6. hissə

6. hissə

Qonşuluq təsadüfü
Əhməd Talıbov, polis leytenantı, 34 yaş, artıq dördüncü il idi ki, Gənclik metrosunun yaxınlığında köhnə Samsunqun binası ilə üzbəüz olan yaşıl binada, səkkizinci mərtəbədə şəxsi mənzilində qalırdı. Atasız böyümüş Talıbovun özündən başqa altı yaş kiçik qardaşı var idi...Amma qardaş ona ana tərəfdən qardaş idi...Qardaşının həqiqi atası, anasının qanuni-nigahlı əri idi. Özü isə nigahdan kənar doğulmuşdu və atası haqqında isə heç bir məlumatı yox idi. Anası hamsından çox bu oğlunu sevsə də, bunu biruzə verməməyə çalışırdı.Elə ona görə də kiçik oğlunun evində qalırdı. Əhməd isə nə qədər qəribə görünsə də bu mənzili heç kimlə bölüşmürdü, nə ailəsi nə də nigahdan kənar məşuqəsi var idi. Talıbovun dünyadakı əsas meylləri pul qazanmaqla bağlı idi...Əslində pul qazanmaq, pul sevgisinə görə deyil, belə ki, bəsirət gözüylə baxsaq, onun kökündə, qadın, var-dövlət, gözəl həyat, təkəbbür və digər stimullar durur...Halbuki o, yəhudi zərgərlər kimi, doğrudan da pul yığmaq xəstəliyinə tutulmuşdu...O qədər simic idi ki, dükanda alış-verişlər zamanı beş qəpiyi belə satıcıdan tələb edirdi. Makkiyavelli siyasətdə istədiyinə nail olmaq üçün istənilən vasitəyə əl at demişdisə, Talıbov onu pul qazanmaq üçün istədiyin vasitələrə əl at variantına çevirmişdi. Bununla belə onun da öz sərhədləri var idi.

İşini qurtarıb evə tez yollanmışdı...Vaxtı olmadığından iki gün idi ki, duş qəbul etmirdi. Binanın sağ tərəfindən dönüb, arxa girəcəydən daxil olmaq istədi ki, qonşu binadan gələn uşaq və yaşlı qadın qışqırıq və ağlaşma səslərinə reflektiv olaraq dayandı. Səs gələn bloka baxıb, yolu keçdi, özünü tez içəri saldı...Səs hələ də gəlirdi, yuxarı mərtəbədən...Talıbov pilləkanları qalxdıqca səs-küyün nə olduğu ilə maraqlanan qonşular qapılarını açıb boylanır və bir-birlərindən mətləbi soruşurdular. Nəhəyət üçüncü mərtəbədə sağdakı qapının açıq olduğunu görüb özünü içəri verdi... Artıq ağlaşma boğuq səs almışdı, içəri girəndə dəhlizlə üzbəüz olan qonaq otağının hündür tavanından salanan qadın meyiti və onun ayaqlarını qucaqlayan 10-13 yaşlı qız və oğlan gördü... "Mama...nə olub....mama" deyə hey özlərini öldürürdülər...Özünü içəri verəndə uşaqlar heç diksinmədilər belə. Uşaqlara aralanmağı tapşırıb tez qapının üstündə olan qırmaqa keçirilmiş kəndirdən özünü asan və gözləri bərəlmiş qadını ipdən azad etmək üçün stul gətirib cibində gəzdirdiyi isveçrə bıçağı ilə kəndiri kəsdi. Qadını qucağına alıb xəfifcə yerə uzatdı. Elə bu an qonşu qadın içəri girdi. Talıbov yəqin etdi ki, bayaq gələn qadın səsi bu qonşunun idi... Talıbov öz yuniformasında olduğundan özünü təqdim etməyə gərək yox idi. Qonşu qadın "Mən təcili yardıma zəng vurdum deyə", ağlaya-ağlaya uşaqları qucaqlayıb, müstəntiqə dilləndi. "Siz uşaqları aparın, bir də ki, həyat yoldaşına zəng vurun, mən də indi polis şöbəsinə zəng vurum" Qadın deyilənlərə əməl edib, keyimiş uşaqları öz mənzilə apardı. Talıbov polis şöbəsinə zəng vurandan sonra, meyitə göz gəzdirməyə başladı, qadının üzərində heç bir zorakılıq əlamətləri olmasa da, rəngi gömgöy idi. Ətrafa göz gəzdirməyə başladı, ilk öncə gözü televizorun üstündə olan çərçivə içində olan fotoya dəydi...Mərhum qadını qucaqlayan qız Talıbova çox tanış gəlirdi, amma tapa bilmirdi ki, onu harada görüb. Özlüyündə nəisə deyib yenidən dəlil axtarışlarına davam etdi, masaya yaxınlaşanda qəndqabının yanında skrepkayla bərkidilmiş sarı və ağ kağız parçalarını gördü. Onun içindəki yazılar, göy və qırmızı rəngin ideal uzlaşması, listdən gələn xüsusi qoxu, və ən əsas səhifələrdə yazılmış TAMAMLA sözləri onu sözün əsl mənasında məftun etmişdi...Özü də başa düşə bilmirdi ki, nəfsinin bu tip yeni tələblərinin kölgəsində nə durur, onun məğzi nədir. Sadəcə mat-məəttəl donub qalmışdı. Qəlbindən kağıza sahib olmaq fikri keçirdi. Kağız parçalarına üç-dörd dəfə qatlayıb pencəyinin cibinə qoydu.
Artıq mərhumənin həyat yoldaşı, digər şöbənin müstəntiqləri, tibbi yardım əməkdaşları gələndə sadəcə olanları və gördüklərini məruzə edib, müəmmalı kağız parçaları haqqında heç bir kəlmə də dillənmədi. Bir başa evə yollanıb, duş qəbul etməyi də təxirə salıb kağızların araşdılmasına başladı

*** *** ***
Növbəti gün iş günü olmadığından, Talıbov boş-bekar oturmamışdı, təhlillər və sorğu-suallarla bir çox məsələlərə aydınlıq gətirə bilmişdi. Əvvəla o müəyyən edə bildi ki, televizorun üstündəki portretdə gördüyü qız elə dünən bütün xəbərlərdə otaq yoldaşının müəmmalı ölümü haqqında şahidlik açıqlaması verən Səlimə idi. Özünü asan xanım isə Səlimənin doğmaca xalası qızı, iki uşaq anası Zibeydə idi. Nə qədər uzaqda olsa artıq bu üç intihar hadisəsi arasında zəncirvari əlaqə var idi...Lakin Talıbov bir şeyi başa düşə bilmirdi ki, bütün bu intiharlərin başında duran sirli məsələ nədə idi... Bunlar nədən qorxub özlərinə qəsd ediblər. Bir neçə saatdan sonra, təsadüfən çay içə-içə kağızlara göz gəzdirən Talıbov boğazında nə isə qalıbmış kimi, ani olaraq özünü qabağı verib ağzında çayı fısqırtı ilə ətrafa boşaltı. Bəxti onda gətirdi ki, üzünü masaya tərəf tutmamışdı. Yoxsa bütün əziyyətləri hədər olardı. Birdən ağlına gəldi ki, intihar qurbanlarının sayı, bir birindən seçilən xəttli və tamamla sözləri ilə yekunalanan yazı müəlliflərinin sayına uyğun gəlir. Üçün üçə...Deməli özünə qəsd tamamla sözündən dərhal sonra icra olunub... Bu bir növ mistik xarakter daşısa da, Talıbov artıq özündə yekun bir versiya müəyyən etmişdi ki, həmin ölənlər öz yazıları və ölümləri ilə yeni trend yaratmaq fikrində olan ruhi xəstələr idi...Lakin mental pozuntuları üzdə olmayan biriləri... Onun indiyə dək yadında idi ki, bir ara doxsan doqquz-ikimininci illərdə Moskvada sevgililərin özlərini hündür binalardan atması adət halını almışdı...Ölüm qabağı onlar tullandıqları yerdə divarlara və döşəməyə aerozol rənglə "Biz bir-birimizi sevirik" sözləri yazıb, guya ki, növbəti qurban sevgililərə əsl məhəbbət örnəyi göstərirdilər...Yəqin bu da həmən tövr şeydir.
Nə də olsa kağızın mistik cəhətini fikirləşəndə tükləri ürpəşirdi...Bunu yalnız bir yolla yoxlamaq olardı. Əsəri tamamlamaq...

*** *** ***

"...artıq həmin günlərdən on yeddi il vaxt keçib...və mən o vaxtdan Arzunu bir dəfə də görməmişəm...Təhsilimi borclar üzündən yarımçıq qurtardığından dərhal növbəti çağırış müddətində məni həqiqi hərbi xidmətə göndərdilər. Cəbhə bölgəsinə düşdüm. Artıq xidmətimin altıncı ayında idim ki sözün əsl mənasında evim yıxıldı...Kəşfiyyat tağımının manqa başçısı axmaqlığı üzündən minanın üstünə durdu, özü parça tikə oldu...Bəxti onda gətirdi ki, bu dünyadan getdi...Mən isə daha dəhşətli əzaba düçar oldum. Onurğa beynim güclü zərbə aldığından məni kəmərdən aşağı iflic etmişdi...Elə o vaxtdan bəri həyatım getdikcə pisləşir...hər gün bir xoş söz bir şad xəbər eşitmək arzusundayam...Arzu arzusundayam...Amma neyləmək olar, mən özüm artıq on altı ildir ki, pastel şəraitindəyəm, iki il bundan qabaq bilərəkdən sənədlərimi itirib məni müavinətdən də məhrum ediblər.Hmm...Əclaflar. Ümidim yalnız yeganə ailə üzvüm və dostum qoca anamadır...Onun təqaüdünün də yarısı elə mənim dərmanlarıma gedir...yazıq arvad bu qoca yaşında hələ gedib xadimə də işləyir ki, təki mənim həyatımı yaxşılaşdırsın...Bir il əvvəl eşitdi ki, İzraildə xəstəliyimin müalicəsi var, amma çox bahadı... elə o vaxtdan hər gün nə qədər qazanırsa onun yarısını öz daxılına yığır ki, bəlkə sağlıq olsun on-on beş ilə məni İzrailə apara bilsin.Hələ mənim boş bekar qalmamağım üçün necə söz vermişdisə mənə dizüstü kompyuterdə aldı.
Mən anamı çox sevirəm...O əsl güclü insan nümunəsidir. Amma neyləmək olar ki, mənim taleyimə belə yazılıb, mən bu dünyaya hündür bir zirvədən fasiləsiz eniş üçün gəlmişəm. Elə yanımda oturan istəyli, gözümün işığı anama keçmiş Arzuyla bağlı xatirələrimi danışan zaman əli əlimdə olan anamın barmaqlarının soyuduğunu hiss edirəm...Anamın gözləri yumulur, nəfəsi həmişəlik dayanır...Mən isə həmin vəziyyətdə heç nə edə bilmirəm, axı mən iflicəm, axı mən yararsız ət parçasıyam, cəmiyyətin tullantısıyam, axı mən özünü belə dolandıra bilməyən bir yazığam...Anamı bərk-bərk qucaqlayıb, elə hey deyirəm "Çox sağ ol ana, sağ ol ana, sağ ol ana, gözümün işığı ana...Sən dünyanın ən güclü insanın, əhsən səni yaradana.
Mənim həyatımdakı xilaskarım isə Rumidir...Onun sayəsində mən hər kədərin, hər acı taleyin və hər ölümün bir nemət olduğunu anladım...Və ona görə o vaxtdan məni yaradan Tanrıya şükr edirəm...hər saniyəmə, hər milli saniyəmə görə, hər nəfəsimə görə, bədənimdə inkişaf edən hər molekula, onda Kəbəni insan tavaf edən kimi nüvəni tavaf edən hər elektrona görə...Axı mən nədən şikayət edə bilərəm...yalnız bir kəlmə bütün həyatımı kompensasiya edir...yalnız bir kəlmə "...bizim dərgah ümidsizlik dərgahı deyil,...gəl...gəl...yenə gəl!""
Yazını bitirən zaman o qədər həyəcanlı idi ki, qeyri-iradi şəkildə son yazmaq fikrinə düşdü...Amma tədricən soyuqqanlığı özünə qayıdırdı...Yadına düşdü ki, sonuncu qurban müəllif yazıya öz xəttiylə tamamla sözü yazmışdısa, onun üstündə xətt çəkilmişdi və yenidən qırmızı rənglə daha çox çap hərfinə bənzər şriftlərlə təkrarlanmışdı...Əgər Talıbov Tamamla sözlərinin qanla yazıldığını bilsəydi bu ona daha çox şey verə bilərdi. Təəssüf ki, kağız parçalarının çəkici qüvvəsi onun müstəntiqlik bacarıqlarını məhdudlaşdırmışdı. Talıbov əslində digər qurban müəlliflərdən heç də o qədər fərqlənmirdi... Bu qədər gözəl və həyəcanlı sonluğu yazdıqdan sonra mərhum suisid ustaları kimi onun da yuxusu gəldi... Sonda yazılmamış qaydalara riayyət edərək son sözü mistik müəllifə buraxdı...

Top