İnfoqrafik məlumatlar

İnfoqrafik məlumatlar

Əvvəlcə infoqrafikanın nə olduğunu aydınlataq. İnfoqrafika nədir?
İnfo — məlumat, xəbər,  qrafika (yunanca “graphike” ) – rəsm, şəkil deməkdir. Məlumatın vizual şəkildə, qısa müddətdə başa düşülməsini təmin etmək, oxunma zövqünü artırıb, rahat hala gətirməkdir.
Xəbər, öyrənmək, araşdırmaq və müşahidə yolu ilə əldə edilən hər cür gerçək məlumat və qavrayışın bütünüdür.

İnfoqrafik işlərin faydaların sayacaq olsaq:

• Yadda qalması çox asandır
•  Verilən xəbərə cazibədarlıq qatar
• Təsirlidir
• Qısa müddətdə çox məlumat ötürülməsini təmin edir
• İzah etmə formasna görə darıxdırıcı və yorucu deyil, hətta əyləncəlidir, demək olar
• Mürəkkəb və intensiv məlumatları sadələşdirir

Bir sözlə, infoqrafika, ağılda rahatlıqla qalandır. Səbəbi isə, insan beyninin vizual məlumatı yazılıdan 3 qat daha sürətlə qəbul etməsidir. Oxuduqlarımızın 20%-i yadımızda qalırkən, gördüklərimizin ağılda qalma nisbəti 80%-dir.


İlk infoqrafik məlumat insult xəstəliyi haqqında olacaq.
Insult-infoqrafika
P.S Qeyd edim ki, şəkli normal, geniş şəkildə yerləşdirmək istəsəm də, alınmadı. Saytda gedən texniki işlərdəndir, ya nədəndir, bilmirəm. Hələ ki, əvvəlki, köhnə sayt kimi rahat, asan, ürəyim istəyən kimi işləyə bilmirəm yeni kayzendə. İnşallah, tezliklə bu problemlər də yoluna qoyular.
Ümid edirəm ki, şəkildə yazılanları rahatlıqla oxuya biləcəksiniz. Oxuya bilməyənlər
mənbəyə  baxa bilərlər.
Top