Məsələ 600: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyitinə, namaz qılmaq vacibdir.
Məsələ 601: Altı yaşı tamam olmamış, namazı tanıyan uşağa namaz qılmaq, ehtiyata əsasən lazımdır. Əgər tanımırsa, rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq
dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb deyildir.
Məsələ 602: Meyitin namazı, onun qüsl, kəfən və hənutundan sonra qılınmalıdır. Əgər bunlardan qabaq və ya sonra qılınarsa, və bu məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir.
Məsələ 603: Meyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü ya təyəmmümlü olması və bədəninin ya libasının pak olması lazım deyil. Əgər onun libası qəsbi olsa da, eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha yaxşıdır.
Məsələ 604: Meyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyitin, onun qarşısında arxası üstə uzandırılması, belə ki, meyitin başının namaz qılanın sağ tərəfində və ayaqlarının namaz qılanın sol tərəfində olması vacibdir.
Məsələ 605: Namaz qılanın məkanının qəsbi olmaması və meyitin yerindən hündür olmaması ehtiyat müstəhəbbdir. Amma alçaq və yuxarı olmağının eybi yoxdur.
Məsələ 606: Namaz qılan şəxs meyitdən uzaq olmamalıdır. Amma meyit namazını camaatla qılan şəxs, meyitdən uzaq olsa belə, sıralar bir-birinə bitişikdirsə, eybi yoxdur.
Məsələ 607: Namaz qılan meyitin müqabilində dayanmalıdır. Amma əgər namaz camaatla qılınar və camaatın sıralan meyitin hər iki tərəfindən keçsə, meyitin müqabilində olmayan namaz qılanların namazının eybi yoxdur.
Məsələ 608: Namaz qılanla meyit arasında ehtiyata əsasən, gərək pərdə, divar və ya bu kimi şeylər olmasın. Amma əgər meyit tabutda ya bu kimi şeydə olsa, eybi yoxdur.
Məsələ 609: Namaz qılan vaxtda gərək meyitin övrəti örtülmüş olsun, əgər onu kəfənə bükmək mümkün deyilsə, gərək övrətini taxta, kərpic və bu kimi şeylə də olsa, örtsünlər.
Məsələ 610: Meyit namazı ayaq üstə və qürbət qəsdi ilə qılınmalı və niyyət zamanı meyit müəyyən edilməlidir, məsələn, «bu meyitin namazını qılıram» — deyə niyyət edilməlidir.
Məsələ 611: Əgər ayaq üstə namaz qılmaq üçün bir nəfər tapılmasa, meyitə oturduğu yerdə namaz qılmaq olar.
Məsələ 612: Əgər meyit, müəyyən bir şəxsin onun namazının qılmasını vəsiyyət etmişdirsə, o şəxsin meyitin vəlisindən icazə alması ehtiyat-müstəhəbbdir.
Məsələ 613: Meyitə bir neçə dəfə namaz qılmaq məkruhdur, amma əgər meyit əhli-elm və təqvalı olsa, məkruh deyil.
Məsələ 614: Əgər meyit, qəsdən və ya unudaraq ya da başqa bir səbəbdən namaz qılınmadan dəfn edilərsə yaxud dəfn edildikdən sonra onun üçün qılınan namazın batil olduğu məlum olarsa, onun namazını qılmaq üçün qəbrini açmaq caiz deyildir. Amma cəsədi dağılıncaya qədər, meyit namazı üçün söylənən şərtlərlə, rəca qəsdi ilə qəbrinə namaz qılmağın eybi yoxdur.
MEYİT NAMAZININ GÖSTƏRİŞİ
Məsələ 615: Meyit namazının beş təkbiri var: Əgər namaz qılan şəxs beş təkbiri bu tərtiblə desə kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:
Əşhədu ən lə iləhə illəllah və ənnə Muhəmmədən rəsulullah.
İkincinci təkbirdən sonra desin:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.
Üçüncü təkbirdən sonra desin:
Əllahumməğfir lilmumininə vəl muminat
Dördüncü təkbirdən sonra desin:
Əllahumməğfir lihəzəl məyyit.
Əgər qadındırsa, dördüncü təkbirdən sonra desin:
Əllahumməğfir lihəzihil məyyit.
və sonra beşinci təkbiri desin, «bununla da namaz bitir».
Daha yaxşı odur ki, birinci təkbirdən sonra:
Əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil həqqi bəşirən və nəzirən bəynə yədəyi əssaə.
deməsi, ikinci təkbirdən sonra da:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, varhəm Muhəmmədən və ali Muhəmməd kəəfzəli mə salləytə və barəktə və tərəhhəmtə əla İbrahim və ali İbrahim innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyəi vəl mursəlin vəşşuhədai vəssiddiqin və cəmii ibadilləhissalihin.
deməsi, üçüncü təkbirdən sonra isə:
Əllahumməğfir lilmumininə vəl-muminat vəlmusliminə vəlmuslimat ələhyai minhum vəl-əmvat tabibəynənə və bəynəhum bilxəyrat innəkə mucibuddəəvat innəkə əla kulli şəyin qədir.
deməsi və meyit kişidirsə, dördüncü təkbirdən sonra:
Əllahummə innə həzə əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bih, əllahummə innə la nələmu minhu illa xəyrən və əntə ələmu bihi minnə, əllahummə in kənə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəz ənhu vəğfir ləhu əllahumməcəlhu indəkə fi əla illiyyin vəxluf əla əhlihi fil ğabirin vərhəmhu bi rəhmətikə yə ərhəmər-rahimin.
deməsi və əgər qadındırsa, dördüncü təkbirdən sonra:
Əllahümmə innə həzihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə xəyru mənzulin bih, əllahummə innə lə nələmu minhə illa xəyrən, və əntə ələmu biha minnə, əllahummə ən kənət muhsinətən fəzid fi ihsənihə, və in kənət musiətən fətəcəvəz ənhə, vəğfir ləhə, əllahummə-cəlhə indəkə fi əla illiyyin vəxluf ələ əhlihə fil ğabirin, vərhəmhə birəhmətikə yə ərhəmərrahimin. deməsi daha yaxşıdır. Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da meyit namazı bitər.
Məsələ 616: Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə ardıcıl oxunmalıdır.
Məsələ 617: Meyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə qılsa, təkbir və duaları özü oxumalıdır.
MEYİT NAMAZININ MÜSTƏHƏBBATI
Məsələ 618: Bir neçə şey meyit namazında müstəhəbbdir:
1. Meyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyit namazına çatmamasından qorxarsa, təyəmmüm etməlidir.
2. Əgər meyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, meyitin namazını qılan şəxsin qamətini orta qismində, əgər meyit qadındırsa, sinəsinin müqabilində dayanması;
3. Ayaqyalın namaz qılması.
4. Hər təkbirdə əllərini yuxarı qaldırması.
5. Meyitlə arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək miqdarda az olması;
6. Meyit namazının camaatla qılınması;
7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan oxusunlar.
8. Camaatla qılınan meyit namazında məmumun, bir nəfər olsa belə, imamın arxasında durması;
9. Namaz qılanın meyiti və möminləri çox dua etməsi;
10. Camaat namazında, namazdan qabaq üç dəfə "Əssalat" deməsi.
11. Meyit namazını, xalqın meyit namazı qılmaq üçün daha çox getdikləri yerdə qılmaları;
12. Meyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz qılanların sıralarına qatılmaması;
Məsələ 619: Məscidlərdə meyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.