeyi, ariyə verə bilər. Amma ehtiyata əsasən, onun sahibinin razılığı olmadan onu o şəxs ki, ariyə etmişdir, verə bilməz.
Məsələ 2357: Əgər uşaq dəli, müflis və ya səfeh öz malını ariyə verirsə, düz deyildir, amma əgər vəlisi məsləhət bildiyi surətdə o kəsin malını ki, ona vilayəti var, ariyə versə, eybi yoxdur. Həmçinin uşağın, malı ariyə edənə çatdırması, işkalsızdır.
Məsələ 2358: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və onun istifadəsində həddini aşmasa, təsadüfən o şey xarab olsa, zamin deyil. Amma əgər şərt etsələr ki, əgər ariyə edilmiş şey xarab olsa, zamin olsun ya ariyə edilmiş şey qızıl və gümüş olsa, gərək onun əvəzi verilsin.
Məsələ 2359: Əgər qızıl və gümüş ariyə etsə və şərt etsə ki, əgər tələf olsa, zamin deyil, əgər tələf olarsa, zamin deyildir.
Məsələ 2360: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2348-ci məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir.
Məsələ 2361: Əgər ariyə verən, şərən öz malını istifadə etməyi bacarmasa, məsələn; dəli və ya huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2371-ci məsələdə açıqlanan hökmə görə əməl etməlidir.
Məsələ 2362: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da istədiyi vaxt ariyəni poza bilər.
Məsələ 2363: İstifadəsi halal olmayan bir şeyi məsələn; əyləncə, qumar alətləri, yeməkdə və içməkdə istifadə olunan gümüş qabların (hətta lazım ehtiyata əsasən, bütün istifadələrdə də), ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməyə icazə verilir, ehtiyat onu tərk etməkdədir.
Məsələ 2364: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək düzdür.
Məsələ 2365: Əgər ariyə etdiyi bir şeyi sahibinə ya onun vəkil və ya vəlisinə versə və sonra o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma əgər malın sahibindən ya onun vəkil və ya vəlisindən icazəsiz sahibi adətən apardığı bir yerə apararsa, məsələn, atı sahibi at üçün düzəltdiyi tövləyə apararsa, və sonra tələf olarsa ya bir kəs onu tələf edərsə, zamindir.
Məsələ 2366: Əgər nəcis bir şeyi ariyə versə, gərək bir 2065-ci məsələdə deyildiyi vəziyyətdəki kimi, onun nəcis olduğunu ariyə edən şəxsə deməlidir.
Məsələ 2367: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə bilməz.
Məsələ 2368: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur.
Məsələ 2369: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması lazımdır; ariyəyə vermiş şəxsə geri verə bilməz.
Məsələ 2370: Əgər qəsbi bildiyi bir malı ariyə edib, ondan istifadə etsə və onun əlində itsə, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz.
Məsələ 2371: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində itsə, belə ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə bilər. Amma əgər ariyə etdiyi şey qızıl və gümüş olsa ya ariyə verən onun ilə şərt etmiş olsa ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə verəndən tələb edə bilməz.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top