Zəkatın hökmləri

Zəkatın hökmləri

QIZILIN NİSABI
Məsələ 1904: Qızılın nisabı ikidir. Birinci nisabı 20 şəri misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şəri misqala normal 15 misqala yetişərsə, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun 40/1-i ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara yetişməzsə, onun zəkatı vacib deyildir. Qızılın ikinci nisabı, dörd şəri misqal — normal 5 misqaldır. Yəni əgər üç normal misqal, 15 normal misqala əlavə olarsa, 18 misqalın hamısı gərək 40/1 qərarı ilə zəkatı verilsin. Əgər üç misqaldan az artırsa, fəqət on beş misqalın zəkatı verilir, o artığın zəkatı yoxdur. Həmçinin əgər hər nə qədər artarsa, hökm eynidir, yəni 3 misqal əlavə olunursa, onların hamısının zəkatı verilir. Əgər az əlavə edilirsə, əlavə edilən miqdarın zəkatı yoxdur.
 

GÜMÜŞÜN NİSABI


Məsələ 1905: Gümüşün iki nisabı vardır: Onun birinci nisabı 105 normal misqaldır. Əgər gümüşün miqdarı 105 misqala yetişə və deyilən başqa şərtlərə də malik olarsa, insan, onun 40/1-i ki, iki misqal 15 noxud edər — zəkat olaraq verməlidir. Əgər bu miqdara yetişməzsə, onun zəkatı vacib olmaz. Onun ikinci nisabı 21 misqaldır, yəni əgər 105 misqalın üzərinə 21 misqal artarsa, gərək deyildiyi kimi tamamilə 126 misqalın zəkatı verilsin və 21 misqaldan az artarsa, fəqət 105 misqalın zəkatını verməlidir, artığı üçün zəkat yoxdur. Həmçinin, nə qədər artarsa, hökm eynidir; yəni, əgər 21 misqal artarsa, hamısının zəkatını verməlidir. Əgər az əlavə edilərsə, 21 misqaldan az olan qismin zəkatı yoxdur. Buna əsasən insan, əlində olan qızıl və gümüşün hamısının 40/1-ni (zəkat olaraq) verərsə, ona vacib olan zəkatı vermiş olduğu kimi, bəzən vacib olan miqdardan daha çoxunu da vermiş olur, məsələn; 110 misqal gümüşü olan şəxs, onun 40/1-ni verərsə və vacib olduğu 105 misqalın zəkatını vermiş olur, vacib olmadığı halda 5 misqalın da zəkatını vermiş olur.
Məsələ 1906: Nisab miqdarına yetişən qızıl və gümüşü olan bir şəxs, onun zəkatını vermiş olsa da, birinci nisabdan azalmayanadək, gərək hər il onun zəkatını versin.
Məsələ 1907: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alver edildiyi təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa da, zəkatı verilməlidir.
Məsələ 1908: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yəni yenə də qızıl və gümüş pul olduğu qəbul edilirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz.
Məsələ 1909: Qızıl və gümüşü olan bir şəxsin, əgər onların heç biri ilk nisab miqdarında olmasa, məsələn; 104 misqal gümüşü və 14 misqal qızılı olarsa, zəkat ona vacib deyil.
Məsələ 1910: Əvvəldə deyildiyi kimi, qızıl və gümüşün zəkatının vacib olması üçün, onların nisab miqdarına yetişdikdən sonra, sahibinin əlində 11 ay qalmalıdır. Əgər on bir ay ərzində qızıl və gümüş ilk nisab miqdarından aşağı düşərsə, zəkat vacib olmaz.
Məsələ 1911: Əgər on bir ay ərzində əlində olan qızıl və ya gümüşü, digər bir şeylə dəyişdirərsə ya da onları əridərsə, ona zəkat vacib olmaz. Amma əgər, zəkat verməkdən qaçmaq üçün onları başqa bir qızıl ya gümüşlə dəyişdirərsə, yəni qızılı, qızıl və ya gümüşlə, gümüşü, gümüş və ya qızılla dəyişdirərsə, vacib ehtiyat odur ki, onun zəkatını versin.
Məsələ 1912: Əgər on ikinci ayda qızıl və gümüş pulu əridərsə, gərək onların zəkatını versin. Ərimə vasitəsilə onların qiymət və ya çəkisi azalarsa, gərək əritməzdən əvvəl vacib olan zəkatı versin.
Məsələ 1913: Əlində olan qızıl və gümüşün yaxşısı və pisi varsa, hər birinin zəkatını yaxşının və pisin özündən verə bilər. Ehtiyata əsasən, hamısının zəkatını pis olan qisimdən verə bilməz. Onların hamısının zəkatını yaxşı gümüş və qızıldan verməsi daha yaxşıdır.
Məsələ 1914: Normal ölçüdən daha çox digər pula, gümüş və qızıl pulu deyilirsə, nisab miqdarına yetişənədək, onun saf miqdarı nisab həddinə yetişməsə də, zəkatı vacib olur. Amma əgər, ona qızıl və gümüş pulu deyilmirsə, onun saf miqdarı nisab həddinə yetişsə belə, zəkatının vacib olması şübhəlidir.
Məsələ 1915: Əlində olduğu qızıl və gümüş pul ilə normal miqdarda digər pul onunla qarışmış olursa, əgər onun zəkatını normal miqdardan daha çox başqa filizi olan pul ilə ya qızıl və gümüş puldan qeyri-pul versə eybi yoxdur, amma o pul ona zəkat vacib olan miqdarın qiymətində olmalıdır.

DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATI


Məsələ 1916: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya bir qismini toplanmış otdan yeyərsə ya da sahibinin və ya başqasının mülki olan əkindən otlarsa, zəkatı yoxdur. Amma gər ilin bütün günlərində bir gün və ya iki gün sahibinin mülkü olan otdan yeyərsə, ona zəkat vacib olar. Dəvə, inək və qoyunun zəkatının vacib olmasında, onların il boyunca işləməyən bir heyvan olması ehtiyata əsasən şərt deyildir. Hətta əgər bu heyvanları, sulamada və ya tarla şumu və bu kimi işlərdə işlədərlərsə də, gərək ehtiyata əsasən onların zəkatı verilsin.
Məsələ 1917: Əgər insan, dəvə, inək və qoyunların otlaması üçün bir şəxsin əkmədiyi bir otlağı satın alar və ya icarəyə götürərsə, onların zəkatını vermək, hərçənd zəkat verməklə ehtiyata əməl etmiş olsa da, mübahisəlidir. Amma əgər orada otarmaq üçün xərac verirsə, gərək zəkat versin.

DƏVƏNİN NİSABI


Məsələ 1918: Dəvənin on iki nisabı vardır:
  1. 5 dəvə: zəkatı bir qoyundur. Dəvənin sayı bu miqdara yetişməzsə, zəkatı yoxdur.
  2. 10 dəvə: zəkatı iki qoyundur.
  3. 15 dəvə: zəkatı 3 qoyundur.
  4. 20 dəvə: zəkatı 4 qoyundur.
  5. 25 dəvə: zəkatı 5 qoyundur.
  6. 26 dəvə: zəkatı 2-ci ilinə daxil olmuş 1 dəvədir.
  7. 36 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 1 dəvədir.
  8. 46 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 1 dəvədir.
  9. 61 dəvə: zəkatı 5-ci ilinə daxil olmuş 1 dəvədir.
  10. 76 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 2 dəvədir.
  11. 91 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 2 dəvədir.
  12. 121 və daha çox dəvə.
Bunların zəkatını ya 40 — 40 hesab edilib, hər 40 dənə üçün 3-cü ilinə daxil olmuş bir dəvə verməlidir ya da 50 — 50 hesab edilib, hər 50 dənə üçün 4-cü ilinə daxil olmuş 1 dəvə versin ya da 40 və 50 hesab etsin. Lakin hər nə şəkildə hesab edirsə etsin, gərək hesabı elə etsin ki, yerdə bir şey qalmasın, əgər qalsa da, 9-dan artıq olmasın. Məsələn; əgər 140 dəvəsi varsa, 100 dəvəsi üçün 4-cü ilinə daxil olmuş 2 dəvə, 40 dəvə üçün də 3-cü ilinə daxil olmuş bir dəvə versin. Zəkat olaraq verilən dəvə dişi olmalıdır.
Məsələ 1919: İki nisab arasında zəkat vacib deyildir. Əgər dəvələrinin sayı 5 ədəd olan birinci ölçüdən keçsə, 10 ədəd olan 2-ci ölçüyə çatmasa, yalnız 5-nin zəkatını verməlidir. Həmçinin, sonrakı ölçülər də belədir.
 

İNƏYİN NİSABI


Məsələ 1920: İnəyin nisabı ikidir.
  1. Otuz inək üçün: İnəyin sayı otuza çatarsa, başqa şərtlərə də malik olarsa, insan, ikinci ilinə daxil olmuş bir ədəd yaxşı dana zəkat verməlidir. Vacib ehtiyat odur ki, gərək dana erkək olsun.
  2. 40 inək üçün: Zəkatı üçüncü ilə daxil olmuş dişi danadır. 30 ilə 40 arasında olan inəyin zəkatı vacib deyil. Məsələn: 39 ədəd inəyi olan bir şəxs, yalnız bunların 30-nun zəkatını verməlidir. Həmçinin əgər 40-dan çox inəyi olarsa, 60-a yetişməyənədək, yalnız 40-nın zəkatını verməlidir. 60-a yetişdikdən sonra, birinci nisabın iki bərabəri olduğuna görə 2-ci ilə girmiş iki dananı zəkat verməlidir. Hər nə qədər çoxalırsa, ya 30-30 hesab etməli, ya da 40-40 hesab etməli və ya 30-40 olaraq hesab etməli və göstərilmiş qaydaya əsasən, zəkatı verməlidir. Amma gərək elə hesab etsin ki, bir şey artıq qalmasın ya əgər bir şey artıq qalsa da 9-dan artıq olmasın. Məsələn; 70 inəyi olan bir şəxs, onları 30 və 40 hesabı ilə hesablaşmalı və 30 ədəd üçün 30-un zəkatını, 40 ədəd üçün 40-ın zəkatını verməlidir. Çünki, əgər 30 hesabıyla hesablarsa, on ədədin zəkatı verilməmiş olaraq qalar.

QOYUNUN NİSABI


Məsələ 1921: Qoyunun 5 nisabı vardır.
  1. 40 qoyun: zəkatı bir qoyundur. Qoyunların sayı 40-a yetişməyənədək zəkatı yoxdur.
  2. 121 qoyunun zəkatı 2 qoyundur.
  3. 201 qoyunun zəkatı 3 qoyundur.
  4. 301 qoyunun zəkatı 4 qoyundur.
  5. 400 ədəd və ondan yuxarı olanda gərək 100 ədəd 100 ədəd hesab etsin və onların hər bir 100 ədədinə 1 qoyun versin. Zəkatı qoyunların özündən vermək lazım deyil, hətta əgər digər qoyun versə ya qoyunun qiymətinə uyğun pul versə, kifayətdir.
Məsələ 1922: 2 nisab arasında zəkat vacib deyildir. Əgər birinin qoyunlarının sayı 40 ədəd olan birinci ölçüdən çox olub, 121 ədəd olan ikinci nisaba çatmayıbsa, yalnız 40 ədədinin zəkatını verməlidir. Artığının zəkatı isə yoxdur. Sonrakı ölçülərdə də belədir.
Məsələ 1923: Nisab miqdarına çatmış dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək ya dişi olsun və ya bəzisi erkək, bəzisi dişi olsun.
Məsələ 1924: Zəkatda inək və camış bir cins hesab edilir, ərəb və qeyri-ərəb dəvəsi bir cinsdir. Həmçinin keçi, qoyun və bir illik qoyunun zəkatda bir-birindən fərqləri yoxdur.
Məsələ 1925: Əgər zəkat üçün qoyun verirsə, gərək vacib ehtiyata əsasən, ən azı iki ilinə daxil olmuş olsun və əgər keçi versə, ehtiyata görə gərək 3 ilə daxil olmuş olsun.
Məsələ 1926: Zəkat əvəzinə verdiyi qoyunun qiyməti başqa qoyunlardan müxtəsər az olsa eybi yoxdur. Lakin yaxşı olar ki, qiyməti bütün qoyunlardan baha olan qoyunu versin, inək və dəvə də bu cürdür.
Məsələ 1927: Əgər neçə nəfər şərik olub, hər birinin səhmləri ilk nisaba çatsa, zəkatı verilməlidir. Səhmi ilk nisabdan az olan şəxsə zəkat vacib deyil.
Məsələ 1928: Bir şəxsin neçə yerdə inək, dəvə və ya qoyunu olmuş olsa və üst-üstə nisab ölçüsündə olsalar, gərək onların zəkatını versin.
Məsələ 1929: Əgər inək, qoyun və dəvəsi xəstə və eybli olsalar da, gərək onların zəkatını versin.
Məsələ 1930: Əgər xəstə, ya eybli və ya qoca inəyi, qoyunu və dəvəsi varsa, zəkatını onların özündən verə bilər. Lakin onların hamısı sağlam, eybsiz və cavan olsa, xəstə eybli və ya qocasını verə bilməz. Hətta əgər onların bəzisi sağlam, bəzisi xəstə, bir dəstəsi eybli, başqa dəstəsi eybsiz, bir miqdarı qoca və bir miqdarı cavan olsa, vacib ehtiyat odur ki, onların zəkatından ötrü sağlam, eybsiz və cavan heyvan verilsin.
Məsələ 1931: On bir ay tamam olmazdan əvvəl sahibi olduğu inəyi, qoyununu və dəvəni başqa şeylə əvəz etsə ya nisabı olan nisab miqdarı ilə həmən cinsdən əvəz etsə, məsələn; 40 qoyun verib və başqa 40 qoyun alsa, əgər bu iş zəkatdan boyun qaçırmaq məqsədilə olmasa, ona zəkat vacib olmaz. Amma əgər bu məqsədlə olmuş olarsa, belə ki, hər ikisinin də mənfəəti bir çeşiddə olarsa, məsələn; hər iki qoyun süd verən qoyun olarsa, lazım ehtiyat odur ki, onun zəkatını versin.
Məsələ 1932: İnək, dəvə və qoyunun zəkatını verməli olan şəxs onların zəkatını başqa malından versə, onların sayı nisabdan az olmayana qədər, gərək hər il zəkatını versin. Əgər onların özündən versə və birinci ölçüdən az olsa, zəkatı vacib deyil. Məsələn; 40 qoyunu olan əgər başqa malından onların zəkatını versə, qoyunları 40-dan azalmayana qədər hər il gərək bir qoyun versin. Əgər onların özündən versə, 40-a çatmayana qədər ona zəkat vacib deyildir.

TİCARƏT MALININ ZƏKATI


İnsan müamilə (alver) yolu ilə sahib olduğu malın, ticarət və qazanc əldə etmək üçün saxladığı malın (ehtiyata əsasən) bir neçə şərtlə zəkatını verməlidir. Onun zəkatı isə 40/1-dir.
  1. Sahibi ağıllı və həddi-buluğa çatmış olmalıdır.
  2. Mal, nisab miqdarına çatmalı, onun nisabı da qızıl və gümüşün nisabıdır.
  3. Onunla ticarət etməyi qəsd etdiyi vaxtdan bir il keçməlidir.
  4. Bir il boyunca ondan mənfəət götürmək niyyətində olmalıdır. Buna əsasən əgər ilin ortasında məqsədindən dönərsə və məsələn; onu xərcləri üçün xərcləmək istərsə, onun zəkatını vermək lazım deyildir.
  5. O malın sahibi ilin sonunda onu xərcləmək imkanına qadir olsun.
  6. İlin tamamında, sərmayənin miqdarına və ya daha artıq bir miqdarla müştərisi olmalı; buna əsasən əgər ilin bir qismində onun sərmayədən az müştərisi olarsa, onun zəkatını vermək vacib deyildir.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top