Məzarı açmaq

Məzarı açmaq

Məsələ 648: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.
Məsələ 649: İmamzadələrin, şəhidlərin, alimlərin və salehlərin qəbrini xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, hörmətsizlik sayılsa belə, haramdır.
Məsələ 650: Bir neçə vəziyyətdə qəbri açmaq haram deyildir:
1. Meyit qəsb edilmiş bir yerdə dəfn olunmuşdursa və yer sahibi onun qəbirdə qalmasına razı olmazsa;
2. Kəfən və ya meyitlə dəfn edilən başqa bir şey qəsbi olar və onun qəbirdə qalmasına sahibi razı olmasa; Həmçinin meyitin varislərə çatacağı malı meyitlə birgə dəfn edilir və varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər meyit bir dua, Quran və ya üzüyün onunla dəfn edilməsinə vəsiyyət etmişdirsə və onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbiri aça bilməzlər. Həmçinin bəzi hallarda da, meyitin qəsb edilmiş bir yerdə və ya qəsb edilmiş kəfənlə dəfn edildiyi ya da qəsb edilmiş bir şey meyitlə dəfn olunduqda, meyitin qəbiri açıla bilməz. Amma bu hökmlərin geniş izahatı bəzi kitablarda mövcuddur.
3.  Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyit qüslsüz ya kəfənsiz dəfn olunmuş olsa ya qüslün batil olmasını başa düşsələr ya şəri qaydada kəfənə bükülmədiyini ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr.
4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyitin bədənini görmək istəsələr.
5. Meyiti kafir qəbiristanlığında və ya zir-zibil tökülən bir yerdə dəfn etmək kimi, ona hörmətsizlik olan bir yerdə dəfn etmişdirlərsə;
6. Qarnında canlı uşaq olduğu halda dəfn edilmiş olan hamilə bir qadının uşağını çıxarmaq kimi şəri baxımdan, qəbiri açmaqdan daha əhəmiyyətli olan bir mətləb üçün, qəbiri açmaq lazımdırsa;
7. Meyitin bədənini yırtıcı heyvanın parçalayacağından, sel aparacağından və ya düşmənin çıxaracağından qorxarlarsa;
8.  Meyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu həmin yerə aparmaq hörmətsizliyə səbəb olmadığı halda, qəsdən və ya unudularaq həmin yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, qəbiri açıb meyitin bədənini müqəddəs yerə apara bilərlər.

Top