Dəstəmazın səhih olmasında lazım olan şərtlər bunlardan ibarətdir:
1-ci şərt: Dəstəmazın suyu pak olmalıdır. Başqa bir fikirə görə şəri baxımdan pak olsa belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və yara çirki kimi insanın nifrət etdiyi şeylərlə də qatışıq olmamalıdır. Bu görüş ehtiyata uyğundur.
2-ci şərt: Su mütləq olmalıdır.
Məsələ 271: Nəcis və muzaf su ilə dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və ya muzaf olduğunu bilməzsə yaxud unutsa belə, hökm eynidir. Əgər o, dəstəmazla namaz da qılmışsa da, həmin namazı yenidən səhih dəstəmazla qılması gərəkdir.
Məsələ 272: Əgər dəstəmaz alması üçün palçıqlı, muzaf sudan başqa bir su yoxdursa, namazın vaxtı təngdirsə, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır.
3-cü şərt: Dəstəmaz suyu mübah olmalıdır.
Məsələ 273: Qəsb edilmiş olan və ya sahibinin razı olub-olmadığı bəlli olmayan su ilə dəstəmaz almaq haram və batildir. Yenə əgər dəstəmazın suyu üz və əllərindən qəsbi olan bir yerə tökülür və ya dəstəmaz aldığı yer qəsbi olarsa, o yerdən başqa bir yerdə dəstəmaz almaq imkanı yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Bununla birlikdə əgər hər iki təqdirdə də günah işlədib orada dəstəmaz alarsa, dəstəmazı səhihdir.
Məsələ 274: İnsanın hər kəs üçün və ya yalnız o mədrəsənin tələbələri üçün vəqf edildiyini bilmədiyi bir mədrəsənin hovuzundan dəstəmaz almasının normal olaraq xalqın o hovuzun suyundan dəstəmaz aldığı və kimsənin bunu qadağan etmədiyi təqdirdə bir maneçiliyi yoxdur.
Məsələ 275: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun bütün xalq üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər ümumiyyətlə orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alır və bir kimsə də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.
Məsələ 276: Otellərin, balaca bazarların və buna bənzər yerlərin hovuzlarından onlarda yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan kimsələrin də onların suyundan dəstəmaz aldığı və bir kimsənin də bunu qadağan etmədiyi təqdirdə səhihdir.
Məsələ 277: İnsan sahiblərinin razı olduqlarının bilməzsə belə, böyük nəhrlərdən dəstəmaz almağın maneçiliyi yoxdur. Amma əgər onların sahibləri dəstəmaz almağı qadağan edər və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin yerin sahibi uşaq və ya dəli olarsa, onların suyundan dəstəmaz almaması, müstəhəbb ehtiyatdır.
Məsələ 278: Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq ondan dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan kimsə onun qəsb edilmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, dəstəmazı mübahisəlidir.
4-cü şərt: Dəstəmaz suyunun qabı mübah olmalıdır.
5-ci şərt: Vacib ehtiyata görə dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır. Bu iki şərtin izahı sonrakı məsələdə açıqlanacaqdır.
Məsələ 279: Dəstəmaz suyu qəsb edilmiş yaxud qızıl və ya gümüş qabda olarsa, şəxsin ondan başqa bir suyu olmazsa, suyu o qabdan şəri bir yolla ayrı bir qaba boşalda bilərsə, onu boşaldaraq dəstəmaz almaq lazımdır; bu da mümkün deyilsə, təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. Hər iki təqdirdə əgər üsyan edib qəsbi yaxud qızıl və ya gümüş qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı səhihdir.
Məsələ 280: Bir daşı və ya kərpici belə qəsbi olan bir hovuzdan su götürmək, ümumxalqın nəzərində o daşlardan qəsbi yol ilə istifadə etmək sayılmasa, dəstəmaz almağın maneçiliyi yoxdur. İstifadə etmək sayıldığı bir təqdirdə isə ondan su götürmək haramdır. Amma dəstəmazı səhihdir.
Məsələ 281: Əvvəlcədən qəbiristanlıq olub, imamlardan və ya imamzadələrdən birinə aid olan yerdə hovuz düzəldilər və ya oradan çeşmə axıdılarlarsa, insan o su mənbəyinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, həmin hovuz və ya çayda dəstəmaz almağın maneçiliyi yoxdur.
5-ci şərt: Dəstəmaz üzvləri yuma və məsh etmə anında pak olmalıdır.
Məsələ 282: Dəstəmaz tamamlanmadan əvvəl yumuş olduğu və ya məhs etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.
Məsələ 283: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma əgər bövl və ğait məhəllini yumamışsa, əvvəlcə onu paklaması və daha sonra dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 284: Dəstəmaz üzvlərindən biri nəcis olar və, dəstəmaz aldıqdan sonra dəstəmazdan əvvəl oranı yuyub-yumadığından şəkk edərsə, dəstəmaz səhihdir. Amma nəcis olan yeri yuması gərəkdir.
Məsələ 285: Üzündə və ya qollarında qan axması dayanmayan, suyun zərər vermədiyi bir kəsiklik və ya yara olarsa, tərtib üzrə o üzvün sağlam yerlərinin yuduqdan sonra kəsik və ya yara olan yeri kürr və ya axan suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya kəsiyi sıxmalıdır. Beləcə alınan dəstəmaz səhihdir.
7-ci şərt: Dəstəmaz və namaz üçün vaxt yetərli olmalıdır.
Məsələ 286: Dəstəmaz aldığı təqdirdə namazın hamısı və ya bir miqdarı vaxtından sonraya qalacaq qədər vaxt daralmışsa, təyəmmüm etməlidir. Amma əgər dəstəmaz və təyəmmüm üçün eyni ölçüdə vaxt gərəkdirsə, dəstəmaz almalıdır.
Məsələ 287: Namazın vaxtının darlığı üzündən təyəmmüm etməsi lazım gələn bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Quran oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.
8-ci şərt: Qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbi olan və Həqq-təalanın rizası üçün dəstəmaz almalıdır. Əgər sərinləmək üçün və ya ayrı bir məqsədlə dəstəmaz alırsa, batildir.
Məsələ 288: Dəstəmaz niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.
9-cu şərt: Dəstəmazı göstərilən tərtiblə almalı, yəni əvvəlcə üzü, sonra sağ qolu, daha sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Hər iki ayaqları birlikdə məsh etməmək və hətta sol ayağı sağ ayaqdan sonra məsh etmək müstəhəbb ehtiyatdır. 10-cu şərt: Dəstəmaz əməllərini ardıcıl və ara vermədən yerinə yetirmək lazımdır.
Məsələ 289: Dəstəmaz əməlləri arasında ürfün nəzərində ardıcıl sayılmayacaq qədər fasilə verirsə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzr əmələ gəldiyi zaman bu mövzu mötəbər deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olursa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi quruyur, daha ondan əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun nəmliyi və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.
Məsələ 290: Dəstəmazın əməllərini ardıcıl yerinə yetirdiyi halda havanın istiliyi və ya bədənin hərarətin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyursa, dəstəmaz səhihdir.
Məsələ 291: Dəstəmaz arasında yeriməyin maneçiliyi yoxdur, belə ki, əgər üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyir və sonra başını və ayağını məsh edərsə, dəstəmazı səhihdir.
11-ci şərt: Üz və qollarının yuyulması ilə baş və ayaqlarının məshini insanın özü etməlidir. Əgər ayrısı ona dəstəmaz aldırır və ya suyu üz və qollarına tökərsə və ya başını və ayağını məsh etməkdə ona kömək edərsə, dəstəmazı batildir.
Məsələ 292: Özü dəstəmaz ala bilməyən şəxs yuma və məsh etmədə iki nəfər ortaqlaşsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət istəsə də imkanı olub və halına zərər verməzsə, ödəməsi lazımdır. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də müşarikət etməsi mümkün olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman niyyətini vacib ehtiyat olaraq hər ikisi etməlidir. Əgər özünün məsh etməsi mümkün deyilsə, köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəkməlidir. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi alaraq başını və ayaqlarını məsh etməlidir.
Məsələ 293: Dəstəmazın əməllərində hansını özü təkbaşına edə bilirsə, onu özü etməli və başqasından kömək diləməməlidir.
12-ci şərt: Sudan istifadə etməyin dəstəmaz alan uçun bir maneçiliyi olmamalıdır.
Məsələ 294: Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsə, dəstəmaz almaq məcburi deyildir. Əgər su istifadəsi zamanı ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə suyun ona zərəri varsa, dəstəmazı batildir.
Məsələ 295: Əgər dəstəmazın səhih olacağı az bir miqdarda üz və qollarına su toxundurmasının zərəri olmaz və ondan çoxunun zərəri olarsa, o miqdardakı su ilə dəstəmaz almalıdır.
13-cü şərt: Dəstəmaz üzvlərində suyun bədənə yetişməsinin qarşısını alacaq bir əngəl olmamalıdır.
Məsələ 296: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığını şəkk edirsə, onu götürməli və ya suyun onun altına
çatdırmalıdır.
Məsələ 297: Dırnaq altının kirli olmasının dəstəmaz üçün maneçiliyi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o kirlər suyun dəriyə çatmasına mane törədərsə, dəstəmaz üçün onların təmizlənməsi lazımdır. Yenə əgər dırnaq normadan uzun olarsa, normadan çoxunun altındakı kirləri təmizləmək gərəkdir.
Məsələ 298: Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabarma olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabarma deşilsə də, dərinin altına suyu çatdırması lazım deyil. Hətta əgər qabartının bir bölümünün dərisi soyulsa belə, soyulmamış olan qisminin altına suyu çatdırmaq gərək deyil. Amma soyulmuş dəri bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.
Məsələ 299: İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığından şəkk edərsə, əgər onun ehtimalı camaatın nəzərində yerində bir ehtimal sayılarsa, məsələn, palçıq sulaması etdikdən sonra qoluna palçıq yapışıb-yapışmadığına şəkk edərsə, ona baxmalı və ya olduğu təqdirdə belə, aradan qaldırıldığına və ya suyun onun altına yetişdiyinə əmin oluncaya qədər o üzvü sürtməlidir.
Məsələ 300: Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna bənzər işlərdən sonra əlin üstündə qalan suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsinə şəkk edərsə, onları aradan qaldırması gərəkdir.
Məsələ 301: Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bəzisində suyun dəriyə yetişməsinə bir maneənin olduğunu bilər və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığına şübhə edərsə, dəstəmazı səhihdir.
Məsələ 302: Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən özündən onun altına keçdiyi, bəzən də keçmədiyi bir mane olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyinə şübhə edərsə, dəstəmaz alarkən suyun onun altına keçməsinin müvəffəq olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 303: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə yetişməsinin qarşısını alan maneənin olduğunu gördükdə bu maneənin dəstəmazdan əvvəl ya sonra meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 304: Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun keçməsinin qarşısını alan bir maneənin olub-olmadığı haqqında şəkk edərsə, dəstəmazı səhihdir.