7. hissə

7. hissə

Kağızların mərhəməti
Hələ yuxuda ikən özünü narahat hiss edirdi, bədənin eyni yerinə ağırlıq düşdüyündən qan hərəkəti müəəyən yerlərə toxunmurdu. Elə buna görə də yerini dəyişmək istəyirdi ki, bədənini hərəkət etdirə bilmədi...Sanki iflic olmuşdu...Yavaş yavaş yuxudan oyanırdı. Lakin hələ gözlərini açmamışdı...Dünyaya qayıtdıqdan sonra qulağına gələn ilk səslər yaşlı bir boğuq kişi səsi oldu: "Yaramaz...axmaq...kütbeyin...bütün işlərimi puç etdi...Çox pis...çox pis...əsər nikbin sonluqla bitməməli idi..."

Talıbov gözlərini açanda gördü ki, kresloda oturub, bədəni də hər tərəfdən möhkəm kəndirlə tarım bağlanıb... Əvvəl heç nə başa düşmədi...Qarşısında gördükləri isə onu daha da çaşdırdı... Öncə gözü qabağında olanları yuxu hesab edib, bu dəhşətli görüntülərdən yaxa qurtarmaq üçün arxaya doğru kəndirlənmiş əlini bir neçə dəfə cımcıqladı...bir şey çıxmadı. Sonra gözlərini açıb-bağlamağa başladı...Qarşısındakı isə bu hərəkətləri soyuq gülüşlə qarşılayırdı...Talıbovun rəngi ağappaq olmuşdu. Qarşısında 50-55 yaşlarında idman geyimli bir uzunboy kişi durmuşdu. Talıbovu qorxudan isə o cəhəti idi ki, hər iki əlinə stiril əlcək keçirmişdi, başında ağ tibbi kalpak vardı, ayaqqabıları isə reanimasiya mərkəzlərində olduğu kimi ağ bağlama ilə bürünmüşdü.
Kişinin sifəti ona çox tanış gəlirdi...Əslində onun kim olduğunu bilirdi. Amma buna inanmaq çətin idi. Qarşısındakı adamın şəxsiyyəti, bu tövr ekstremal vəziyyətdə belə ona Siz deyə müraciət etməyə məcbur edirdi
- Siz, ...axı ...siz
- Bəli, bəli, bəli...Mən , nobel mükafatçısı, Kamil İldırım...Siz nə, elə doğrudan da düşünürdüz ki, kağızın mistik qüvvəsi var...Bəli intihar qurbanları mənim məharətim nəticəsində fiks olundu. Əslində onların hamısını mən öldürmüşəm..
- Axı...
- Axı..yəqin demək istəyirsiz ki, necə ola bilər, heç bir zorakılıq əlaməti, iz-toz yoxdur...İndi sizə başa salaram...ilk öncə qammaz yazıçı Asif...ona tapşırıq vermişdim ki, bir yazı yazsın, bilmirəm nədən, amma hiss edirdi ki, sonda onu öldürəcəyəm...Vaxtına işimi gördüm, dedim özünü bu dəqiqə vurmasan sənin əsgərlikdə çavuşun tərəfindən zorlandığını aləmə yayacağam...Hələ sevdiyi xalası qızı bundan xəbər tutsaydı, hamsından çox o Asifə nifrət edərdi...O buna dözə bilməzdi.Asif öz xoşuyla mənim diktəmlə vəsiyyətnamə yazdı...Və özünü vurdu. Növbəti qurbanlar isə bundan da rahat...birinə yatan zaman ağzı açıq olduğundan ora xəfifcə, az-az, sionid-kaliy tökdüm...mən tökdükcə o, yuxuda ikən elə hey udurdu...Nəhayət son qurbanın əvvəlcə stəkanına dimidrol qatdım, möhkəm yuxuya gedəndən sonra, bir təhər qaldırıb, qapının üstündəki qırmaqdan asdım, və stulu filmlərdəki kimi ayaqlarının vurdum kənara... mərhumənin heç ruhu da incimədi, gözləri açılmadı belə...Sadəcə boğuldu...Belə...bəs sizə niyə, bunları danışıram, ...siz ilk qurbansız ki, əlbəttə Asifi çıxmaq şərtilə, məni görürsüz...Sizi öldürməməyimin səbəbi isə odur ki, siz hər şeyi korladız...
- Mən heç nə başa düşə bilmirəm...bütün bu qəddar oyunlar sizin nəyinizə lazım axı?
- Hə...indi çıxdın məsələnin tam məğzinə...Yəqin ki, məşhur italyan bəstakar Solyerinin avtobiaqrafiyası ilə azdan-çoxdan tanışsa..
- O kimdi elə
- Elə bu yığcam, kütbeyinliyinlə bütün divanə əsəri korradın...axmaq...Solyeri Motzartın yaşadığı dövrdə dünyanın ən məşhur bəstəkarı idi...O vaxtı Motsart o qədər də məşhur deyildi...İşin qəribə tərəfi də onda idi ki, Motsartın əsrarəngiz musiqisini yalnız Solyeri başa düşürdü...Solyeri özünün Motsartan çox aşağıda durduğunu bilirdi...Solyeri artıq gözəl əsərlər yarada bilmirdi...Vieana əhlinin isə onun hər yaratdığı notu dahiyanə sayması isə sadəcə olaraq ilk ...-bütün bunları danışan zaman Talıbov fikirləşirdi ki, necə etsin, divanın matrasının içində gizlətdiyi ehtiyat tapancanı çıxarsın...amma əlləri tarım kəndirlənmişdi -...ilk, yaradıcılığının ilk anlarında yaratdığı şedevrlərdən bəhrələnən xalqın digər daha zəif və adi klassika nümunələrinə də korkoranə "əla" damğası vurmasıyla bağlı idi...Bizlər buna "məşhurluq" deyirik. Və Solyeri qara maska geyinib, möhtəşəm reykviem axtarışın Motsarta sifariş verir...İndi başa düşdün...
- Yox...Heç nə başa düşə bilmirəm...
- Onda daha adi bir misal çəkim...Bu bizim vəziyyətə daha münasib nümunədir...Ernest Hemenquey...bilirsən niyə özünəqəsd edib
- Yəqin onu da siz öldürmüsüz...-deyə zarafatyana cavab verdi. Kamilə Talıbovun belə soyuqqanlı yumoru ləzzət etdi...Doyunca gülüb, bir neçə saniyədən sonra davam etdi,
- Yox, heç də elə deyir, Hemenquey depressiyadan suisidə əl atıb...Nobel mükafatı aldıqdan sonra, çiyinlərinə ağır yük düşürdü...artıq ağlına hər nə gəldi yaza bilməzdi, halbuki illər keçir o isə hələ də heç bir yeni əsər ortaya qoymurdu...Çünki artıq Hemenquey dünya müharibəsindəki həmin medik-jurnalist deyildi...Məşhur nobel mükafatçısı,varlı aristokrat idi. Adi həyatın axarında olmadığından mövzuları tükənmişdi...Belə o özünə qəsd etdi...Mən isə ondan daha ağıllı çıxdım...Mən də əvvəl adi qara həyat yaşamışam, özüdə cinayət aləmində, tanınmış adam olmuşam...Amma məşhurluq, nobel mükafatı, milyonlarla oxucu və dollar, məni də Hemenqueyin gününə saldı...Mən daha adekvat vasitə tapdım...Buna "multi-müəllif" nəzəriyyəsi adı vermişəm...Əsərin bir deyil, bir neçə müəllifi olur...Özü də heç bir yazıçılıq bacarığı olmayan, təsadüfi müəlliflər...Əsl yazıçılar sizsiz, sən Talıbov, Günel Məhərrəmova, evdar qadın Zibeydə, sizin yazılarınız, o qanmaz yazıçı Asifin və hətta mənim son yazılarımdan daha maraqlı və həyatidir...Amma bir şeyi də deməliyəm ki, mən olduqca eqoistəm...öz adımın televiziya kanallarından və internetdən düşməməsi üçün nə desən edərəm, müəlliflər mütləq ölməlidir ki, əsər mənim adıma çıxan heç kimin etirazı çıxmasın...Necə fikirləşmişəm...Əntiqqədir...elə deyilmi
- Hə...sən doğrudan da dəliymişsən...Bircə sualıma cavab ver...Necə olurdu ki, kağızların kimdə olduğunu güdə bilirdin...
- Ay axmaqlar, mən ilimin yarıdan çoxunu Danimarka və Abş-da keçirirəm...siz o qədər geridə qalmış axmaqlarsız ki, hətta sənin kimi müstəntiq belə, sarı a-dörd listinin qeyri-adi formada, qalın olduğunu hiss etmədi, orada bir necə kağız preslənib, kağızların ortasında da şəkər kristalı xırdalığında CiPiEs ötürücü, qəvulu edici naviqasiya sistemi də məndə...Müəllifin yerini öyrənib həmin məkana gedirdim, bəzən xırda gözə dəyməz kameralar quraşdırır, bəzən də özüm evdə bir yer tapıb xəlvətcə güdürdüm...Mən hər şeyi qarış-ba-qarış nəzərə almışam...Sən axmaq, sən də yuxuda ölməliydin...amma yazdığın şey məni qane etmədi...Sən gərək əvvəla bunu təzədə yazasan...əsər nikbin sonluqla bitə bilməz...
- Əllərimi açsan yazaram...
- Ey...baxa, heç bir hoqqabazlıq eləmə...-deyə cibindən səs boğuculu makarov tipli tapancanı çıxartdı.- yaxın məsafədən vursam güllə sənin bədənində qalmayacaq...gülləni də gilizi də götürüb çıxaram aradan, qatili tapan da olmaz...Amma əvvalə özümü siğortalamaq üçün bir şey etməliyəm- deyə kresloda bağlı vəziyyətdə oturan Talıbova yaxınlaşıb, möhkəmdən qarnına çarpaz yumruq vurdu...Reflektiv olaraq, Talıbov başını qaldırıb, ağzını açdı və ağrıdan ufuldadı. Bundan istifadə edən Kamil o biri əlində gizlətdiyi şəkər tozunu xatırladan zəhəri boşaltdı açıq ağzına, və tapancanı yerə atıb hər iki əli ilə boğazını möhkəm sıxdı ki, bütün zəhəri udsun...Sonradan Talıbov nə qədər tüfürsə, nə qədər öskürsə də boşa idi, kifayət qədər sionid-kaliy udmuşdu ki, on-on beş dəqiqə ərzində ölsün. Rəngi qıpqırmızı idi...Aslan necə də düz demişdi...zəhərin badam dadı verdiyini bilmək üçün ya ölü olmalısan ya dakı dəli...Əlləri açıq olsaydı dərhal barmağı ilə qlandalarını qıcıqlandırıb, qaytarardı. Kamil yenidən pistoleti qaldırıb, avtomatik şəkildə saata baxdı...
- Yemək yediyivi, yəni qarnı dolu olduğunu nəzərə alaraq, yarım saat vaxtın var...Dediyimi yazsan, padzəhri sənə verirəm...Sənə oğru sözü verirəm. Bizim kodeksi pozmaq ən böyük günahdı
- Mən padzəhri verirsən, amma sonrada gülləni başıma çaxırsan...əladı da, nədə olsa "oğru" sözünü tutursan.
- Axmaqlama, deyə yaxınlaşıb tapancanın nəzarəti ilə Talıbovun kəndirini boşaltdı...
Bir neçə dəqiqədən sonra Talıbov yazı masasında oturmuşdu yeni listə nə yazmağı tərəddüd edirdi...Zəhər artıq yavaş-yavaş öz sözünü deyirdi. Mədəsində əvvəlkindən fərqli həzm prossesi gedirdi. Kamil isə heç nə olmayıbmış kimi otağa nəzər yetirirdi... "Bircə üzünü çevirsəydi" deyə Talıbov məqam gözləyirdi. Elə bil fələk Talıbovun istəyini göydə tutdu, Kamil gözü stolun üstündəki alboma dəymişdi...bir neçə dəfə səhifələdikdən sonra...mat-məttəl donub qaldı...
- Sənin ananın adı Dilarədir- deyə üzünü çevirmədən soruşdu. Sual Talıbovu tam çaşdırdı. Ona görə öz riskli addımını təxirə salmalı oldu
- Anamı hardan tanıyırsan, əclaf...Ona neyləmisən?
- Sənin bəs atan kimdir?
- Atam otuz dörd il bundan əvvəl anamı hamilə qoyan bir əclaf...mənnə bilim...
- Yox...ola bilməz...yox- deyə fırlanıb öz oğluna tez padzəhri verəcəkdi ki, artıq divandan xəlvətçə silahı çıxarmış Talıbov, Kamilin əlində tapanca üzünü çevirdiyini görüb, özü də bilmədiyi atasına iki dəqiq atəş açdı...Ürəyindən atəş alan Kamil yerindəcə keçindi...Talıbova heç deyə də bilmədi ki, onun həqiqi atası idi.
Talıbov isə həmkarı Aslana dua oxuyurdu ki, ona sionid-kaliyin antidotunun adi şəkər tozu olduğunu demişdi...Tez mətbəxə qaçıb bir-iki çay qaşığı pesoku bir başa quru-quru uddu. Daha sonra hər ehtimala qarşı bir şirinçay hazırlayıb tez-bazar boğazından keçirdi...Onun hamsından çox Kamilin anası haqqında soruşduqları maraqlandırırdı...Ağlına min fikir gəlirdi...Bəlkə anama da belə zəhər verib...Bəlkə o heç tək işləmir, kimiyləsə əlbirdir...anamı o birisi əsir tutub...O uzun müddət idi ki, belə qorxmamışdı...Dərhal masadakı kağızları idman pencəyinin cibinə qoyub evdən çıxdı. On iki mərtəbəli binadan təzə çıxmışdı ki, bərk külək əsdiyini gördü...buna ramən taksi dayanacağına tərəf şütüdü, kəsmə yola təzə keçmişdi ki, cibindəki skrepkalanmış kağız qalağını külək cibindən çıxartdı. Bircə dəfə üzünü çevirməyi kifayət etdi ki, arxadan dəhşətli sürətlə hərəkət edən marşrut əyləclə bacara bilməyib, Talıbovu beş metrə qabağa atdı...Talıbov üçün isə bu an qaranlıq çökmüşdü.

*** *** ***
Sonuncu maaşını almağa gələn Fərhad Məmmədov da - 22 yaş, tərcüməçi, köhnə Samsunqun qarşısındakı binaya gəlmişdi. Onuncu mərtəbədə onun əvvəllər işlədiyi ehtiyat hissələrinin təminatı üzrə araçılıqla məşğul olan ATeEM şirkəti yerləşirdi. Fərhad əsgərlikdən təzə gəldiyindən, onun dünyanı cənginə almış böhrandan xəbəri yox idi, onu da bilmirdi ki, onu tərcüməçi qismində işə götürməklə əslində iki yüz-iki yüz əlli manat maaş vədəsi ilə aldadıblar...Axı o haradan bilə bilərdi ki, tərcüməçinin maaşı aya minimum yeddi yüz manat olmalı idi. Üstəlik o Şüvəlan qəsəbəsi tərəfdə təmir olunan Severnaya Elektrik Stansiyasının təftişinə və təmir üzrə nəzarətinə gəlmiş Yapon mexanik və mühəndislərinin sinxron tərcüməçisi idi...Üstəlik gecə növbəsində işləyirdi...Üstəlik tez-tez overtaymlarla üzləşirdi...Amma neyləmək olar ki, amansız kapitalistlər buna istismar kimi deyil adi ikitərəfli razılıq kimi baxırdılar.
Fərhad səhfini başa düşmüşdü ki, bu iş müvəqqəti xarakter daşıyır... İki aya təmir bitəndən sonra onu istər istəməz bayıra atacaqlar...İki ay ərzində dörd yüz manat pul cibinə qoyub lifltə birinci mərtəbəyə düşdü...Bayıra çıxanda, elə qapının yaxınlığında olan məsaməli kanalizasiya süzgəcinin divarlarına bitişik kağız parçalarının yapışdığını və küləyin sürətilə sinxron dalğalandığını gördü...Kağızı qaldırıb, oxudu...Elə ilk baxışlardan kağızlar möcüzəvi şəkildə Fərhadı cəlb etdi. Külək dözülməz hal aldığından kağızları cibinə qoyub Gənclik metrosuna tərəf qaçmağa başladı. O qədər soyuq idi ki, maşın vurmış və ətrafına tibbi yardım, yol polis nəfərləri, lazımsız şahidlər yığılmış yerə sərilən kişi meyitinə qaça-qaça baxırdı.

Top