Musaqat və muğarisə

Musaqat və muğarisə

Məsələ 2246: Əgər insan bir şəxs ilə belə qərar qoysa ki, meyvələri onun malı olan ya meyvələri onun ixtiyarında olan ağacları müəyyən bir müddətə qədər o şəxsə həvalə edə ki, onları bəsləsin, suvarsın və əvəzində meyvələrdən qərar qoyduqları qədərini özü üçün götürsün, bu müamiləyə musaqat deyilir.
Məsələ 2247: Musaqat müamiləsi, meyvə verməyən ağaclar da, o surətdə ki, başqa məhsulu olsa, yarpağından istifadə olunan xına ağacında olduğu kimi yarpaq və gülünün etina edilən dəyəri olsa, səhihdir.
Məsələ 2248: Musaqat müamiləsində siğə oxumaq lazım deyil, hətta əgər ağacın sahibi musaqat qəsdi ilə ağacı həvalə etsə və işləyən kəs işə məşğul olmaq qəsdi ilə işləsə, müamilə düzdür.
Məsələ 2249: Malik və ağaclara qulluq etməyi öhdəsinə götürən kəs gərək mükəlləf və aqil olsunlar və onları bir kəs bu işə məcbur etməsin və həmçinin gərək səfeh olmasınlar, yəni öz malını bihudə yerdə xərcləməsinlər. Həmçinin malik müflis olmasın, amma əgər bağban müflis olsa, musaqat işi istifadəsinə icazə verilməyən mallardan istifadə etməsi lazım olmadığı halda eybi yoxdur.
Məsələ 2250: Musaqat müddətinin məlum olması və bu müddətin məhsulun ələ gəlməsinin mümkün olacağı miqdarda olması lazımdır. Əgər onun əvvəlini müəyyən edib, sonunda məhsulun ələ gəldiyi zaman olaraq qərarlaşdırarlarsa, səhihdir.
Məsələ 2251: Gərək hər birinin payı məhsulunun yarısı ya üçdə biri və s. olsun. Əgər məsələn; meyvələrdən 100 batman malikin malı və qalanı işləyənin malı olsun deyə, qərar qoysalar, müamilə batildir.
Məsələ 2252: Lazım deyil musaqat müamiləsinin qərarını məhsulun zahir olmasından qabaq qoysunlar, məhsulun zahir olmasından sonra belə qoyulsa, məhsulun artması və daha yaxşı olması ya da bəlalardan sağlam qalması üçün görülməsi lazım olan bir iş qalmışsa, müamilə səhihdir. Amma əgər bu cür iş qalmayıbsa, baxmayaraq ki, ağaca lazım olan suvarma və ya meyvələri yığma ya da onları saxlama işi kimi bir iş qalsa belə, müamilənin səhih olması şübhəlidir.
Məsələ 2253: Daha aydın dəlilə əsasən yemiş, xiyar və bunun kimi şeylərin kollarından musaqat müamiləsi səhihdir.
Məsələ 2254: Yağış suyundan ya yerin rütubətindən istifadə edən və suvarmağa da ehtiyacı yoxdursa, 2252-ci məsələdə deyilən işlər kimi digər işlərə ehtiyacı olarsa, onun üzərində musaqat müamiləsi səhihdir.
Məsələ 2255: Musaqat edən iki nəfər bir-birinin razılığı ilə müamiləni poza bilərlər. Həmçinin bir musaqat qərarında şərt etsələr ki, əgər ikisinin ya birinin müamiləni pozmaq haqqı olsun, qərar qoyduqlarına uyğun müamilənin pozmağın eybi yoxdur. Əgər musaqat müamiləsində bir şərt etsələr və o şərtə əməl olunmasa, onun xeyrinə şərt qoyulmuş şəxs müamiləni poza bilər.
Məsələ 2256: Əgər malik ölsə, musaqat müamiləsi pozulmaz və vərəsəsi onun yerində olacaq.
Məsələ 2257: Əgər ağacların qulluğu ixtiyarında olan kəs ölsə, belə ki, əqddə ancaq özü qulluq etməsini şərt etməsələr, vərəsəsi onun yerində olacaq, belə ki, vərəsə əməli yerinə yetirməsə və əcir tutmasa, şəriət hakimi meyitin malından əcir tutar və məhsulu meyitin vərəsəsi ilə malik arasında bölər. Əgər müamilədə qərar qoysalar ki, ancaq o özü ağaclara qulluq etsin, o ölməklə müamilə pozulur.
Məsələ 2258: Əgər məhsulun hamısının malikin malı olacağı şərt qoyulmuşdursa, musaqat batildir. Bu halda meyvə malikin malı olar və işləyən kəs ücrət tələb edə bilməz. Amma əgər musaqat başqa cəhətə batil olsa, malik gərək suvarma və başqa işlərin muzdunu adi miqdarda ağaclara qulluq edənə versin, amma əgər adi miqdar qərar qoyduqlarından çox olsa və onun da bundan xəbəri olmuş olsa, artıq vermək lazım deyil.
Məsələ 2259: Məhsulunda şərik olmaq məqsədilə tarlanı, ancaq əkməsi üçün bir başqasına həvalə etmək işinə muğarisə deyilir. Zahirə əsasən, bu müamilə səhihdir.
Hərçənd ki, ehtiyata əsasən tərk edilməlidir. Amma onun nəticəsinə çatmaq üçün elə bir müamilə edilə bilər ki, şübhəsiz səhih olsun. Məsələn; iki tərəf bu üsul ilə bir-biriylə sülh və saziş etsələr və yaxud tinglərdə şərik olsalar, sonra bağban özünü mülk sahibinə, onun da payını əkmək, bəsləmək, suvarmaqla müəyyən zaman müddətində yerin mənfəətinin yarısının müqabilində icarəyə versin.
 

ÖZ MALLARINDAN İSTİFADƏ ETMƏKDƏN MƏN EDİLMİŞ ŞƏXSLƏR


Məsələ 2260: Baliğ olmamış bir uşaq, kamilən müməyyiz olsa belə, şərən öz zimmətindən və ya malından istifadə haqqına malik deyildir. Bu halda həmçinin vəlinin icazəsi də faydasızdır. Amma bununla belə, bir neçə halda uşağın istifadə etməsi səhihdir. Keçən 2090-cı məsələdə qiymətsiz əşyaları alıb-satma və gələcək 2706-cı məsələdə onun qohumlarına bir şey vəsiyyət etməsi bu cümlədəndir. Baliğ olmaq, qız uşağında qəməri tarixi ilə 9 yaşı tamam olmaqla, oğlan uşağında isə bu üç şərtdən biriylə müəyyənləşir:
  1. Övrətinin yuxarısına qalın tüklərin çıxması
  2. Məninin xaric olması
  3. Qəməri ili ilə 15 yaşın tamam olması.
Məsələ 2261: Üzdə və dodaq üzərində qalın tük çıxmasının baliğ olma nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması və səsin qalınlaşması və buna bənzər şeylər, baliğ olma nişanəsi deyildir. Amma insan bunların vasitəsi ilə baliğ olmağını yəqin etsə, mükəlləf olur.
Məsələ 2262: Dəli insan öz malından istifadə edə bilməz. İflas edən, yəni tələbkarların tələbini dolayısıyla şəri tərəfindən öz malında istifadə etməkdən mən edilən kimsə də tələbkarların icazəsi olmazsa, ondan istifadə edə bilməz. Səfeh, yəni öz malını boş işlərə xərcləyən kimsə, vəlisinin icazəsi olmazsa, öz malından istifadə edə bilməz.
Məsələ 2263: Bəzən dəli, bəzən ağıllı olan bir şəxsin dəlilik zamanında malından etdiyi istifadə səhih deyildir.
Məsələ 2264: İnsan, ölməsinə səbəb olan bir xəstəliyə düçar olanda (ölüm xəstəliyində) malından istədiyi qədər özünə, uşaqlarına, qonaqlarına və israf sayılmayan işlərə xərcləyə bilər. Həmçinin əgər öz malını, öz qiymətinə satarsa və ya kirayə verərsə, eybi yoxdur. Amma əgər məsələn; öz malını bir kəsə bağışlasa və ya normal qiymətdən ucuz qiymətə satarsa, bağışladığı və ya ucuz satdığı miqdar onun malının üçdə biri qədər ya az olsa, onun istifadə etməsi səhihdir. Amma əgər üçdə birdən çox olarsa, varislər icazə verdiyi halda səhihdir. İcazə verməzlərsə, onun malının üçdə birindən çoxlu olan miqdardakı istifadəsi batildir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top