Nəcasat

Nəcasat

Məsələ 84: Nəcasat 10-dur: 1) Bövl (sidik), 2) Ğait (nəcis), 3) Məni, 4) Murdar, 5) Qan, 6, 7) İt və donuz, 8) Kafir, 9) Şərab, 10) Nəcis yeyən heyvanın təri.

I-II. BÖVL VƏ ĞAİT

Məsələ 85: İnsanın və damarı kəsildikdə qanı sıçrayan əti yeyilməsi haram olan hər bir heyvanın bövl və ğaiti nəcisdir. Amma bəzi balıqlar kimi əti haram olub qanı sıçramayan heyvanların və ya milçək və ağcaqanad kimi əti olmayan kiçik heyvanların ğaiti pakdır. Lakin qanı sıçramayan əti haram heyvanların bövlündən ehtiyat lazım olaraq çəkinmək gərəkdir.
Məsələ 86: Əti haram olan quşların bövl və ğaitləri pakdır, amma onlardan çəkinmək daha yaxşıdır.
Məsələ 87: Nəcasat yeyən heyvanın bövl və ğaiti nəcisdir. Qarşıda aydınlaşdırılacaq şəkildə, donuz südü içən keçi balası ilə, habelə insanın yaxınlıq etdiyi heyvanın bövl və ğaiti də eyni hökmü daşıyır.

III. MƏNİ

Məsələ 88: İnsanın və sıçrayan qanı olan hər heyvanın mənisi, əti halal heyvan olsa belə, lazım ehtiyat olaraq nəcisdir.

IV. MURDAR

Məsələ 89: İnsanın və istər özü ölmüş olsun, istər şəri üsullara görə kəsilməmiş olsun, sıçrayan qanı olan murdar heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində belə ölsə, pakdır.
Məsələ 90: Murdar heyvanın yun, qıl, kürk, sümük və diş kimi, ruhu olmayan qismləri pakdır.
Məsələ 91: İnsanın və ya sıçrayan qana sahib olan bir heyvanın bədənindən həyatda ikən, ət və ya ruhu olan başqa bir şey qoparılırsa, nəcisdir.
Məsələ 92: Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər pakdır.
Məsələ 93: Ölən toyuğun qarnından çıxarılan yumurta pakdır. Amma gərək zahirini suya çəkilsin.
Məsələ 94: Ot yeməyə başlamadan ölən quzu və keçinin qursağında tutulan pendir mayası pakdır, amma onun zahirinin yuyulması lazımdır.
Məsələ 95: Xarici ölkələrdən gətirilən maye dərmanlar, krem, yağ, sabunun nəcis olduğuna insan əmin olmazsa, pakdır.
Məsələ 96: Şəri üsullara görə kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Amma əgər kafirin əlindən alınırsa və ya kafirdən, şəri üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olursa, bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq caizdir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilən bir müsəlmandan alınan ət və piyin yeyilməsi caizdir.

V. QAN

Məsələ 97: İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qana sahib olmayan heyvanların qanı pakdır.
Məsələ 98: Şəriətdə bildirilən üsullara görə kəsilən, əti halal heyvanın qanı normal bir miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alma və ya heyvanın başı yuxarıda olmasından, qan heyvanın bədəninə geri dönərsə, o qan nəcisdir.
Məsələ 99: İçərisində qan zərrəsi tapılan toyuq yumurtasından çəkinmək ehtiyatən müstəhəbbdir. Amma əgər qan zərrəsi, yumurtanın sarısındadırsa, onun üzərindəki nazik pərdə parçalanmayınca, yumurtanın ağı pakdır.
Məsələ 100: Bəzən süd sağılırkən görünən qan nəcisdir və südü də nəcis edər.
Məsələ 101: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, ağzını suyundan çəkinmək lazım deyil.
Məsələ 102: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, artıq qan deyilməyəcək bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilirsə, xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.
Məsələ 103: Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır.
Məsələ 104: Yemək qaynadığı zaman içərisinə bir zərrə qan düşərsə, yeməyin hamısı və qabı, ehtiyat lazım olaraq nəcis olur. Qaynamaq, istilik və atəş pakedici deyildir.
Məsələ 105: Yaranın sağaldığı zaman, ətrafında meydana gələn irinin qanla qarışdığı bilinməzsə, pakdır.

VI — VII. İT VƏ DONUZ

Məsələ 106: Quruda yaşayan it və donuz və hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir. Amma dəniz iti və donuzu pakdır.

VIII. KAFİR

Məsələ 107: Kafir, yəni Allaha və vahidliyinə inanmayan şəxs və ğulat, yəni İmamlardan (ələyhimusəlam) birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən kimsə və həmçinin xəvaric və nəvasib, yəni İmamlara düşmənlik elan edən kimsələr, nəcisdirlər.
Yenə nübüvvəti (Allahın tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (yəni namaz və oruc kimi), müsəlmanların dinin bir parçası saydıqları bir hökmü onun dinin zəruri hökmü olduğunu bilərək inkar edərsə, nəcisdir. Amma kitab əhlinə, yəni Həzrəti Xatəmul-Ənbiya Muhəmməd ibn Əbdullahın (s.ə.v) peyğəmbərliyinə inanmayan yəhudi, xristian və məcusilərə gəlincə, həmçinin məşhur görüşə görə, onlar da nəcisdir. Amma onların pak olması uzaq bir görüş deyil. Hərçənd, onlardan çəkinmək, daha yaxşıdır.
Məsələ 108: Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.
Məsələ 109: Əgər həddi-buluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, ağlı-kəsən olub müsəlman olduğunu izhar etmədiyi təqdirdə, o uşaq da nəcisdir. Amma əgər bunlardan biri müsəlman olursa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır.
Məsələ 110: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanədə olmayan kimsə pakdır. Amma müsəlmanların digər hökmlərinə malik deyildir. Məsələn, müsəlman bir qadın ilə evlənə bilməz və müsəlmanların qəbiristanlığında dəfn olunmamalıdır.
Məsələ 111: Əgər bir şəxs, on iki imamdan (ə.s) birinə düşmənlik üzündən hörmətsizlik edərsə, nəcisdir.

IX. ŞƏRAB

Məsələ 112: Şərab nəcisdir. Özü-özünə axıcı olub insanı məst edən hər şey, müstəhəbb ehtiyat olaraq nəcisdir. Amma əgər, tiryək və nəşə kimi özlüyündə axıcı olmayıb, içinə bir şey qatılıb axıcı hala gətirilsə belə, pakdır. Buna baxmayaraq, onların istifadə edilməsi haramdır.
Məsələ 113: Qapı, pəncərə, stol və stul və həmçinin bunlara bənzər şeyləri boyamaq üçün işlədilən spirtin bütün növləri pakdır.
Məsələ 114: Üzüm və üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma içilməsi haramdır.
Məsələ 115: Xurma, tumlu və tumsuz kişmiş, hətta onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.
Məsələ 116: Arpadan çəkilən pivə deyilən şeyin içilməsi haramdır. Lakin onun nəcis olması şübhəlidir. Amma pivədən başqa, həkimin göstərişi ilə arpadan çəkilmiş və mauş-şəir (arpa suyu) deyilən su pak və halaldır.

X. NƏCİS YEYƏN HEYVANIN TƏRİ

Məsələ 117: Nəcasat yeyən dəvənin və insan nəcisini yeməyə adət edən hər bir heyvanın təri nəcisdir.
Məsələ 118: Haramla cünub olanın təri pakdır, amma onunla namaz qılmamaq ehtiyat müstəhəbbdir. Arvadının heyzli olduğunu bildiyi halda, onunla əlaqədə olmaq da, haramla cünub olmaq hökmünü daşıyır.
Məsələ 119: Qadınla əlaqədə olmanın haram olduğu bir zamanda, məsələn, Ramazan ayı orucunda xanımı ilə, əlaqədə olan şəxsin təri, haramla cünub olan şəxsin tərinin
hökmünü daşımaz.
Məsələ 120: Haramla cünub olub, qüsl yerinə təyəmmüm edən şəxs, təyəmmümdən sonra tərləyərsə, onun təri təyəmmümdən qabaqkı tər hökmünü daşıyar.
Məsələ 121: Əgər bir şəxs, haramla cünub olduqdan sonra, öz halalı ilə yaxınlıq etsə, namazda öz tərindən çəkinməsi ehtiyat müstəhəbbdir. Amma əgər əvvəlcə öz halalı ilə yaxınlıq edib və sonra harama mürtəkib olsa, onun təri haramla cünub olan kimsənin tərinin hökmünü daşımaz.

Top