Atanın böyük oğula vacib olan qəza namazı

Atanın böyük oğula vacib olan qəza namazı

Məsələ 1399: Əgər ata öz namazını qılmamış olsa, bunu Allahın əmrinə itaətsizlik deyil, qəza edə biləcək halda imişsə, onun ölümündən sonra böyük oğul vacib ehtiyata əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının qəzasını yerinə yetirmək və ya əcir tutmaq daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir.
Məsələ 1400: Əgər böyük oğul, atasının namazının qəzaya qalıb-qalmadığından şəkk edərsə, onun boynuna vacib deyildir.
Məsələ 1401: Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib. Onları yerinə yetirib-yetirmədiyindən şəkk edərsə, vacib ehtiyata əsasən onları qəza etməlidir.
Məsələ 1402: Əgər oğullardan hansının böyük oğul olduğu məlum olmasa, atanın namazını qəza etmək oğullardan heç birinə vacib deyildir. Amma onun namazlarını öz aralarında bölüşdürmələri ya da onları yerinə yetirəni təyin etmək üçün, aralarında qürə çəkmələri (püşk atmaları) ehtiyat-müstəhəbbdir.
Məsələ 1403: Əgər meyit namazlarının qəzası üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, əcir onları səhih bir şəkildə yerinə yetirdikdən sonra, artıq böyük oğula bir şey vacib olmaz.
Məsələ 1404: Əgər böyük oğul anasının qəza namazlarını qılmaq istəyərsə, namazı ucadan və alçaqdan oxumaq xüsusunda öz təklifinə əməl etməlidir. Belə ki, anasının sübh, şam və xiftən namazlarının qəzasını ucadan qılması lazımdır.
Məsələ 1405: Özünün də qəza namazı olan şəxs, əgər ata-anasının da namazlarını qəza etmək istəyərsə, hansını əvvəl yerinə yetirsə səhihdir.
Məsələ 1406: Əgər böyük oğul atası ölən vaxt nabaliğ (yəni həddi-buluğa çatmamış) ya dəli olsa, baliğ ya ağıllı olandan sonra, atanın qəza namazı ona vacib deyildir.
 Məsələ 1407: Əgər böyük oğul atasının namazını qəza etməmişdən qabaq ölsə, ikinci oğula heç nə vacib deyil.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı İzahlı Şəriət Məsələləri
Top