Zəkatın müxtəlif məsələləri

Zəkatın müxtəlif məsələləri

Məsələ 1969: Ehtiyata əsasən insan, buğda və arpanın samandan ayrıldığı vaxt və xurma ilə üzümün quruduğu vaxt, gərək zəkatı ya fəqirə versin, ya da malından ayırsın. Qızıl, gümüş, inək, qoyun və dəvənin zəkatını isə 11-ci ay tamam olandan sonra, ya fəqirə verməli, ya da malından ayırmalıdır. Amma əgər bir fəqiri gözləyər və ya bir cəhətdən üstünlüyü olan bir fəqirə vermək istəyərsə, zəkatı ayırmaya bilər.
Məsələ 1970: Zəkatı ayırandan sonra, dərhal onu müstəhəqqə vermək lazım deyil. Lakin zəkat veriləcək şəxsə əl çatsa, müstəhəbb ehtiyat odur ki, zəkatı təxirə salmasın.
Məsələ 1971: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər onu çatdırmasa və səhlənkarlıq üzündən aradan gedərsə, gərək onun əvəzini versin.
Məsələ 1972: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər zəkatı verməyib mühafizəsində səhlənkarlıq etdiyi halda aradan gedərsə, zəkatı gecikdirməkdə doğru bir üzrü yoxdursa, gərək onun əvəzini versin. Amma əgər doğru bir üzrü olsa, məsələn; müəyyən bir fəqiri nəzərə alıbsa və ya tədricən fəqirlərə çatdırmaq istəyirsə, zamin olması məlum deyildir.
Məsələ 1973: Əgər zəkatı malın özündən ayırsa, qalan malı işlədə bilər və əgər başqa maldan kənara qoysa, bütün malı işlədə bilər.
Məsələ 1974: İnsan kənara qoyduğu zəkatı özü üçün götürə bilməz və yerinə başqa şey qoya bilməz.
Məsələ 1975: Əgər kənara qoyduğu zəkatdan mənfəət hasil olsa, məsələn; zəkat üçün kənara qoyduğu qoyun doğsa, fəqirin malıdır.
Məsələ 1976: Əgər zəkatı kənara qoyduğu qoyan vaxt bir müstəhəqq hazır olsa, yaxşı olar ki, zəkatı ona versin, əgər başqa bir nəfər nəzərdə olmuş olsa ki, ona zəkat vermək bir cəhətdən daha yaxşıdır, gərək zəkatı nəzərdə tutduğu insana versin.
Məsələ 1977: Əgər şəri hakimin icazəsi olmadan, zəkat üçün kənara qoyduğu mal ilə ticarət edər və zərərli olsa, o zərəri zəkatdan çıxa bilməz, amma əgər mənfəət etsə, lazım ehtiyata əsasən, gərək onu müstəhəqqə versin.
Məsələ 1978: Əgər zəkat ona vacib olmazdan əvvəl, zəkat əvəzi fəqirə bir şey versə, zəkat hesab edilmir və zəkat ona vacib olandan sonra fəqirə verdiyi şey aradan getməyibsə və o fəqir də öz fəqirliyində qalıbsa, ona verdiyini zəkat hesab edə bilər.
Məsələ 1979: Zəkatın bir adama vacib olmadığını bilən fəqir, əgər o adamdan bir şeyi zəkat alsa və o şey yanında məhv olsa, zamindir. Belə ki, insana zəkat vacib olan vaxtda, əgər o fəqir öz fəqirliyində qalmış olsa, ona verilən şey zəkat əvəzində hesab edilə bilər.
Məsələ 1980: Zəkatın vacib olmadığını bilməyən fəqir, əgər o zəkat olaraq bir şey alsa və onun yanında məhv olarsa, zamin deyil və insan onun əvəzini zəkat hesab edə bilməz.
Məsələ 1981: Müstəhəbb odur ki, inək, qoyun və dəvənin zəkatını abırlı fəqirlərə versin və zəkat verməkdə öz qohumlarını başqalarından, elm-kamal əhlini, elm-kamala sa­hib olmayanlardan, dilənçi olmayanları, dilənçilərdən üstün tutsun. Amma əgər bir fəqirə zəkatı vermək bir cəhətdən daha yaxşıdırsa, zəkatı ona vermək müstəhəbbdir.
Məsələ 1982: Yaxşı olar ki, zəkatı aşkar, müstəhəbbi sədəqəni isə gizli versinlər.
Məsələ 1983: Zəkat vermək istəyən şəxsin şəhərində bir müstəhəqq olmasa və zəkatı müəyyən olunmuş digər xərclərə çatdıra bilməsə, belə ki, sonra müstəhəqq tapmağa ümidi olmasa, gərək zəkatı başqa şəhərə aparıb zəkatın xərclənməsinə çatdırsınlar, şəhərə aparmağın xərcini şəri hakimin icazəsilə zəkatdan götürə bilər. Əgər zəkat tələf olsa, zamin deyildir.
Məsələ 1984: Əgər öz şəhərində müstəhəqq tapılsa, zəkatı başqa şəhərə apara bilər. Amma o şəhərə aparmaq xərclərini özündən verməlidir və əgər zəkat məhv olsa, zamindir. Şəri hakimin icazəsi olsa, istisnadır.
Məsələ 1985: Zəkat vermək üçün buğda, arpa, kişmiş və xurmanın çəkilməsi və bağlanmasının ücrət haqqı (yəni xərci) onun özündəndir.
Məsələ 1986: İkinci misqal və on beş noxud gümüş və ya daha çox zəkat verməkdə borclu olan bir şəxsin, bir fəqirə iki misqal on beş noxud gümüşdən az verməməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1987: İnsan verdiyi zəkatı müstəhəqqindən ona geri satmağını istəməyi məkruhdur, amma əgər müstəhəqq götürdüyü şeyi satmaq istəsə, o şeyə qiymət qoyandan sonra, o kəs ki, zəkatı ona vermişdir, onu almaqda başqalarından irəlidir.
Məsələ 1988: Boynuna vacib olan zəkatı verib-vermədiyindən şəkk edən şəxs, zəkatın boynuna gəldiyi mal mövcuddursa, onun şəkki keçmiş illərin zəkatı xüsusunda olsa belə, zəkatı verməlidir. Amma əgər o malın eyni tələf olmuşdursa, həmin ilin zəkatı olsa belə, boynuna heç bir şey vacib deyildir.
Məsələ 1989: Fəqir zəkatı almamışdan qabaq onu miqdarından az olaraq müsalihə edə bilməz və ya onun qiymətindən baha olan bir şeyi zəkat əvəzinə qəbul edə bilməz. Həmçinin zəkat verən mal sahibi verdiyi zəkatı geri qaytarmağı fəqirə şərt qoya bilməz. Amma əgər fəqir, zəkatı aldıqdan sonra öz xoşu ilə onu zəkat verənə qaytarsa, maneçiliyi yoxdur. Məsələn, əgər bir kəs böyük məbləğdə zəkat borcludursa və yoxsullaşdığı üçün zəkatı verə bilmirsə, eyni zamanda tövbə də edibdirsə, əgər fəqir razı olsa ki, zəkatı ondan alsın və yenidən ona bağışlasın, eybi yoxdur.
Məsələ 1990: İnsan, zəkatın Allah yolunda xərclənən qismindən Quran, dini və dua kitabları alıb vəqf edə bilməz. Amma əgər ümumun məsləhəti bunu lazım bilirsə və lazım ehtiyata əsasən, şəri hakimdən icazə alıbsa, ala bilər.
Məsələ 1991: İnsan, zəkatdan bir mülk alıb övladına və ya xərcləri ona vacib olan şəxslərə, gələn gəliri özlərinə xərcləməkdən ötrü vəqf edə bilməz.
Məsələ 1992: İnsan fəqir olmasa da və ya illik xərcləri miqdarında zəkat almış olsa da, həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkatın Allah yolunda xərclənən qismindən zəkat ala bilər. Amma bu, onun həccə, ziyarətə və bu kimi yerlərə getməsi ümumi bir mənfəət olduğu təqdirdədir. Ehtiyata əsasən, zəkatın bu kimi işlərdə xərclənməsi üçün şəri hakimdən icazə alınmalıdır.
Məsələ 1993: Mal sahibi bir fəqiri, onun malının zəkatını vermək üçün vəkil edibsə, əgər o fəqir, mal sahibinin o fəqirin özünün zəkatdan götürməməsini ehtimal verərsə, ondan bir şeyi özü üçün götürə bilməz. Amma əgər mal sahibinin belə bir şeyi qəsd etmədiyinə yəqini olsa, özü üçün götürə bilər.
Məsələ 1994: Əgər fəqir dəvə, qoyun, qızıl və gümüş zəkat əvəzinə alsa, belə ki, zəkatın vacibliyi üçün deyilmiş şərtlər onlarda cəm olsa, gərək zəkatlarını versin.
Məsələ 1995: Əgər zəkatı vacib olmuş bir malda iki nəfər şərik olsa, onlardan biri öz payının zəkatını verib, sonra malı bölsələr, belə ki, şərikinin öz payının zəkatını vermədiyini və həmçinin, sonradan da verməyəcəyini bilsə, onun öz payından sərf etməsinin maneəsi yoxdur.
Məsələ 1996: Xüms ya zəkat borcu olanın üzərinə kəffarə, nəzir kimi şeylər də vacib olsa, həm də başqa bir borcu olsa, belə ki, hamısını verə bilməsə, əgər xüms ya zəkat vacib olan mal aradan getməsə, gərək xüms və zəkatını versin. Əgər aradan getmiş olsa, zəkat, xüms və borcu vermək, kəffarə və nəziri verməkdən əvvəldir.
Məsələ 1997: Xüms ya zəkat borcu olan və İslamın həcci ona vacib olan şəxs, həm də borcu olub ölsə və onun qalan malı bu borclara kifayət etməsə, belə ki, xüms və zəkatı vacib olmuş mal aradan getməmiş olsa, xüms və zəkatını verməli və qalan malını da borcuna sərf etməlidir. Amma əgər xüms və zəkatı vacib olan mal aradan getmişsə, onun malını borclarına sərf etməlidir. Əgər bir şey yerdə qalarsa, həcc üçün sərf etməlidirlər. Əgər başqa bir şeydə yerdə qalarsa, xüms ilə zəkatın arasında bölməlidir.
Məsələ1998: Elm təhsilinə məşğul olan şəxs, əgər təhsil almasa, dolanışığı üçün işləyə bilər. Belə ki, o elmi öyrənmək vacibi-eyni olsa, ona səhmdən zəkat vermək olar. Əgər təhsil aldığı elm, ümumi məsləhət olarsa, şəri hakimin icazəsi ilə zəkatın Allah yolunda xərclənən qismindən ehtiyata əsasən ona vermək caizdir. Bu iki surətdən başqa ona zəkat vermək caiz deyildir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top