Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyit qüslü.
6. Meyit qüslü.
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.
Heyz, hər ayda bir neçə gün qadınların rəhmindən xaric olan qandır. Heyz qanı gördüyü zaman, qadına «haiz» deyilir.
Məsələ 440: Heyz qanı çox vaxt qatı, isti, qara rəngli yaxud qırmızı olur və təzyiqlə və bir az da yandırıcı halda xaric olur.
Məsələ 441: Qadınların altmış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. Qüreyş nəslindən olmayan qadınların, əlli yaşından sonra altmış yaşının tamam olmasına qədər əlli yaşından qabaq gördükləri təqdirdə mütləq olaraq heyz hökmündə olan bir qan görülərsə heyzliyə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbbdir.
Məsələ 442: Doqquz yaşı tamam olmamışdan qabaq qızın gördüyü qan, heyz deyildir.
Məsələ 443: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə və hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görürsə, ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazə ilə lazım olan işləri də etməlidir.
Məsələ 444: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri olmayan bir qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olmuş olsa, onun heyz olma hökmü, mübahisəlidir. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı anlaşılır.
Məsələ 445: Altmış yaşı olub-olmamasından şəkk edən bir qadın, əgər bir qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşını tamamlandığını əsas götürməlidir.
Məsələ 446: Heyz müddəti üç gündən az və on gündən çox olmur. Uç gündən az olsa da belə heyz deyildir.
Məsələ 447: Heyzin əvvəlinci üç günü az olmalıdır. Belə ki, əgər məsələn; iki gün qan görür, bir gün pak olur və yenidən bir gün qan görürsə, heyz deyildir.
Məsələ 448: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması gərəkli deyildir. Fərcin daxilində qan olursa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.
Məsələ 449: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci günün sübhünün əvvəlindən üçüncü günün axşamına qədər, ardıcıl qan gəlir və əsla kəsilməzsə, heyzdir. Yenə əgər birinci günün ortalarında başlayar və dördüncü gün eyni vaxtda kəsilərsə də, eyni hökmü daşıyır.
Məsələ 450: Əgər üç gün dalbadal qan görüb kəsildikdən sonra təkrar qan görər və qan gördüyü və arada pak olduğu günlər üst-üstə on gündən çox olmazsa, qan gördüyü günlər heyzdir. Arada pak olduğu günlərdə isə vacib ehtiyata görə həm pak qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan şeylərdən çəkinməlidir.
Məsələ 451: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan bir qan görür və o qanın çiban və ya yara, yoxsa heyz qanımı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir.
Məsələ 452: Əgər qadın yara və ya heyz qanı olduğunu bilmədiyi bir qan görürsə, əvvəlki halı heyz olmamışdırsa ibadətlərin yerinə yetirməlidir.
Məsələ 453: Əgər qadın bir qan görür və heyz qanı, yoxsa istihazə qanımı olduğundan şəkk edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir.
Məsələ 454: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görürsə, özünü yoxlamalı, yəni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalı, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.
Məsələ 455: Əgər üç gündən az qan görər və pak olduqdan sonra yenidən üç gün qan görərsə, ikinci qan heyzdir və birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz deyildir.
Məsələ 456: Heyzli qadına aşağıda sadalanan işlər haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmüm yerinə yetirilməsi lazım olan ibadətlər. Lakin meyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.
2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı.
3. Sünnət yerinə qədər daxil olub məni gəlməsə də belə, qabaqdan cima etmək həm qadına həm də kişiyə haramdır.
Hətta vacib ehtiyata əsasən sünnət yerindən azını da daxil etməməlidir. Həmçinin əgər qadın razı olmasa, ehtiyata əsasən istər heyzli halda olsun, istərsə də olmasın, qadınla arxadan əlaqədə olmaq olmaz.
Məsələ 457: Qadının heyz olduğu qəti olaraq bəlli olmadığı, amma şərən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən qadın (göstərişi daha sonra açıqlanacaq şəkildə) gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 458: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Müstəhəbb ehtiyat odur ki, kəffarə də versin. Onun kəffarəsi sonra izah olunacaq.
Məsələ 459: Hayiz qadınla yaxınlıqdan başqa, öpüşmək və oynaşmaq kimi sair ləzzətlərin eybi yoxdur.
Məsələ 460: Heyzli halda yaxınlıq etməyin kəffarəsi birinci qismətdə on səkkiz noxud sikkəli qızıl, ikinci qismətdə doqquz noxud, üçüncü qisimdə dörd noxud və yarımdır. Məsələn, altı gün heyz qanı görən bir qadının əri, birinci və ya ikinci günün gündüz ya gecəsində onunla cima edərsə, on səkkiz noxud sikkəli qızıl, üçüncü və dördüncü günün gündüz və gecəsində doqquz, beşinci və altıncı günün gündüz və gecəsində isə, dörd noxud yarım sikkəli qızıl verməlidir.
Məsələ 461: Əgər sikkəli qızıl vermək mümkün olmasa, onun qiymətini verməlidir. Əgər qızılın qiyməti cima etdiyi vaxt, fəqirə vermək istədiyi vaxtla fərq etsə, fəqirə vermək istədiyi vaxtın qiyməti ilə hesab olunmalıdır.
Məsələ 462: Əgər bir nəfərə heyzin həm birinci, həm ikinci və həm də üçüncü qismətlərində öz qadını ilə cima etsə, hər üçü üst-üstə otuz bir noxud yarım edən kəffarələri verməlidir.
Məsələ 463: Heyzli qadınla bir neçə dəfə cima edən şəxsin, hər cimadan ötrü bir kəffarə verməsi daha yaxşıdır.
Məsələ 464: Əgər kişi, qadın heyzli olduğunu cima halında ikən başa düşərsə, dərhal ondan ayrılmalıdır. Əgər ayrılmasa, yenə də kəffarə verməsi müstəhəbb-ehtiyatdır.
Məsələ 465: Əgər kişi hayiz qadınla zina edərsə və ya öz əyalı olduğunu güman edib, naməhrəm hayiz qadınla cima edərsə, kəffarə verməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 466: Bir şəxs hökmü bilməmək və ya unutqanlıq üzündən bir qadınla heyzli olduğu halda yaxınlıq edərsə, kəffarəsi yoxdur.
Məsələ 467: Əgər kişi, qadının hayiz olduğunu bilib, onunla cima edər və sonra da hayiz olmadığı məlum olarsa, kəffarəsi yoxdur.
Məsələ 468: Heyz halında ikən qadını boşamaq, boşanma hökmlərində izah olunacağı kimi, batildir.
Məsələ 469: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi işğallıdır.
Məsələ 470: Əgər qadın namazın əsnasında hayiz olsa, namazı batildir.
Məsələ 471: Əgər qadın namaz əsnasında hayiz olub-olmamasından şəkk edərsə, namazı səhihdir. Amma namazdan sonra, namazın əsnasında hayiz olduğunu başa düşərsə, qıldığı namaz batildir.
Məsələ 472: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz ya qüsllə və ya təyəmmüm ilə yerinə yetirən digər ibadətləri üçün qüsl etməsi vacibdir. Heyz qüslü, cənabət qüslü kimi yerinə yetirir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 473: Qadını, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, boşamaq səhihdir və əri də onunla cima edə bilər. Amma cimanın fərcin yuyulduqdan sonra edilməsi lazım-ehtiyata əsasəndir. Habelə qüsl etməzdən qabaq, onunla cima etməkdən çəkinməsi ehtiyat-müstəhəbbdir. Amma məsciddə dayanmaq və Quranın yazısına toxunmaq kimi heyzli olduğu zaman ona haram olan şeylər, qüsl etməyincə halal olmaz.
Məsələ 474: Əgər su dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa, bu halda qüsl etməlidir. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır. Amma əgər su yalnız dəstəmaza yetəcək miqdarda olur və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır. Həmçinin qüsl əvəzi olaraq, təyəmmüm də etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Həmçinin daha yaxşı odur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.
Məsələ 475: Qadının heyzli olduğu zamanlar qılmadığı namazların qəzası yoxdur. Amma heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin lazım ehtiyata əsasən, nəzir səbəbiylə müəyyən vaxtda vacib olub, heyz halında ikən tutmadığı orucları da qəza etməlidir.
Məsələ 476: Əgər namaz vaxtı daxil olsa və qadın namazını təxirə saldığı təqdirdə, heyzli olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin lazım ehtiyata əsasən, namazını təxirə saldığı təqdirdə, hayiz olacağına ehtimal verərsə də, hökm eynidir.
Məsələ 477: Əgər qadın namaz vaxtını təxirə salsa və vaxtın əvvəlindən su ilə təharət saxlayaraq, namaz qıla biləcəyi qədər bir vaxt keçdikdən sonra hayiz olursa, həmin namazın qəzası ona vacibdir. Hətta vacib ehtiyata görə, təyəmmüm edib namaz qıla biləcək qədər bir müddət keçərsə, hökm eynidir. Amma tələsik qılma, yavaş oxuma və digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfəri olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə təharət saxlayıb dörd rükət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra hayiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət saxlayaraq iki rükət namaz qıla biləcək qədər bir müddətin keçməsi kifayətdir.
Məsələ 478: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl və bir rükət namaz qılan qədəri ya bir rükətdən çox vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 479: Əgər hayiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, vacib ehtiyat odur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından başqa, ayrı bir səbəbə görə, vəzifəsi də təyəmmüm etmək olursa, təyəmmüm edib, namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir.
Məsələ 480: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığından şəkk edərsə, namazını qılmalıdır.
Məsələ 481: Əgər hədəsdən pak olub bir rükət qıla biləcək qədər vaxt qalmadığını zənn edib namaz qılmazsa və sonra vaxt olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.
Məsələ 482: Heyzli qadının, namaz vaxtında özünü qandan pak edib, pambıq və dəsmalı dəyişdirərək, dəstəmaz alması və əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməli və namaz yerində qibləyə tərəf oturaraq, zikr, dua və salavata məşğul olması müstəhəbbdir.
Məsələ 483: Quranı oxumaq və yanında saxlamaq, bədənindən bir yeri Quranın xətlərinin arasına toxundurmaq, həna qoymaq kimi şeylər hayiz üçün məkruhdur.
Məsələ 484: Hayiz qadınlar altı qisimdədirlər:
1. Adəti-vəqtiyyə və ədədiyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda bir sayda olar. Məsələn, iki ay dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər.
2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, amma onun heyz günlərinin sayı hər iki ayda bir sayda olmaz, məsələn, iki ay dalbadal hər ayın əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü qandan pak olarlar.
3. Adəti-ədədiyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal da bir sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayda beşindən onuna qədər və ikinci ayda on ikisindən on yeddisinə qədər qan görərlər.
4. Müztəribə olanlar. Belə qadınlar neçə ay qan görər, amma müəyyən bir adət tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır.
5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir.
6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır. Bunların hər birinin müəyyən hökmü vardır ki, gələcək məsələlərdə deyiləcək.
Məsələ 485: Adəti-vəqtiyyə və ədədiyyə sahib olan qadınlar iki qisimdirlər:
1. İki ay dalbadal müəyyən vaxtda heyz qanı görüb, müəyyən vaxtda qandan kəsilən qadın; məsələn, iki ay dalbadal ayın birinci günündən qan görməyə başlayıb, yeddinci günü də pak olur. Bu qadının heyz adəti ayın birindən yeddisinə qədərdir.
2. Qadın iki ay dalbadal öz müəyyən vaxtında heyz qanı görür və üç gün ya çox qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olur və dübarə qan görürsə və qan gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan gördüyü günlərlə və ortada pak olduğu günlər eyni sayda olsa, onun adəti qan gördüyü qədərdir, qan görüb və ortada pak olduğu günlərin toplusu qədər deyil.
Beləliklə lazımdır ki, qan gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun, məsələn, əgər birinci ayda və həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti altı gündür. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir.
Məsələ 486: Adəti-vəqtiyyə sahibi olan qadın (istər adəti-ədədiyyəsi də olsun ya olmasın) əgər adət vaxtında və ya «adətini qabaqlamışdır» deyiləcək şəkildə bir neçə gün vaxtından qabaq qan görərsə (o qan heyz nişanələrini daşımasa belə), heyzli qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.
Məsələ 487: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görür və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, heyz nişanələrini daşımasa belə, yalnız adət günləri heyzdir. Ondan qabaq gördüyü qanlar isə, heyz nişanələrini daşımasa belə istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini tərk etmişdirsə, onları qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görür və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, heyz, qalanı isə istihazədir.
Məsələ 488: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər bir miqdar adəti olan günlərlə birlikdə, bir neçə gün də adət günlərindən qabaq qan görür və bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında gördüyü günlərlə, qabaqkı günlərdən adətinin sayını tamamlayacaq qədərin heyz, ondan qabaqkı günlərini isə istihazə hesab etməlidir. Əgər adət günlərinin bir miqdarı ilə birlikdə, bir neçə gün adətindən sonra qan görürsə və üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında qan gördüyü günlərlə, sonrakı günlərdən adətinin sayını tamamlayacaq qədərini heyz, qalanını isə istihazə hesab etməlidir.
Məsələ 489: Hayiz adəti olan bir qadın əgər üç gün və ya daha çox qan gördükdən sonra paklanar, yenidən qan görərsə, bu iki qangörmə arasındakı fasilənin on gündən az olmasına baxmayaraq, qan gördüyü günlərlə arada paklandığı günlər üst-üstə on gündən çox olarsa, məsələn, beş gün qan görüb, beş gün paklanar və təkrar beş gün qan görərsə, bunun bir neçə şəkli vardır:
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olur və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə heyz və ikinci qanı istihazə hesab etməlidir.
2. Birinci qanı heyz adəti günlərində olmaz, amma ikinci qan bütünlüklə və ya bir miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamısını heyz, birinci qanı istihazə hesab etməlidir.
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olursa, bu halda birinci qanın adət günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan), hər iki qan heyzdir. Arada pak olduğu günlərdə isə ehtiyat olaraq, həm pak qadının görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən çəkinməlidir.
İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adətini qabaqlamışdır» deyilirsə, o da haiz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzliyinə hökm vermək, 2-ci qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar düşməsinə səbəb olursa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn qadının adəti ayın üçündən onuna qədər olur amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən onuna qədər gördüyü qanlar heyz on birindən on beşinə qədəri isə istihazədir.
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olursa və birinci qanın adət günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki miqdarını ondan əvvəlki qandan onun üç gündən olan əskikliyini tamamlayaraq heyz qərar vermək uzaq bir görüş deyildir. Belə ki, ikinci qanın heyz adəti günlərinə düşən miqdarını heyz qərar vermək mümkün olarsa, yəni bu miqdarın hamısı ilk qandan birinci qanın əskikliyini tamamlamaq üçün heyz qərar verilən qan və arada olan paklıq müddəti ilə birlikdə on gündən artıq olmasa, o da heyzdir. Əks təqdirdə ikinci qan istihazədir. Bəzi yerlərdə ilk qanın (yalnız birinci qanın əskikliyini tamamlamaq üçün heyz qərar verilən miqdarını deyil), hamısını heyz saymaq lazım gəlir. Bu isə iki şərtlə
mümkündür:
1) «O qan adətini qabaqlamışdır» — deyiləcək miqdarda adətdən əvvəl olmalı;
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın dördündən onuna qədərdirsə, amma o, ayın dördüncü gününün sonuna qədər qan görür və iki gün pak olur, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın onuncu gününün sonuna qədər olanı heyzdir.
Məsələ 490: Vəqtiyyə və ədədiyyə adətli olan qadın, əgər adət vaxtında qan görməsə və ondan başqa vaxtda heyz günlərinin sayında heyzin nişanələri olan qan görsə, istər adət vaxtından qabaq olsun, istər ondan sonra olsun, gərək onu heyz qərar versin.
Məsələ 491: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün yaxud daha çox qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az ya çox olsa və pak olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır:
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmamalıdır. Bu halda o iki qanın cəmi, birlikdə bir heyz sayılır.
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri ayrı bir heyz sayılar.
3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
Məsələ 492: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan görürsə, adət günlərində gördüyü qan heyz nişanələri olmasa belə, heyzdir. Adət günlərindən sonra gördüyü qan isə heyz xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; heyz adət ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər qan görürsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir.
Məsələ 493: Vaxt sarıdan adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki qisimdir:
1. İki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay dalbadal ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü qəbul etməlidir. 2. İki ay dalbadal müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir.
Məsələ 494: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq qan görərsə, hayiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin geniş açıqlanması 486-cı məsələdə zikr edilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə, gördüyü qan heyz nişanələrini daşıyırsa, hayiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli qadına haram olan əməllərdən çəkinməlidir. Məsələ 495: Adəti-vəqtiyyəsi olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın miqdarı on gündən çox olsa, heyzin miqdarını onun nişanələrinin vasitəsilə təyin edə bilməsə, əhvət odur ki, qohumlarından bəzisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istər ana, istər diri olsun, istər ölü, amma iki şərtlə:
1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsə, məsələn, özü cavan və səhhəti qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə ya isə yaşına yaxın olsun ki, adətən onun miqdarı az olur və bu halın əksində də bu cürdür.
2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi olduğunu bilməsə; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. Həmçinin adəti-vəqtiyyəsi olan qadın əgər adət vaxtında qan görməsə və bu vaxtdan başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə bilməsə, eyni hökmü daşıyır.
Məsələ 496: Adəti-vəqtiyyə sahibi olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə bilməz. Demək, əgər onun adətinin başlama vaxtı məlum olsa, məsələn, hər ay birinci gündən qan görmüş olsa və gah beşinci gün, gah da altıncı gün pak olsa, belə ki, bir ay on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. Əgər onun adətinin ortası və ya sonu məlum olarsa, on gündən artıq qan gördüyü təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtı ilə müvafiq bir şəkildə qərar verməlidir.
Məsələ 497: Adəti-vəqtiyyəsi olan qadın on gündən artıq qan görərsə və 495-ci məsələdə açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, məsələn; qanı heyz nişanələrini daşımasa və ya əvvəl söylənən iki şərtdən birinə sahib olmasa, üç gündən on günə qədər heyz miqdarı ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. Arıma əgər altı və səkkiz gün kimi, yeddi günü də özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun olması labüddür.
Məşələ 498: Adəti-ədədiyyəsi olan qadınlar iki qisimdir:
1. İki ay dalbadal heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə müddəti eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar.
2. İki ay dalbadal üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan sonra, yenidən qan görən, lakin birinci və ikinci gündə qangörmə vaxtı fərqli qadın; bu xüsusda əgər hər iki ayda qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına vacib olan işləri yerinə yetirməli, hayiz olan qadına haram olan işlərdən də çəkinməlidir. Məsələn; birinci ay ayın birinci günündən üçüncü gününə qədər qan görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, yenə də ikinci ay ayın on birindən on üçünə qədər qan görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb-paklanır, sonra yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə səkkiz gün olarsa, zahir budur ki, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq müztəribə hesab olunur.
Məsələ 499: Adəti-ədədiyyəsi olan bir qadın, əgər öz adət sayından az və ya çox qan görür və müddət on gündən artıq olmursa, bütün onları heyz qərar verməlidir. Amma əgər öz adətinin sayından çox qan görsə və bu müddət on gündən çox olarsa, gördüyü bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan etibarən adət günlərinin sayını heyz, qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən az olsa, o günləri, üst-üstə hesablandığı zaman adət günlərinin sayının miqdarında olan bir neçə günlərlə birlikdə heyz, qalanını isə istihazə hesab etməlidir.
Məsələ 500: «Müztəribə» — yəni neçə ay qan görmüş, lakin, nə vaxt cəhətindən, nə də sayı cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olarsa, yəni onların hamısı heyz nişanələrini, ya da istihazə nişanələrini daşıyarsa, bu qadın öz adət vaxtından kənar qan görüb, heyzi istihazədən ayırd edə bilməyən, adəti-vəqtiyyə sahibi olan qadının hökmünü daşıyır. Belə ki, ehtiyata əsasən bu qadın öz qohumlarının bəzisinin adətini özü üçün heyz qərar verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 495 və 497-ci məsələdə deyildiyi kimi, üç günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir.
Məsələ 501: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər qanın heyz nişanəsi olan günləri üç gündən az və on gündən çox olmasa, onu bütövlükdə heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər üç gündən az və ya on gündən çox olarsa, heyzin sayında əvvəlki məsələlərdə deyilən göstərişlərə müvafiq olaraq, əməl etməlidir. Əgər heyz qəbul edilən qanın üzərindən on gün keçməmiş yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, onu istihazə hesab etməsi uzaq bir görüş deyildir.
Məsələ 502: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olursa, 495-ci şəkildə deyilən iki şərtlə gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar versin. Əgər bu mümkün olmasa, 497-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir.
Məsələ 503: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər günü istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar verməlidir.
Məsələ 504: Mübtədiə, əgər on gündən artıq bir qan görsə, ondan bir neçə günü heyz nişanəsi və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az olarsa, gərək onu heyz qərar versin və onun sayında 501-ci məsələdə deyilmiş göstərişə əməl etsin.
Məsələ 505: Nasiyə — öz adətini unudan qadına deyilir. Onlar bir neçə qisimdir:
1) Say baxımından adət sahibi olur və öz adətini unudur; belə bir qadın əgər üç gündən az və on gündən çox olmayan bir qan görürsə, onun hamısını heyz saymalıdır. Əgər gördüyü qan on gündən çox olarsa, onun hökmü 500 və 501-ci məsələlərdə izah olunan müztəribənin hökmü ilə eynidir. Ancaq bu fərqlə ki, heyz hesab etdiyi miqdar onun heyzinin sayının ondan az olmadığını bildiyi bir miqdardan az olmasın. Yenə də onun heyz miqdarının ondan artıq olmadığını bildiyi bir miqdardan artığını heyz saya bilməz. Bunun bənzərini əskik sayı adətində də əməl etmək lazım gəlir, yəni adət sayı üç gündən artıq və on gündən az olmaq arasında dəyişən bir qadın, habelə hər ay ya altı gün, ya yeddi gün qan görən bir qadın on gündən artıq qan gördüyü zaman, heyz xüsusiyyətlərini və ya qohumlarından bəzisinin adətini əsas götürərək, ya da bir sayı seçərək, bu iki saydan az bir miqdarı və ya çox miqdarı heyz qəbul edə bilməz.
Məsələ 506: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk etsinlər və belə ki, sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri qəza etsinlər.
Məsələ 507: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtın da olsun, istər heyzin ədədində və ya həm vaxtı həm də sayı baxımından adət sahibi olsun, əgər iki ay dalbadal öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı həm də sayı eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın birindən yeddisinə qədər qan görür və paklanırdısa, əgər iki ayın onundan on yeddisinə qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.
Məsələ 508: Bir aydan məqsəd, qan görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil.
Məsələ 509: Normal olaraq ayda bir dəfə qan görən bir qadın, əgər bir ayda iki dəfə qan görər və onların hər ikisi də heyz nişanələrini daşıyarsa, orada pak olduğu günlərin sayı on gündən az olmasa, hər ikisi də heyz hesab etməlidir.
Məsələ 510: Əgər üç gün və daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı heyz saymalıdır.
Məsələ 511: Əgər qadın on gündən qabaq paklanar və batində qan qalmadığını bilərsə, on gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini zənn etsə belə, ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa da, əvvəl deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan şeyləri də tərk etməlidir.
Məsələ 512: Əgər qadın on gün tamam olmamış paklanar və içəridə qan olduğuna ehtimal verərsə, fərcinə bir az pambıq salıb, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə qadınlar arasında normal sayılan heyz zamanı pak olduqları müxtəsər miqdardan çoxunu). Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa, sarı rəngli su belə bulaşmış olsa, əgər heyz adəti yoxdursa və ya adəti on gündürsə ya da adət günləri hələ tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu günün başında paklanacağını bilirsə, qüsl etməməlidir. Əgər qanının on günü keçəcəyinə ehtimal verirsə, ibadətlərini bir gün tərk etməsi müstəhəbb ehtiyatdır. İbadətlərini on günə qədər tərk etməyə davam da edə bilər. Ancaq bu hökm, adətdən əvvəl davamlı olaraq qan görməyən qadına aiddir. Əks təqdirdə adəti keçdikdən sonra ibadətləri tərk etməsi caiz deyildir.
Məsələ 513: Əgər bir qadın bir neçə günü heyz sayıb, ibadət etməz və sonradan o zaman heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər bir neçə günü də «heyz deyil» — zənniylə ibadət edər və sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.