Məsələ 2298: Əgər insan öz tələbkarına alacağını başqasından alması üçün həvalə edər və alacaqlı olan da qəbul edərsə, həvalə işi sonradan deyiləcək şərtlərə uyğun olaraq gördüyü təqdirdə, həvalə edilən şəxs borclu olur. Bu halda alacaqlı olan şəxs, alacağını birinci borcludan istəyə bilməz.
Məsələ 2299: Borclu, alacaqlı və həvalə olunmuş şəxslərin mükəlləf, ağıllı, məcbur olunmamaları və səfeh olmamaları lazımdır. Həmçinin borclu və tələbkarın müflis olmamaları mötəbərdir.
Məsələ 2300: Borclu olmayan adama həvalə etmək, o qəbul etmədiyi halda səhih deyildir. Yenə əgər insan bir şeyi borclu olan bir adama başqa bir şey həvalə edərsə, məsələn; bir kəsə ki, arpa borcludur, buğda həvalə versə, o qəbul etməyincə həvalə səhih deyildir. Həvalə olunan bütün yerlərdə gərək bir kəs ki, ona həvalə olunur, qəbul etsin və əgər qəbul etməsə, əzhərə əsasən həvalə səhih deyildir.
Məsələ 2301: İnsan həvalə verdiyi zaman borclu olmalıdır. Belə olan halda əgər bir şəxsdən borc almaq istəsə, ondan borc almayınca, o şəxsi sonradan borc olaraq verəcəyi şeyi alması üçün başqa bir şəxsə həvalə edə bilməz.
Məsələ 2302: Həvalə verən və tələbkar gərək həvalənin miqdarını və onun cinsini bilsinlər, bir kəs əgər məsələn; on batman buğda və on manat pul bir nəfərə borclu olsa və ona desə ki, öz iki tələbindən birini filankəsdən al və onu müəyyən etməsə, həvalə düz deyildir.
Məsələ 2303: Əgər borc həqiqətən müəyyən olsa, amma borclu və tələbkar həvalə verən anda onun miqdarını ya cinsini bilməsələr, həvalə düzdür. Məsələn; əgər bir kəsin tələbi dəftərdə yazılmış olsa və dəftəri görməzdən qabaq həvalə verərsə və sonra dəftəri görər və tələbkar da öz tələbinin miqdarını deyərsə, həvalə düz olur.
Məsələ 2304: Həvalə verilən adam fəqir olmasa və həvaləni qaytarmaqda səhlənkarlıq etməsə də, tələbkar həvaləni qəbul etməyə bilər.
Məsələ 2305: Əgər həvalə verənə borclu olmayan bir şəxs, həvaləni qəbul etsə, əzhər odur ki, həvaləni qaytarmazdan qabaq da həvalənin miqdarını həvalə verəndən ala bilər. Amma əgər ona həvalə olunan borc miqdarı olur və onun vaxtı da hələ tamam olmamış olursa, onu ödəniş alsa belə, vaxt tamam olmazdan qabaq həvalə miqdarını həvalə edəndən istəyə bilməz, hərçənd onu hazırlamış olsa belə. Yenə əgər tələbkar tələbini az bir miqdar üzərindən sülh edərsə, o təkcə o qədəri həvalə edən kimsədən tələb edə bilər.
Məsələ 2306: Həvalə işi tamamladıqdan sonra, həvalə edən və həvalə olunmuş şəxs həvaləni poza bilməzlər. Əgər həvalə olunmuş şəxs, həvalə olunan vaxt fəqir olmazsa, sonradan fəqir olsa belə, alacaqlı da həvaləni poza bilməz. Yenə əgər həvalə olunan vaxt fəqir olar, amma alacaqlı fəqir olduğunu bilərsə, yenə də həvaləni poza bilməz. Amma əgər fəqir olduğunu bilməzsə və sonradan öyrənərsə, əgər o zaman imkanlı olmuşdursa, həvaləni pozub alacağını həvalə verəndən ala bilər. Amma əgər o zaman imkanlı olmuşdursa, müamiləni pozmaq haqqına sahib olduğu məlum deyildir.
Məsələ 2307: Əgər borclu, tələbkar və həvalə olunan ya onlardan biri həvaləni pozmaqdan ötrü haqqı olmasını qərar qoysa, qoyduqları qərara əsasən həvaləni poza bilərlər.
Məsələ 2308: Həvalə verən özü tələbkarın tələbini versə, belə ki, ona həvalə olunmuş şəxsin xahişi ilə olsa və həvalə verənin borclusu olsa, verdiyi şeyi ondan ala bilər. Amma əgər onun istəyi olmadan ödəyərsə və ya həvalə edənə borclu olmazsa, verdiyi şeyi ondan istəməyə haqqı yoxdur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri