Alqı-satqı əqdi

Alqı-satqı əqdi

Məsələ 2105: Alqı-satqı işlərində əqdi ərəbcə oxumaq lazım deyil. Məsələn; satıcı öz dilində, «bu malı bu pula satdım» — deyir və alıcı da, «qəbul etdim» — deyirsə, müamilə səhihdir. Amma alıcı və satıcının bu iki cümləni söyləməkdə məqsədləri inşa qəsdi olmalıdır. Yəni bu iki cümləni dedikdə qəsdləri alqı-satqı olmalıdır.
Məsələ 2106: Əgər müamilə zamanı əqd oxunmazsa, amma satıcı alıcıdan aldığı mal əvəzində öz malını onun mülkü edərsə, müamilə səhihdir və hər ikisi aldığı şeyin sahib olur.

MEYVƏLƏRİN ALQI-SATQISl


Məsələ 2107: Çiçəyini töküb tumurcuqlanmış bir ağacın meyvəsini yığımdan qabaq satmaq düzdür, bu şərtlərlə ki, ziyanı atlatdığı məlum olsun və o ağacın məhsulunun miqdarı təxmini olaraq bilinsin. Hətta əgər hal-hazırda ziyanı atladıb-atlatmadığı məlum olmayan meyvə iki il və ya daha artıq müddət üçün satılsa, ya da hal-hazırda çıxdığı miqdar bu şərtlə ki, dəyəri nəzərə çarpacaq dərəcədə yüksəkdir satılsa, alış-veriş düzdür.
Həmçinin əgər tarla, məhsulu ilə və ya ona aid olan bir şeylə birlikdə satılsa, alış-veriş düzdür. Amma ehtiyata görə, bu alış-verişdə qeyd edilməlidir ki, tumurcuqlar meyvə olmadığı təqdirə alıcının sərmayəsi qorunmalıdır, yəni satan zərəri öhdəsinə götürməlidir.
Məsələ 2108: Ağacda olan meyvənin tumurcuğu çiçəyini tökmədən əvvəl satılması caizdir. Amma, ya əvvəlki məsələdə izah olunduğu şəkildə bir şeylə birlikdə satılmalıdır, ya da bir ildən çoxun meyvəsi satılmalıdır.
Məsələ 2109: Ağac üstündə saralmış və ya qızarmış xurmanı satmağın eybi yoxdur. Amma onun əvəzini istər o ağacdan olsun və ya başqasından, xurma təyin etməmələri lazımdır. Lakin bir şəxsin, başqa birisinin bağçasında bir dənə xurma ağacı varsa, əgər onun miqdarını təxmin edərək ev sahibinə satar və əvəzini xurma olaraq alarsa, maneçiliyi yoxdur.
Məsələ 2110: İldə bir neçə dəfə toplanan xiyar, badımcan və göyərti, buna bənzər bitkilərin satılması onların aşkar, zahir olduqları və alıcının il ərzində bir neçə dəfə onu toplayacağı təyin edildiyi təqdirdə maneçiliyi yoxdur. Amma əgər aşkar görüləcək hala gəlməmişdirsə, satılmaları mübahisəlidir.
Məsələ 2111: Buğdanın sünbülünü, dənələr yetişdikdən sonra özündən və ya başqa bir sünbüldən ələ gələn buğda əvəzində satarlarsa, müamilə səhih deyildir.

NAĞD VƏ NİSYƏ


Məsələ 2112: Əgər bir mal nağd satılmışsa, alıcı və satıcı müamilədən sonra bir-birlərindən malı və pulu istəyib ala bilərlər. Döşənəcək və libas kimi daşına bilən və tarla və ev kimi daşınmaz şeylərin verilməsi mal sahibinin onlardan əlini çəkib, tərəfin istədiyi zaman onlardan istifadə edə biləcəyi şəkildə onun ixtiyarında qoyması ilə ola bilər. Bu isə bir neçə yerdə ixtilaflıdır.
Məsələ 2113: Nisyə müamilələrdə zamanın tam olaraq təyin edilməsi lazımdır. Başqa sözlə pulunu xırman zamanı almaq üzrə bir mal satılarsa, vaxt tamamilə müəyyən edilmədiyindən müamilə də batil olur.
Məsələ 2114: Bir malı nisyə satarsa, satıcı onun əvəzini qərarlaşdırılan vaxt tamamlanmamış istəyə bilər. Amma əgər alıcı ölərsə və özünə aid malı da olarsa, satıcı vaxt yetişməmiş alacağını onun mirasçılarından istəyə bilər.
Məsələ 2115: Nisyə satdığı bir mal üçün qərarlaşdırılan müddət tamama olduqları sonra satıcı alacağını istəyə bilər, amma alıcı ödəyə bilməzsə, ya ona möhlət verər, ya da müamiləni pozaraq satılan şey mövcuddursa, onu geri ala bilər.
Məsələ 2116: Malın qiymətini bilməyən şəxsə bir miqdar nisyə verərsə və qiymətini də söyləməzsə, müamilə batildir. Amma nağd satış qiymətini bilən bir şəxsə malı nisyə verər və dəyərini çox hesablarsa, məsələn; «sənə nisyə verdiyim malı nağd qiymətindən hər manatına bir qəpik daha çox hesablayıram» — deyər, o da qəbul edərsə, maneçiliyi yoxdur.
Məsələ 2117: Bir malı nisyə satıb, pulunu almaq üçün bir müddət müəyyən etmiş olan şəxs müddətin yarısı keçdikdən sonra alacağından bir miqdar düşər və qalan qismi də nağda alarsa, maneçiliyi yoxdur.
 

SƏLƏF MÜAMİLƏSİ VƏ ONUN ŞƏRTLƏRİ


Məsələ 2118: İnsanın pulu nağd alıb sonradan malı bütünlüklə satmasına sələf müamiləsi deyilir. O halda əgər alıcı «filan malı altı ay sonra almaq üzrə bu pulu verirəm» deyirsə, satıcı da «qəbul etdim» — deyirsə ya da satıcı pulu alıb «filan malı altı ay sonra vermək üzrə satdım» — deyirsə, müamilə səhihdir.
Məsələ 2119: Əgər qızıl və ya gümüşdən olan bir pulu sələf olaraq satar və əvəzində də qızıl və ya gümüşdən olan pul alarsa, müamilə batildir. Amma əgər bir malı və ya qızıl və ya gümüşdən olmayan bir pulu satar və əvəzində ayrı bir mal və ya qızıl və gümüşdən olan pul alarsa, müamilə (gələcək məsələnin 7-ci şərtində izah olunacaq şəkildə) səhihdir. Amma satdığı bir malın ayrı bir mal almayıb, pul alması müstəhəbb ehtiyatdır.
Məsələ 2120: Sələf müamiləsinin 7 şərti vardır:
  1. Malın qiymətinin dəyişməsinə yol açan xüsusiyyətləri bildirməlidir. Amma çox diqqət etməkdə lazım deyil. Camaatın, «malın xüsusiyyətləri bəlli oldu» — deyəcəyi qədər bildirilməsi kifayətdir.
  2. Alıcı ilə satıcı bir-birindən ayrılmamışdan əvvəl alıcı pulun hamısını satıcıya verməli və ya onun pulu miqdarca satıcıdan ala biləcəyi şəkildə olmalı və öz alacağını malın qiyməti əvəzinə saymalı, o da bunu qəbul etməlidir. Amma əgər malın qiymətinin bir miqdarını verirsə, müamilənin həmin miqdarda da səhih olmasına baxmayaraq, satıcı müamiləni bu halda poza bilər.
  3. Müddət tam olaraq bildirməlidir; əgər «xırman zamanının başlanmasına qədər verirəm» — deyərsə, zaman tam olaraq bildirilmədiyindən müamilə batildir.
  4. Malın alıcıya verilməsi zamanı olaraq təyin edilən vaxt istər o mal həmin vaxt az tapılan şeylərdən olsun və ya olmasın, satıcının onu verməsi mümkün olan bir vaxt olmalıdır.
  5. Ehtiyata əsasən, malın alıcıya veriləcəyi yer tam olaraq müəyyən edilməlidir. Amma onların danışığından onun yeri bəlli olarsa, ayrıca o yerin adını çəkmələrinə ehtiyac yoxdur.
  6. Onun çəki və ya ölçüsü müəyyənləşdirilməlidir. Əvvəldə görməklə satılan bir malı da sələf olaraq satmağın maneçiliyi yoxdur; amma qozun bəzi qisimləri və yumurta kimi dənələri arasındakı fərq camaatın əhəmiyyət verməyəcəyi qədər az olmalıdır.
  7. Satılan şey çəki və ya ölçü ilə satılan mallardandırsa, onun əvəzi eyni mallardan olmamalıdır. Hətta lazım ehtiyata əsasən, ölçü və ya çəki ilə satılan o maldan, başqa bir maldan da olmamalıdır. Əgər satılan şey ədədlə satılan şeylərdəndirsə, ehtiyat olaraq onun əvəzini öz cinsindən çox təyin etmək caiz deyildir.
 

SƏLƏF MÜAMİLƏSİNİN HÖKMLƏRİ


Məsələ 2121: İnsan sələf olaraq satın aldığı bir malı müddəti qurtarmamışdan əvvəl satıcısından başqasına sata bilməz. Amma müddəti qurtardıqdan sonra malı almasa belə, satmasına maneçiliyi yoxdur. Amma meyvələrdən başqa buğda və arpa kimi çəki və ya ölçü ilə satılan digər malları ələ almamışdan əvvəl satmaq caiz deyildir. Lakin onları mal olduqları sərmayələrinə və ya daha azına satarsa, caizdir.
Məsələ 2122: Sələf müamiləsində satıcı malı qərarlaşdırılan zamanda verərsə, qərarlaşdırılan şeydən daha yaxşı olsa belə, o malın öz cinsindən sayıldığı təqdirdə alıcının qəbul etməsi gərəkdir.
Məsələ 2123: Satıcının verdiyi mal qərarlaşdırılandan keyfiyyətcə daha aşağı olursa, alıcı qəbul etməyə bilər.
Məsələ 2124: Əgər satıcı qərarlaşdırılan mal əvəzinə bir mal verərsə, alıcı razı olduğu təqdirdə eybi yoxdur.
Məsələ 2125: Sələf olaraq satdığı şeyi alıcıya verəcəyi zaman o mal tapılmazsa və satıcı onu hazırlaya bilməzsə, alıcı istəsə, hazırlanıncaya qədər səbr edə bilər ya da müamiləni pozub vermiş olduğu şeyi geri alar. Amma ehtiyata görə onu satıcıya, yuxarı bir qiymətlə sata bilməz.
Məsələ 2126: Bir malı satıb, malı bir müddət sonra alıcıya verəcəyi və pulunu da bir müddət sonra almağı qərarlaşdırarsa, müamilə batildir.

QIZIL VƏ GÜMÜŞÜ, QIZIL VƏ GÜMÜŞƏ SATMAQ


Məsələ 2127: İstər işlənmiş olsun, istər külçə, qızılı-qızıl, gümüşü-gümüş əvəzində satarsa, birinin ağırlığı digərindən daha çox olarsa, müamilə batil və haramdır.
Məsələ 2128: Əgər qızılı gümüş və ya gümüşü qızıl əvəzi nağd olaraq satarlarsa, müamilə səhihdir və onların ölçülərinin də bərabər olması gərək deyil. Amma əgər müamilə müddətli olursa, batildir.
Məsələ 2129: Əgər qızılı və ya gümüşü, gümüş və ya qızıl əvəzi satarlarsa, alıcı və satıcı bir-birlərindən ayrılmamış satılanı və əvəzində veriləni bir-birlərinə təslim etməlidirlər. Əgər qərarlaşdırdıqlarından heç bir miqdarını təslim etməzlərsə, müamilə batildir.
Məsələ 2130: Əgər alıcı və ya satıcı qərarlaşdırılan şeyin hamısını verər, digəri isə bir miqdarını verib bir-birlərindən ayrılarlarsa, hər nə qədər o miqdara müamilə səhihsə də, malın hamısı əlinə çatmayan şəxs müamiləni poza bilər.
Məsələ 2131: Əgər bir az gümüş mədəni torpağını saf gümüşə və ya bir az qızıl mədəni torpağını saf qızıla satsalar, müamilə batildir. Amma əgər məsələn; gümüş mədəni torpağında olan gümüşün saf gümüş miqdarında olduğunu bilirsə, eybi yoxdur. Lakin, gümüş mədəni torpağını qızıla, qızıl mədəni torpağını isə gümüşə satmağın əvvəldə deyildiyi kimi, maneçiliyi yoxdur.
 

İNSANIN MÜAMİLƏNİ POZA BİLƏCƏYİ YERLƏR


Məsələ 2132: Bir müamiləni pozma haqqına «fəsx etmə haqqı» deyilir. Alıcı və satıcı on bir yerdə müamiləni poza bilərlər.
  1. Müamilə məclisindən ayrılmamış müamiləni poza bilər və bu fəsx etmə haqqına «məclis fəsx etmə haqqı» deyilir.
  2. Alış-verişdə, alıcı və ya satıcı və digər müamilələrdə iki tərəfdən biri aldadılmış olarsa, bu fəsx etmə haqqına (ğəbn) «aldatma fəsx etmə haqqı» deyilir. Bu cür fəsx etmə haqqının olması camaatın zehnində olan bir şərtdən qaynaqlanır. Yəni hər müamilədə hər iki tərəfin zehnində bu şərt var ki, aldığı mal maliyyət baxımından verdiyi maldan çox aşağı olmamalı və əgər belə olarsa, müamiləni pozma haqqına sahibdir. Amma əgər bəzi yerlərdə xüsusi qaydada zehinlərdə olan şərt ayrı bir şəkildə olarsa, məsələn; şərt aldığı maliyyət baxımından verdiyi maldan az olduğu təqdirdə aradakı fərqini tərəfdən istəmə haqqına və bu mümkün olmazsa, müamiləni pozma haqqına sahib olmaq olarsa, belə yerlərdə xüsusi qaydaların şərtinə əməl edilməlidir.
  3. Müamilədə müəyyən bir müddətə qədər hər ikisinin və ya birinin müamiləni pozma haqqına sahib olduğu nəzərdə tutulmuşsa, bu haqqa "şərt fəsx etmə haqqı" deyilir.
  4. İkinci tərəfdən biri tərəfin ona rəğbət etməsini saxlayacaq və ya ona olan rəğbətinin çoxalmasına səbəb olacaq şəkildə öz malını olduğundan daha yaxşı göstərərsə, buna «tədlis qüsuru gizlətmə səbəbilə olan fəsx etmə haqqı» deyilir.
  5. Müamilə tərəflərindən biri qarşı tərəfin onun üçün bir iş görməsini şərt qoymuş olarsa və o da o şərtə əməl etməzsə və ya onun verəcəyi müəyyən bir malda bir xüsusiyyətin olmasını şərt qoyar və o mal o xüsusiyyətə sahib olmazsa, bu halda şərt edən şəxs müamiləni poza bilər və buna "şərtə uyğun gəlməyən təxəllüf fəsx etmə haqqı" deyilir.
  6. Malda və ya onun əvəzində qüsur olarsa, buna «qüsurdan ötrü fəsx etmə haqqı» deyilir.
  7. Müamilə edilən malın bir miqdarının başqasının malı olduğu anlaşılırsa, bu halda əgər onun sahibi bu müamiləyə razı olmazsa, alıcı müamiləni poza bilər və ya o miqdarın pulunu əgər vermişsə, digər tərəfdən ala bilər. Buna "şəriklikdən doğan fəsx etmə haqqı" deyilir.
  8. Mal sahibi tərəfindən görmədiyi bəlli bir malın xüsusiyyətlərini söylər və sonradan söylədiyi kimi olmadığı meydana çıxarsa və ya tərəf malı əvvəlcədən görmüş olar və indi də əvvəl görmüş olduğu xüsusiyyətlərə sahib olduğunu bilərsə, sonradan o xüsusiyyətlərin onda qalmamış olduğu anlaşılarsa, bu halda tərəf müamiləni poza bilər və buna «görmədən əmələ gələn fəsx etmə haqqı» deyilir.
  9. Alıcı aldığı malın pulunu üç günə qədər satıcıya verməzsə və satıcı mal təhvil verməmiş olsa, satıcı müamiləni poza bilər. Əlbəttə bu, satıcının alıcıya pulu verməsində möhlət verib müddət bildirilmədiyi haldadır. Amma əgər möhlət verilməmiş olsa, pulu verməyi azacıq gecikdirməklə də müamiləni poza bilər. Amma əgər ona üç gündən çox möhlət vermişsə, bu möhlət tamam olmamışdan əvvəl müamiləni poza bilməz. Buradan aydınlaşır ki, əgər satdığı şey bəzi meyvələr kimi bir gün qalmaqla zay olan bir şeydirsə, müştəri onun pulunu axşama qədər verməzsə, pulu verməyi gecikdirməyi də şərt etməmişsə, satıcı müamiləni poza bilər. Buna «gecikdirildiyinə görə fəsx etmə haqqı» deyilir.
  10. Bir heyvan satın almış olan alıcı, üç günə qədər müamiləni poza bilər. Həmçinin satdığı şeyin əvvəlində bir heyvan alan satıcı üç günə qədər müamiləni poza bilər. Buna «heyvan alış-satışı fəsx etmə haqqı» deyilir.
  11. Satıcı satdığı malı alıcıya verməzsə, məsələn; satmış olduğu at qaçarsa, bu halda alıcı müamiləni poza bilər və buna «təslimin mümkün olmadığı üçün fəsx etmə haqqı» deyilir. Bunlarla bağlı hökmlər gələcək məsələlərdə izah olunacaqdır.
Məsələ 2133: Əgər alıcı malın qiymətini bilməzsə və ya aldığı zaman unudaraq normadan daha baha bir qiymətə alarsa, etina edilən dərəcədə baha almışsa, müamiləni poza bilər. Əlbəttə, müamiləni pozma zamanında da qiymət fərqi mövcud olmalıdır, əks təqdirdə müamiləni poza bilmə haqqının olması məlum deyildir. Həmçinin əgər satıcı malın qiymətini bilməz və ya müamilə zamanı yaddan çıxaraq qiymətindən aşağı satarsa, etina edilən miqdarda ucuz satmışdırsa, yuxarıda deyilən şərtlə müamiləni poza bilər.
Məsələ 2134: Şərtli satış müamiləsindəki məsələn; bir milyonluq evi beş yüz manata satıb, satıcının müəyyən olunmuş vaxt daxilində pulu verdiyi təqdirdə müamiləni poza bilmə haqqına sahib olması qərarlaşdırılırsa, satıcı və alıcının alqı-satqı qəsdləri olarsa, müamilə səhihdir.
Məsələ 2135: Şərtli satış müamiləsində satıcı pulu vaxtında vermədiyi halda onun mülkünü geri verə biləcəyindən əmin olsa belə, müamilə səhihdir. Amma pulu vaxtında verməzsə, alıcıdan mülkü istəməyə haqqı yoxdur. Əgər alıcı ölərsə, onun varislərindən mülkü tələb edə bilməz.
Məsələ 2136: Əgər keyfiyyətli çayı keyfiyyəti aşağı olan çayla qarışdırıb, keyfiyyətli çay adına satarsa, alıcı müamiləni poza bilər.
Məsələ 2137: Əgər alıcı aldığı malın bir qüsuru olduğunu başa düşərsə, məsələn; bir heyvan alıb, sonra onun gözünün birinin kor olduğunu görərsə, əgər bu qüsur müamilədən əvvəl heyvanda olduğu halda o bilmirdisə, müamiləni pozaraq onu satıcıya qaytara bilər. Əgər onu qaytarması mümkün olmazsa, məsələn; o malda bir dəyişmə meydana gəlmiş olarsa və ya onda geri qaytarmağa əngəl olan bir nişanə varsa, bu halda sağlam ilə qüsurlu arasında qiymət fərqini müəyyənləşdirib satıcıya verdiyi puldan həmin miqdarını geri ala bilər. Məsələn; dörd manata aldığı bir malın qüsuru olduğunu başa düşərsə, əgər onun qüsursuzunun qiyməti səkkiz manat, qüsurlunun qiyməti isə altı manatdırsa, qüsursuzla qüsurlu arasındakı qiymət fərqi dörddə bir olduğundan satıcıya verdiyi pulun dörddə biri olan bir manatı geri ala bilər.
Məsələ 2138: Satıcı satdığı malın əvəzində aldığı müəyyən bir şeydə qüsur olduğunu görərsə, əgər o qüsur müamilədən əvvəl göründüyü halda o bilməmişdirsə, satıcı müamiləni pozaraq onu sahibinə qaytara bilər. Amma əgər o şeydə meydana gələn bir dəyişmə və təsərrüf etmə üzündən qaytara bilməzsə, əvvəlki məsələdə söylənən qaydaya görə qüsursuz ilə qüsurlu arasındakı qiymət fərqini ala bilər.
Məsələ 2139: Əgər müamilədən sonra malı alıcıya verməmişdən əvvəl onda bir qüsur ortaya çıxarsa, alıcı müamiləni poza bilər. Həmçinin malın əvəzi olan bir şeydə müamilədən sonra, verilməmişdən əvvəl bir qüsur meydana gələrsə, satıcı müamiləni poza bilər. Əgər qiymət fərqini almaq istəklərsə də geri qaytarmaq imkanı olmadığı təqdirdə caizdir.
Məsələ 2140: Müamilədən sonra malın qüsuru olduğunu anlarsa, müamiləni pozmaq istərsə, dərhal pozmalıdır. Əks təqdirdə əgər normadan çox vaxt keçənə qədər təxirə salsa və ixtilaf olsa, artıq müamiləni poza bilməz.
Məsələ 2141: Əgər müamilədən sonra aldığı malın qüsuru olduğunu başa düşərsə, satıcı hazır olmasa belə, müamiləni poza bilər. Başqa fəsx etmə haqlarında da hökm eynidir.
Məsələ 2142: Dörd yerdə alıcı, malda üzə çıxan qüsur səbəbi ilə müamiləni poza bilməz və ya qiymət fərqini ala bilməz.
  1. Malı alarkən qüsurlu olduğunu bilirdisə;
  2. Malın qüsurunu qəbul edirsə;
  3. Müamilə edərkən "əgər malın bir qüsuru olsa, geri qaytarmayacağam və qiymət fərqini də almayacağam" demişsə;
  4. Müamilə vaxtı satıcı «bu malı bütün qüsurları ilə bərabər satıram» — demişsə, amma bir qüsuru göstərib və «bu qüsurla satıram» — demişsə və sonradan onda başqa bir qüsurun da olduğunu anlamışsa, alıcı satıcının göstərdiyi qüsura görə malı geri qaytara bilər və geri qaytarmadığı təqdirdə də qiymət fərqini ala bilər.
Məsələ 2143: Əgər alıcı aldığı malın qüsurlu olduğunu başa düşər və aldıqdan sonra onda ayrı bir qüsur meydana çıxarsa, müamiləni poza bilməz. Arama qüsursuz ilə qüsurlu arasındakı qiymət fərqini ala bilər. Lakin aldığı heyvan qüsurlu olsa, fəsx etmə haqqına sahib olduğu üç gün keçməmişdən əvvəl başqa bir qüsur meydana gələrsə, onu təslim almış olsa belə, yenə də geri verə bilər. Həmçinin yalnız alıcının fəsx etmə haqqına sahib olduğu müddət ərzində malda başqa bir qüsur meydana gələrsə, onu təslim almış olsa belə, müamiləni poza bilər.
Məsələ 2144: Əgər insanın özünün görmədiyi bir malı olarsa və digəri ona malın xüsusiyyətlərini başa salar, o da başqasının ona anlatdığı xüsusiyyətləri alıcıya söyləyər və onu satarsa, sonra da onun dediklərindən daha yaxşı olduğunu başa düşərsə, müamiləni poza bilər.
 

ALVERDƏ MÜXTƏLİF MƏSƏLƏLƏR


Məsələ 2145: Əgər satıcı malın alış qiymətini alıcıya söyləyərsə, eyni qiymətdən ya da daha aşağı qiymətdən satsa belə, qiymətin azalmasına və ya artmasına səbəb olan digər bütün şeyləri də söyləməlidir. Məsələn; nağd və ya nisyə aldığını da deməlidir. Əgər o xüsusiyyətlərin bəzisini söyləməsə və alıcı sonradan başa düşsə müamiləni poza bilər.
Məsələ 2146: Bir şəxs başqa birinə bir mal verib onun qiymətini müəyyən edərək «bu malı bu qiymətdən sat, nə qədər baha sata bilirsən artığı sənin satma haqqın olacaq» deyərsə, bu halda nə qədər bahaya satarsa, mal sahibinindir və satıcı yalnız zəhmətinin haqqını sahibindən ala bilər. Amma əgər cüalə şəklində olarsa və "əgər bu malı bu qiymətdən artığına sata bilsən, artığı sənin olsun" — deyərsə, maneçiliyi yoxdur.
Məsələ 2147: Əgər bir qəssab erkək heyvan əti satarsa və yerinə dişi heyvan əti verərsə, günah işlətmiş olur. Bu halda əgər onun müəyyən edib «bu erkək heyvan ətini satıram» demişsə, alıcı müamiləni poza bilər. Əgər onu bildirməmişsə, müştəri aldığı ətə razı olmazsa, qəssabın ona erkək heyvan əti verməsi lazımdır.
Məsələ 2148: Alıcı parça satıcısından rəngi solmayan bir parça istəyər, satıcı ona rəngi tez solan bir parça verərsə, alıcı müamiləni poza bilər.
Məsələ 2149: Müamilədə and içmək doğru bir şey üçünsə, məkruhdur. Yalan yerə and içirsə, haramdır.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top