Məsələ 620: Meyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi lazımdır.
Məsələ 621: Əgər meyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.
Məsələ 622: Meyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı üstə uzandırılmalıdır.
Məsələ 623: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar.
Məsələ 624: Düşmənin, meyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi tərzdə onu dənizə atmalıdırlar.
Məsələ 625: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə, meyitin malının əslindən götürə bilərlər.
Məsələ 626: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır.
Məsələ 627: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin dəfni caiz deyildir.
Məsələ 628: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən yerlərdə) dəfn edilməsi caiz deyildir
Məsələ 629: Meyiti qəsb olan yerdə və məscid kimi meyitin dəfnindən başqa bir şey üçün vəqf olan yerdə dəfn etmək caiz deyildir.
Məsələ 630: Başqa ölünün qəbrində meyiti dəfn etmək caiz deyil, birinci meyit tamamilə aradan getsə, bu mümkündür.
Məsələ 631: Tük, dırnaq və diş olsa belə, meyitdən ayrılan şey onunla bərabər dəfn edilməlidir. Əgər meyitdən ayrılan şey meyitin dəfn edilməsindən sonra olarsa, o şey meyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn edilməlidir. Amma insandan həyatda ikən, ayrılan dırnaq və dişin dəfn edilməsi müstəhəbbdir.
Məsələ 632: Əgər bir şəxs quyuda ölsə və çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlasınlar və o quyunu onun üçün qəbir qərar versinlər.
Məsələ 633: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalmağı ana üçün təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz qalsalar, eybi yoxdur. Amma əgər bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Əgər bu da mümkün deyildirsə, bacaran məhrəm bir kişi onu çıxarmalı və əgər bu da mümkün olmasa, bacaran naməhrəm bir kişi uşağı xaricə çıxarmalıdır. Bir surətdə ki, o da tapılmasa, bacarmayan bir şəxs, uşağı xaricə çıxara bilər.
Məsələ 634: Əgər qadın ölər və uşaq onun bətnində canlı qalarsa, uşağın diri qalacağına ümid olmasa da belə, vücudun, uşağın salamatçılığı üçün daha uyğun olan qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər.
Məsələ 635: Müstəhəbbdir ki, qəbri orta boylu insanın boyu ölçüsündə qazsınlar və meyiti yaxın qəbiristanlıqda dəfn etsinlər. Əgər uzaq qəbiristanlıqda yaxşı adamlar dəfn olunmuş olsa ya camaat əhli-qübura fatihə verməkdən ötrü oraya çox getsələr, meyiti uzaq qəbiristanda da dəfn etmək olar. Müstəhəbbdir ki, cənazəni qəbirə bir neçə zira (Zira yəni, dirsəkdən barmaqların ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az qəbirə yaxınlaşdırsınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfə də qəbirə qoysunlar. Əgər meyit kişidirsə, üçüncü dəfədə başı qəbrin aşağı tərəfində olacaq şəkildə yerə qoyub, dördüncü dəfədə onu baş tərəfindən qəbirə endirsinlər. Əgər qadındırsa, üçüncü dəfə də qəbrin qiblə tərəfində yerə qoyub yandan qəbirə daxil etsinlər və qəbirə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin meyiti tabutdan aramla götürüb, qəbirə qoymaları, əmr edilən duaları dəfndən qabaq və dəfn arasında oxumaları, meyiti qəbirə qoyduqdan sonra kəfənin bağlarını açmaları, meyitin üzünü torpağın üzərinə qoymaları, başının altına torpaqdan bir yastıq düzəltmələri, arxası üstə aşmaması üçün, meyitin arxasına ağac parçası və ya kəsək qoymaları, qəbri örtməzdən əvvəl sağ əlini sağ çiyninə vurub, sol əllə də meyitin sol çiynindən sıxaraq, ağzını meyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək belə demələri də müstəhəbbdir:
"İsmə', ifhəm ya fulan ibnə fulan".
və «Fulanəbnə-fulan»ın əvəzinə meyitin adını və atasının adını desinlər. Məsələn, onun adı Muhəmməd və atasının adı Əlidirsə, üç dəfə desinlər:
"İsmə', ifhəm ya Muhəmmədəbnə Əliyyin".
Ondan sonra desinlər: «Həl əntə ələ ləhdilləzi, fərəqtənə ələyhi min şəhadəti ən lə iləhə illəllahu vəhdədu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu ələyhi alihi əbduhu və rəsuluh və səyyidun nəbiyyinə və xatəmul mursəlinə, və ənnə Əliyyən əmirəlmumininə və səyyidul vəsiyyinə və imamun iftərəzə əllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl Husəynə və Əliyyəbnəl Husəyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl həsənəbnə Əliyyin vəl Qaiməl huccətəl Məhdi səlavatullahi ələyhim əimmətul mumininə və hucəcullahi ələlxəlqi əcməin və əimmətukə əimmətu hudən bikə əbrar, ya fulan əbnə fulan».
«Fulanəbnə-fulan»ın yerinə meyitin adını və atasının adını desin və sonra desin:
"İza ətəkəl mələkənil muqənabəni rəsuləyni min indilləhi təbarəkə və təala və səələkə ən rabbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən əimmətikə fəla təxəf və la təhzən və qul fi cəvabihimə əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi. Vəl isləmu dini vəlquranu kitabi. Vəlkəbətu qibləti və əmirul mumininə Əliyyubnu əbi Talibin imami vəl Həsənubnu əliyyi əl muctəba imami vəl Husəynubnu əliyyişəhidu bi Kərbala imami və əliyyun Zəynulabidinə imami və Muhəmmədu Baqiru imami və Cəfərussadiqu imami və Musa əl Kazimu imami və Əliyyur-riza imami və Muhəmmədul Cəvadu imami və Əliyyul Hadi imami vəl Həsənul Əsgəri imami vəl Huccətul muntəzəru imami həuləi sələvatullahi ələyhim əimməti və sadəti və qadəti və şufəai bihim ətəvəlla və min ədaihim ətəbənəu fiddunya vəl axirə, summə iləm ya fulanəbnə fulanin".
«Fulanəbnə-fulan»ın yerinə meyitin adını, atasının adını deyib, sonra desin:
"İnnəllahə təbarəkə və təala nimənəbu, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi nimə ənəsul, və ənnə Əliyyibnə əbi Talibin və auladəhul məsuminəl əimmətəl isna əşərə niməl əimmə və ənnə mə cəə bihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl mautə həqqun. Və sualə munkərin və nəkirin fil qəbri həqqun vəl bəsə həqqun vənnuşurə həqqun vəssiratə həqqun, vəlmizanə həqqun. Və tətayurəl kutubi həqqun, və ənnəl cənnətə həqqun, vənnarə həqqun, və ənnassaətə atiyətun lə rəybə fihə ənnəllahə yəbəsu mən fil qubur".
Sonra desin: "Əfəhimtə ya fulan"; və «fulan»ın yerinə meyitin adını desin və ondan sonra desin: «Səbbətəkəllahu bilqaulissabiti və hədakəllahu ilə siratim-mustəqim, ənəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqənin min rəhmətih» və sonra desin: "Əllahummə cafil-ərzə ən cənbəyhi və əsid biruhihi iləykə vələqqihi minkə burhanən. Əllahummə əfvəkə əfvək".
Məsələ 636: Müstəhəbbdir ki, meyiti qəbirə qoyan şəxs, təharətli, başaçıq və ayaqyalın olsun, meyitin ayaq tərəfindən qəbirdən çıxsın. Meyitin qohumlarından iştirak edən şəxslər əllərinin arxası ilə qəbirə torpaq töküb desinlər: "İnna lilləhi və innə iləyhi raciun".
Əgər meyit qadındırsa, ona məhrəm olan şəxs qəbirə qoysun. Əgər məhrəm olmasa, digər qohumlarının onu qəbirə qoymaları müstəhəbbdir.
Məsələ 637: Qəbiri kvadrat şəklində düzəltmək, yer səviyyəsindən dörd barmaq qədərincə yüksəltmək, səhv düşməməsinə görə üzərinə bir nişanə qoymaq, qəbirin üzərinə su səpmək, suyu səpdikdən sonra orada olanların əllərini qəbirin üzərinə qoyub, barmaqlarını açaraq qəbirə batırıb yeddi dəfə «Qədr» surəsini oxumaları, meyitin bağışlanmasını Allahdan diləmələri və bu duaları oxumaları müstəhəbbdir:
Əllahummə cafil-ərzə ən cənbəyhi və əsid iləykə ruhəhu və ləqqihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə mə tuğnihi bihi ən rəhməti mən sivakə.
Məsələ 638: Meyiti dəfn edən şəxslər getdikdən sonra meyitin vəlisi ya meyitin vəlisindən icazəsi olan şəxsin, həmçinin şəxsin özünün, göstərilmiş duaları meyitə təlqin etməsi, müstəhəbbdir.
Məsələ 639: Dəfndən sonra əza (matəm) sahiblərinə başsağlığı vermək müstəhəbbdir. Amma bir müddət keçər və başsağlığı verməklə yaslarını xatırlayacaqlarsa, onu etməmək daha yaxşıdır. Həmçinin üç günə qədər meyit sahibinin evinə yemək göndərmək müstəhəbb olar. Onların yanında və mənzillərində yemək yemək məkruhdur.
Məsələ 640: İnsanın öz qohumlarının ölümündə və xüsusən, övladının ölümündə səbr etməsi, meyiti xatırladığı vaxt "İnnə lilləhi və innə iləyhi raciun" deməsi, meyit üçün Quran oxuması müstəhəbbdir. Ata-ananın qəbrində Allah-təaladan hacətini diləməsi və tez xarab olmamasına görə, qəbiri möhkəm düzəltməsi müstəhəbbdir.
Məsələ 641: Ehtiyata əsasən caiz deyildir ki, insan bir kəsin ölümündə üzünü və bədənini cırsın və saçlarını yolsun, amma üzə və başa vurmaq, əqvaya əsasən caizdir.
Məsələ 642: Ata və qardaşın ölümündən başqa, yaxa cırmaq, ehtiyata əsasən caiz deyil. Müstəhəbb ehtiyat odur ki, onların müsibətlərində də yaxa cırmasınlar.
Məsələ 643: Əgər qadın meyitin əzasında üzünü cırsa və qanatsa ya saçlarını yolsa, müstəhəbb ehtiyat odur ki, bir bəndə azad etsin ya on fəqirə təam versin və ya geyindirsin. Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya libasını cırsa, eyni hökmü daşıyır.
Məsələ 644: Meyitə ağlarkən səsi çox ucaltmaq ehtiyat müstəhəbbdir.
Məsələ 645: Meyitin qəbirə qoyulduğu ilk gecə, iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. İkinci rükətdən ibarət olan bu namazın qılınma tərzi belədir: Birinci rükətdə Həmddən sonra bir dəfə «Ayətəl-kürsi», ikinci rükətdə də Həmddən sonra on dəfə «Qədr» surəsi oxunulur. Namazın salamından sonra belə deyilir:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəbəs səvabəha ilə qabri fulan. «Fulan» kəlməsinin yerinə meyitin adını deməlidirlər.
Məsələ 646: Vəhşət namazı, meyitin qəbirə qoyulduğu ilk gecənin hər zamanında qılına bilər. Amma gecənin əvvəlində və xiftən namazından sonra qılmaq daha yaxşıdır.
Məsələ 647: Əgər meyiti uzaq bir şəhərə aparmaq istəklərsə və ya başqa bir səbəbdən onun dəfni təxirə salınarsa, vəhşət namazını da söyləndiyi tərzdə meyitin qəbirə qoyulduğu ilk gecəyə qədər təxirə salmaları gərəkdir.