Şəriklik hökmləri

Şəriklik hökmləri

Məsələ 2150: İkinci nəfər, ortaq olan malları ilə ticarət edib əldə etdikləri qazancları aralarında bölməyi qərara alarlarsa və ərəbcə və ya başqa bir dildə şəriklik əqdini oxuyar ya da bir-birləri ilə şərik olmaq istədiklərini müəyyən edən bir iş görərlərsə, onların şərikliyi səhihdir.
Məsələ 2151: Əgər bir neçə nəfər öz işlərindən aldıqları pullarda şərik olsalar, məsələn; bir neçə dəllək bir-birləri ilə razılaşarlar ki, hər nə qədər gəlir götürsələr, birlikdə bölsünlər, bu şəriklik səhih deyildir. Amma əgər məsələn; müəyyən bir müddətə qədər hər birinin zəhmət haqqının yarısının əvvəlkinin zəhmət haqqının yarısı əvəzində müəyyən müddətə qədər onun olması üzrə bir-birilə danışıq (anlaşma) edərlərsə, bu anlaşma səhihdir və hər biri əvvəlki ilə onun aldığı qazancda şərik olurlar.
Məsələ 2152: Əgər iki nəfər bir-birilə şərik olsalar ki, hər birinin öz hesabına alıb, əvəzini özü borclu olduğu bir malda bir-birləri ilə hər birisinin aldığı maldan əldə edilən qazancda ortaq olmalarını qərarlaşdırarlarsa, bu şəriklik səhih deyildir.
Amma əgər hər biri digərinin borc olaraq aldığı şeydə onu da şərik etməyə vəkil edər, yəni hər ikisi də borclu olmaq üzrə o malı həm özü, həm də şəriki üçün alırsa, hər ikisi də o malda şərik olurlar.
Məsələ 2153: Şəriklik edərək bir-birləri ilə ortaq olan şəxslərin ağıllı və baliğ olmaları öz istək və iradələri ilə şərik olmaları və həmçinin öz malından istifadə haqqına sahib olmaları gərəkdir. Başqa sözlə səfeh (malını boş işlərə xərcləyən şəxs) öz malından istifadə etmə haqqına sahib olmadığından şərik olsa, səhih deyildir.
Məsələ 2154: Əgər şəriklik əqdində çalışan və digər şəriki ilə müqayisədə daha çox çalışan ya da işi o birinə görə daha əhəmiyyətli olan şəxsin daha çox qazanc götürməsini şərt qoyarlarsa, şərt qoyduqları miqdarı ona verməkləri gərəkdir. Həmçinin əgər çalışmayan və ya daha çox çalışmayan ya da işi o biri ilə müqayisədə daha əhəmiyyətli olmayan şəxsin daha çox qazanc almasını şərt qoyarlarsa, yenə də şərt səhihdir və şərt qoyduqları miqdarı ona verməlidir.
Məsələ 2155: Əgər qazancın hamısını sadəcə birisinin götürməsini və ya zərərin hamısını onlardan birinin üzərinə qoymalarını qərarlaşdırsalar, bu ortaqlığın səhih olması şübhəlidir.
Məsələ 2156: Əgər şəriklərdən birini mənfəətdən çox xeyir götürməsini şərt qoymamışlarsa, belə ki, şəriklərin sərmayələri eyni bərabərdirsə xeyir və zərəri eyni miqdarda paylaşmalıdırlar. Amma əgər sərmayələri eyni ölçüdə olmazsa, xeyir və zərəri də sərmayələrinə bərabər bölməlidirlər. Məsələn; şərik olan iki nəfərin birinin sərmayəsi digərinin sərmayəsindən iki qat çox olursa, ona düşən xeyir və zərər payı istər hər ikisi hər miqdarda çalışsın və ya biri az çalışsın ya əsla çalışmasın, o birinin payının iki qatı olur.
Məsələ 2157: Əgər şəriklik əqdində hər ikisinin birlikdə alış-veriş etmələrini və ya hər birinin tək başına müamilə etməsinin yaxud tək birinin müamilə etməsini ya da müamilə etmək üçün üçüncü bir şəxsin əcir tutulmasını şərt qoymuşlarsa, sözləşmələrinə görə əməl etmələri gərəkdir.
Məsələ 2158: Əgər sərmayə ilə hansının alış-veriş edəcəyini müəyyənləşdirməmişlərsə, onlardan heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz.
Məsələ 2159: Şirkətin sərmayəsinin ixtiyarı əlində olan şərik, şərikliyin şərtinə görə hərəkət etməlidir. Məsələn; əgər onunla nisyə alması, nağd satması və ya malı müəyyən bir yerdən alması qərarlaşdırılmışdırsa, bu şərtə görə əməl etməlidir. Amma əgər onunla bir qərar qoyulmamışsa, normaya görə müamilə etməli və şirkətin zərər etməyəcəyi alış-verişləri etməlidirlər. Ayrıca normanın əksinə olursa, müsafirlikdə şirkətin sərmayəsini öz yanında daşıya bilməz.
Məsələ 2160: Şirkətin sərmayəsi ilə alış-veriş edən şəxs, əgər onunla edilən şərtə zidd alış-veriş edər və ya onunla şərt kəsilməmiş olarsa və normanın əksinə müamilə edərsə, bu iki halda daha iki güclü görüşə görə müamilənin səhih olmasına baxmayaraq, bu müamilədən zərər edərsə və ya şirkətin malının bir miqdarı zay olarsa, şərtləşmənin və ya normanın əksinə hərəkət etmiş olan şərik buna zamindir.
Məsələ 2161: Şirkətin sərmayəsi ilə müamilə edən şərik, çox irəli getdiyi və sərmayənin mühafizəsində başısoyuqluq etmədiyi halda, təsadüfən sərmayənin bir miqdarı və ya hamısı zay olsa, zamin deyildir.
Məsələ 2162: Şirkətin sərmayəsi ilə müamilə edən şərik sərmayənin zay olduğunu söyləyərsə, digər şəriklər yanında inanılmış bir şəxsdirsə, onun sözünü qəbul etmələri lazımdır. Amma əgər belə deyilsə, şəri qazilik üsullarına görə mübahisələrini həll etmələri üçün şəri hakimə müraciət edə bilərlər.
Məsələ 2163: Əgər şəriklərin hamısı bir-birlərinə verdikləri istifadə icazəsindən imtina edərlərsə, artıq heç birisi şirkətin malından istifadə edə bilməzlər. Amma əgər onlardan biri icazəni geri götürərsə, digərlərinin istifadə haqqı yoxdur. Amma icazəsini geri götürən şəxs, şirkətin malından istifadə edə bilər.
Məsələ 2164: Ortaqlardan biri sərmayənin bölünməsini istərsə, şəriklik müddəti bitməmiş olsa belə, digərlərinin qəbul etmələri gərəkdir. Anma əgər qisməti-rədd şəklində olsa və ya şəriklərə çox bir zərəri olarsa, bölgü qəbul edilməyə bilər.
Məsələ 2165: Əgər şəriklərin birisi ölərsə, dəli və ya bihuş olarsa, digər ortaqlar şirkətin malından istifadə edə bilməzlər. Həmçinin onlardan biri səfeh olarsa, yəni öz malını boş işlərə xərclərsə, hökm eynidir.
Məsələ 2166: Əgər şəriklərdən biri, özü üçün nisyə bir mal alarsa, xeyir və zərəri onun özünə aiddir. Amma əgər şirkət üçün alarsa və şəriklik şərti nisyə müamiləni də əhatə edirsə, xeyir və zərəri hər ikisinə aiddir.
Məsələ 2167: Şirkətin sərmayəsi ilə bir müamilə etdikdən sonra şərikliklərinin batil olduğunu başa düşərlərsə, bu halda əgər müamiləyə icazə vermək şərikliyin doğruluğuna bağlı deyildirsə (bu mənada ki, şərikliyin doğru olmadığını bilirdilərsə, bu halda şirkət düzgün deyil. Yenə əgər bir-birlərinin istifadəsinə razı olsaydılar), müamilə səhihdir və o müamilədən hər nə əldə edilərsə, hamısının malıdır. Amma əgər belə deyilsə, o birilərin istifadəsinə razı olmayan şərik yoldaşları «bu müamiləyə razıyıq» — deyərlərsə, müamilə səhihdir. Əks təqdirdə batil olur. Hər iki təqdirdə də onlardan hansı biri şirkət üçün çalışmışsa, pulsuz olaraq çalışmamışsa, zəhmətinin əvəzini normal bir şəkildə digər şəriklərdən sərmayə qaydasına görə ala bilər. Amma əgər normal zəhmət haqqı tutaq ki, şəriklik səhih olduğu halda, bu müamilədən ələ gələn qazancdan çox olarsa, ancaq o, qazanc götürə bilər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top