Məsələ 242: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.
Məsələ 243: Üzü uzununa alnın yuxarısından baş tüklərinin çıxdığı yerdən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarını yumaq gərəkdir. Bu miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün bir az ətraflı yumalıdır.
Məsələ 244: Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Yenə əgər alnında tük çıxar və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.
Məsələ 245: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq kir və ya başqa bir şeyin olduğuna ehtimal verirsə, bu ehtimalı ürfün nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.
Məsələ 246: Üzün dərisi saqqalın arasından görünürsə, suyu dəriyə çatdırması gərəkdir. Əgər görünmürsə, saqqalın üzərini yumaq kifayətdir. Suyu saqqalın altına çatdırmaq lazım deyil.
Məsələ 247: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyindən şübhə edərsə, vacib ehtiyat olaraq saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.
Məsələ 248: Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyildir. Amma əgər insan yuyulması lazım olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən kimsə əvvəlcə almış olduğu dəstəmazda gərəkli olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.
Məsələ 249: Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.
Məsələ 250: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa, kifayətdir. Onların üzərindən su axıdılması lazım deyil.
Məsələ 251: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.
Məsələ 252: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır.
Məsələ 253: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs də dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.
Məsələ 254: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Başqa sözlə, əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Yenə dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma təhəqqüq tapmaz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub nəticədə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin gərəkli olduğu görüşü şübhəlidir. Lazım ehtiyat olaraq birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə bir dəfədən çox yumamalıdır.
Məsələ 255: Hər iki əllər yuyulduqdan sonra, gərək başın qabağına əldə qalan dəstəmaz suyunun yaşı ilə məsh çəkmək gərəkdir, ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru çəkilməlidir.
Məsələ 256: Alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəksə kifayətdir. Hərçənd müstəhəbb ehtiyat odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.
Məsələ 257: Başın məshi onun dərisinə lazım deyil, başın ön hissəsindəki tükə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülər, ya başın o biri hissəsinə çatarsa, ya tüklərin dibinə məsh çəkilməli və yaxud başın tüklərini aralayıb dəriyə məsh çəkməlidir. Əgər üzünə tökülən tükləri ya başın başqa yerinə çatan tükləri başın qabağında cələyib onlara məsh çəksə və ya başın başqa yerlərindən gəlmiş tüklərə məsh çəksə, batildir.
Məsələ 258: Başa məsh çəkəndən sonra əldə qalmış dəstəmaz suyunun yaşlığı ilə ayağın üzünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.
Məsələ 259: Ayaq məshinin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç birləşdirilmiş barmağın eni qədəri hətta ayağın bütün üzünə məsh çəkilməsi daha yaxşıdır.
Məsələ 260: Ehtiyat odur ki, ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəksin və yaxud əli oynağa qoyub barmaqların başına qədər çəksin, əli bütünlüklə ayağın üzünə qoyub, az məsh çəkmək doğru olmaz.
Məsələ 261: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı ya ayağı ona çəksən dəstəmaz batildir. Amma əgər əli çəkdiyi vaxtda ayaq ya baş bir müxtəsər hərəkət etsə, eybi yoxdur.
Məsələ 262: Məsh yeri quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər yaş olursa və ya onda olan nəmlik əlin rütubətində həll olacaq qədər az olarsa, eybi yoxdur.
Məsələ 263: Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri-yerdən yaşlıq götürmək və onunla məsh etmək işkallıdır.
Məsələ 264: Yalnız başa məsh çəkmək ölçüsündə əlin içində yaşlıq olsa, vacib ehtiyat odur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.
Məsələ 265: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə vacib ehtiyat odur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm etsin. Əgər arada təqiyyə olsa, corab və ayaqqabının üzərindən məsh kifayət edər.
Məsələ 266: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.
İRTİMASİ DƏSTƏMAZ
Məsələ 267: İrtimasi dəstəmaz insanın üzü və əllərini dəstəmaz qəsdi ilə suya salmasına deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, irtimasi olaraq yuyulan əlin nəmi ilə məşh etməyin eybi yoxdur.
Məsələ 268: İrtimasi dəstəmazda da gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulmuş olsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsan, gərək üzü alın tərəfdən, əlləri isə dirsək tərəfdən suya batırasan.
Məsələ 269: Dəstəmaz üzvlərinin bəzisi üçün irtimasi və bəzisi üçün qeyri-irtimasi dəstəmaz almağın eybi yoxdur.
DƏSTƏMAZ ZAMANI MÜSTƏHƏBB DUALAR
Məsələ 270: Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda belə deməlidir:
Bismillahi və billahi vəlhəmdu lillahil-ləzi cəələ əl maə təhura vələm yəcəlhu nəcisən.
Dəstəmazdan əvvəl əllərini yuyanda desin:
Bismillahi və billahi. Əllahumməcəlni minəttəvvabinə vəcəlni minəl mutəhhirin.
Ağıza su dolduran vaxtda (məzməzə) desin:
Əllahummə ləqqini huccəti yaumə əlqakə və ətliq lisəni bizikrikə.
Buruna su alan vaxt (istinşaq) desin:
Əllahummə la tuhərrim ələyyə rihəl-cənnəti vəcəlni mimmən yəşummu rihəhə və rauhəhə və tibəhə.
Üzü yuyanda desin:
Əllahummə bəyyiz vəchi yaumə təsvəddu fihil vucuhu və lə tusəvvid vəchi yaumə təbyəzzu əlvucuh.
Sağ əli yuyanda desin:
Əllahummə ətini kitabi biyəmini vəl xuldə fil cinani biyəsəri və hasibni hisəbən yəsira.
Sol əlini yuyanda desin:
Əllahummə lə tutini kitabi bişiməli və lə min vərai zəhri və la təcəlhə məğlulətən ilə unuqi və əuzubikə min muqəttəat ənniran.
Başa məsh çəkəndə desin:
Əllahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvikə.
Ayağına məsh çəkəndə desin:
Əllahummə səbbitni ələssirat yəumə təzillu fihi ələqdəm vəcəl səyi fimə yurzikə ənni yə zəlcələli vəl ikram.